NƏQLİYYAT

“Avtovağzal” stansiyası işə düşdü - İLHAM ƏLİYEV AÇILIŞDA
19 APREL
1792

“Avtovağzal” stansiyası işə düşdü - İLHAM ƏLİYEV AÇILIŞDA

2016-04-19 10:36:00

Bu gün Bakı Metropoliteninin bənövşəyi xəttinin iki stansiyası - “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işə düşüb. Fins.az-ın məlumatına görə, açılışda prezident İlham Əliyev də iştirak edib.

Eləcə də bax: Yeni metro stansiyaları harada açılacaq – YERLƏRİN SİYAHISI

Qeyd edək ki, “Avtovağzal” stansiyasının tikintisinə 2009-cu ildən başlanmışdı. “Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq. 

Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb. 

“Avtovağzal” stansiyasının isə 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. 

İki yeni stansiyanın açılışı ilə Bakı Metropolitenini stansiyalarının sayı 25-ə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272