NƏQLİYYAT

Azərbaycanda dəmiryolu vaqonlarına basqın edilib
14 APREL
279

Azərbaycanda dəmiryolu vaqonlarına basqın edilib

2016-04-14 18:49:00

Şəmkirin Zəyəm və Dəllər dəmir yolu stansiyalarında "Azərbaycan Dəmir Yolları" QSC-ə məxsus qoşqusuz halda dayanmış refrijerator tipli soyuducu vaqonlara basqın edilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, basqın edən şəxslər vaqonların soyuducu sisteminə daxil olan hərəkətverici pərlərin naqil xətlərini və konduitləri kəsərək oğurlayıblar: "Oğurlanan xətlər refrijerator vaqonlarında işlənməyən kabellərdir. Həmin şəxslər o xətləri kəsib aparıblar. Hadisə gecə saatlarında olub. Qarət edilən vaqonlar Yeni Ələt refrijerator vaqon deposunun balansında olsa da, istismar müddəti bitdiyindən istifadəyə yararsız vaqonlardır".

N.Əzməmmədovun sözlərinə görə, hadisə nəticəsində 4 vaqon qarət edilib: "Vaqonlara basqın edənlər dəmiryolçular tərəfindən saxlanılıb və Nəqliyyatda Baş Polis İdarəsinə təhvil veriliblər. Məlum olub ki, onlar Şəmkir rayon sakinləridir. Faktla bağlı idarədə cinayət işi başlanıb və saxlanılan şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270