NƏQLİYYAT

Sumqayıt yolunun bir tərəfi bağlanacaq
18 APREL
592

Sumqayıt yolunun bir tərəfi bağlanacaq

2016-04-18 12:56:00

Bu gün axşamdan etibarən Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq. Bu barədə «Azəravtoyol» ASC-dən fins.az-a verilən məlumatda bildirilir.

Məlumata görə, 18 aprel axşam saat 22:00-dan 19 aprel səhər saatlarınadək paytaxt Bakının şimal girişində, daha dəqiqi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avomobil yolunun şəhərə doğru olan istiqamətində, Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq.

Təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq. Bu üzdən həmin zolaqlarla avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Bakı şəhərinə doğru istiqamətdə olan avtonəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər. Təmir-bərpa işləri zamanı yarana biləcək müvəqqəti narahatlığa görə “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275