NƏQLİYYAT

Bu yollarda hərəkət məhdudlaşdırılır - SİYAHI
18 APREL
230

Bu yollarda hərəkət məhdudlaşdırılır - SİYAHI

2016-04-18 17:19:00

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın bir-neçə küçə və prospektində yol cizgi, yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rəglənməsi və zəruri olan yerlərdə yol nişanlarının yenilənməsi, yeni nişanların quraşdırılması işlərinə start verilir. «Azəravtoyol»dan fins.az-a verilən məlumata görə, yalnız işlərin aparıldığı ərazilərdə avtomobillərin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır (bir hərəkət zolağında işlər aparılan zaman digər zolaq açıq qalır və avtomobillər hərəkətlərini maneəsiz davam etdirə bilirlər).

Sadalanan işlər bu gün, yəni 18 aprel saat 16:00-dan başlayır və 19 aprel səhər 6:00-dək davam edəcək.

İşlərin aparıldığı ərazilər:

1. Tbilisi prospekti – “İzmir” dairəsindən “20 Yanvar” dairəsinədək olan hissə (hər iki istiqamət)

2. Ziya Bünyadov prospekti – “Xutor” yol qovşağından “20 Yanvar” dairəsinədək olan hissə (hər iki istiqamət)

3. Moskva prospekti – Əsas yol və yan yollar, yəni “Şamaxinka” deyilən ərazi (hər iki istiqamət)

4. “Biləcəri enişi” və “Biləcəri” dairəsi

5. Beynəlxalq Avtovağzal kompleksinin qarşısından keçən yolun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxan hissəsi

“Azəravtoyol” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir və yarana biləcək hər-hansı naratlığa görə öncədən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275