MÜSAHİBƏ

"Sığorta problemləri zamanı ən yuxarı rəhbərliklərlə görüşürəm" - MÜSAHİBƏ
09 OKTYABR
766

"Sığorta problemləri zamanı ən yuxarı rəhbərliklərlə görüşürəm" - MÜSAHİBƏ

2019-10-09 10:47:00

Tanınmış sığorta eksperti İlkin İbrahimov Fins.az-a müsahibə verib. 

Palatanın sonuncu göstəricəlinə aid nə deyə bilərsiz? Şirkətlərin göstəriciləri sizi qane edirmi?

Palatanın sonuncu göstəricilərilə bağlı açıqlanan rəqəmlər əlbəttə ki, bir sığorta eksperti kimi məni də qane etmir. Ötən ilə nisbətən sığorta yığımları azalıb. Əksinə qiymətlərin bahalaşması fonunda isə sığorta ödənişləri cüzi artıb. Sığorta şirkətləri və Maliyyə Palatası daha çox işləməli və bu işlərə müstəqil sığorta ekspertlərini də daxil etməlidirlər. İlk növbədə müstəqil sığorta ekspertlərinin hüquq və vəzifələri müəyyən edilməli, onların konkret sahə üzrə bilikləri yoxlanılmalıdır. Digər tərəfdən isə onlar verdikləri rəyə görə məsuliyyət daşımalıdırlar. Əmlak sığortası ilə bağlı isə hesab edirəm ki, vətəndaşları ən yaxşı maarifləndirəcək şəxslər müstəqil ekspertlər olacaq. Çünki birərəflik onlara məxsusdur və bu işi onlar şərəflə yerinə yetirə bilərlər. Bu işdə Palata bir komissiya kimi öz tərkibində bir şöbə yarada bilər və problemlərə operativ nəzarət edə bilər. Hazırda isə məktub cavablandırmaları 30 cu gün olmaqla cavablandırılır.

Azərbaycanda hərbi xidmətdə olanlar sığortalanacaq. Bunu necə görürsüz?

Ümumiyyətlə ölkəmizdə hərbi qulluqçuların icbari sığortası mövcuddur və maksimal sığorta ödənişi 11000 azn təşkil edir. Hesab edirəm ki, bu məbləğ daha çox artırıla bilər. Çünki təsəvvür edin ki, bir generalın sığorta hadisəsi zamanı alacağı məbləğ 11 min manatdırsa, bir FHN işçisinin maksimal sığorta hadisəsi ödənişi onun əmək haqqının 5 illik mislinə yəni 500 azn alan bir FHN işçisi 60 ay×500=30000 azn bu yanaşma ilə razı deyiləm.

Sosial şəbəkədə sığorta şirkətləri haqqında ekspertlərin arasında ən çox siz tənqidi statuslar yazırsız. Şirkətlər sizə narazılıq edirmi? Nəsə bir problem olubmu?

Şirkətlər öz aralarında narazılıq etsələr də bununla bağlı mənim bütün sığorta şirkətləri ilə əlaqələrim var. Sığorta problemləri zamanı ən yuxarı rəhbərliklərlə görüşürəm. Hesab edirəm ki, mənim öz adımdan yazdığım statusların arxasında hüquqi sənədlər dayanır. Hər paylaşımdan sonra həmin sığorta şirkətlərinə göndərirəm və ha onlar mənimlə əlaqə saxlayır. Bəzi hallarda daha operativ həll edilir.

Aqrar sığortanı fəallaşdırmaq üçün nələri düşünülür? Siz nə təklif edərdiz?

Aqrar sığortanı fəallaşdırmaq üçün ilk addımı atacaq tərəf Aqrar sığorta agentliyi olmalıdır. Sonra təklifləri verə bilərik. Çünki fəaliyyətsiz bir agentlik barədə təklif artıqdır.

Sizin idarə etdiyiniz “Sığorta Hüquqpozmaları” ilə bağlı  sosial şəbədəki hesabında “Standart Sığorta” şirkətinə qarşı qərəzli statuslar yazılır. Bəzi statuslarda təhqirə də yol verilir. O, səhifədə yazılan fikirlər sizin  mövqeyinizi də əks etdirir?

"Sığorta hüquqpozmaları" bir qrupdur. Orada vətəndaşların problemləri və mütəxəsislərin rəyləri əks olunur. Qrupda mənim adımdan paylaşım mənə məxsusdur. Digərləri tərəfdən paylaşılan isə mənim mövqeyimi əks etdirmir. Qrupun qaydalarında da bu nüans xüsusi qeyd edilmişdir. Digər tərəfdən məsələn bir şirkət barədə paylaşım edirik və bununla bağlı digər şəxslər həm mənim şəxsimə həm də qrupa çoxlu yazırlar.

Şirkətlər arasında ən çox “Standart Sığorta”nı tənqid edirsiz. Digər şirkətləri tənqid etməyinizi çox nadir hallarda görmək mümkündür. Belə bir sual yaranır: “Standart”dan başqa bütün şirkətlər nümunəvi işləyir?

Deməzdim ki, "Standart Sığorta"dan ən çox yazılır. Bir müddət əvvəl "Azsığorta" ASC dən yazdıq dedilər qərəzlisiz, "Atasığorta" əvvəl dedi qərəzlisiz, "Atəşgah" dedi, "Günay sığorta" dedi və.s. hesab edirəm ki belə söhbətlər işin əsas mahiyyətindən uzaqlaşmaq kimidir. Mobil nömrəmi qoyuram buyursun əlaqədar hüquqşünaslar zəng etsinlər müzakirə edək. Mən hər zaman müzakirəyə açığam. Konkret "Standart"la bağlı desək oradakı problemləri digər şirkətlərdəki kimi dilə gətirmişik. İstəsələr normal müzakirə də edə bilərik. Əlbəttə ki, nümunəvi deyiləcək anlayış mücərrəddir. Ona görə də mənə daxil olmuş faktlar əsasında paylaşımlar edirəm.

Siz bir müddət əvvəl demişdiz ki, “Aqrar sığortada mütəxəssis tanımıram” o çıxışdan sonra sizlə bazarda aktiv olan sığortaçılar arasında münasibətlər pozulmadı ki?

Sığorta mütəxəsisləri ilə münasibətlərim normaldır. Heç kəslə düşmən münasibətim yoxdur. Tənqidə açəq adamam. Tənqid və təklif irəliyə doğru atılmış addımdır. 

Müəllif: Tuncay Türbəndəzadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır