MÜSAHİBƏ

"Bu il və növbəti illər üzrə könüllü satışlarımızı artıracağıq" - MÜSAHİBƏ
04 SENTYABR
3430

"Bu il və növbəti illər üzrə könüllü satışlarımızı artıracağıq" - MÜSAHİBƏ

2019-09-04 10:51:00

“AtaSığorta” ASC İdarə Heyətinin sədr müavini Qoşqar Həsənovun Fins.az-a müsahibəsi

- “AtaSığorta” könüllü sığorta növləri üzrə növbəti illərdə bazar rəqabətinə necə davam gətirmək niyyətindədir?

- Biz sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq. Hesab edirik ki, bu il və növbəti illər üzrə könüllü satışlarımızı artıracağıq. Qeyd edə bilərəm ki, 2018-ci ilin 8 ayı ərzində könüllü satışlarımız ötən ilin eyni dövrü ilə müqayisədə 25 % artıb. Şirkətimiz könüllü növlər üzrə müştərilərin rahatlığına və istəklərinə uyğun olaraq “Sərfəli Kasko”, “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsullarını bazara təqdim edib. Sentyabr ayından etibarən daha bir yeni məhsul “Petrollu Kasko” məhsulu müştərilərə təqdim olunub. Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik. Həmçinin, xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta bazarında ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Şirkətimiz fəaliyyətinin əsas prinsipi fiziki və hüquqi şəxslərə yüksək səviyyədə sığorta xidmətləri göstərməklə, onların təlabatına uyğun yeni məhsulları təqdim etməyi davam etdirməkdir.

- Qoşqar müəllim, könüllü növlər üzrə hansı yeniliklər olacaq? Satış üsulları dəyişəcəkmi?

- Təbii ki, hər zaman olduğu kimi bu sahədə yeniliklər olacaq. Satış strategiyamızda daim bazarın təlabatını nəzərə almağa çalışırıq. Belə ki həm icbari, həm də könüllü sığortada müştərilərlə danışıqlar aparırıq ki, onların sığortadan gözləntilərini müəyyən edib, tələbə uyğun məhsullar hazırlayaq. Məsələn, bu ilə maraqlı iki layihəmiz var, onu artıq açıqlamaq olar. Biz, yeni “Petrollu Kasko” məhsulunu və “Medical Travel” tibbi sığorta paketini Azərbaycan Respublikası ərazisində bütün (xarici və yerli vətandaşlar) səyahət edən şəxslər üçün hazirlamışıq. Hazırda “Petrollu Kasko“ üzrə reklam məsələləri və digər məzələlər tam şəkildə tamamlanmış və müştərilərin ixtiyarına verilmişdir. Həmçinin, “Medical Travel” tibbi sığorta məhsulunu tamamlanmaq üzərəyik və tezliklə bu layihəyə başlayacağıq.

- Azərbaycanda sığorta bazarının inkişafı ilə bağlı nə deyə bilərsiniz?

- Maliyyə Bazarlarına Nəzarət Palatasının və sığorta şirkətlərinin həyata keçirdiyi maarifləndirici layihələr təbii ki, bazarın inkişafına öz müsbət təsirini göstərib. Dövlət nəzarət orqanın açıqladığı rəqəmlər bu inkişafı bir daha sübut edir. Deməli, bu il üzrə sığorta bazarı 40 %-dən çox genişlənib, yığımlar artıb. Bunu qənaətbəxş göstərici hesab etmək olar.

 30 növ üzrə sığorta xidməti göstərirsiniz. Müştərilərin daha çox üstünlük verdiyi sığorta növləri hansılardır?

- Bəli, hazırda 30 sığorta növü üzrə müştərilərə sığorta xidmətləri göstəririk. Qeyd edim ki, bütün sığorta məhsullarından istifadə edilməsi vacibdir. Sığorta növləri iki hissəyə bölünür. Könüllü növlər və icbari növlər. Bu gün sığorta məhsulunu almaq istəyən müştərilər ilk növbədə icbari növləri alırlar. Sonra isə digər könüllü sığorta növlərini almağa səy göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır