MÜSAHİBƏ

"Forma 4-ün elektron formada tətbiqi bürokratik maneələri aradan götürəcək" - EKSPERT
07 AVQUST
423

"Forma 4-ün elektron formada tətbiqi bürokratik maneələri aradan götürəcək" - EKSPERT

2019-08-07 10:26:00

Sığorta sektoru üzrə ekspert Xəyal Məmmədxanlının Fins.az-a müsahibəsi

Bildiyiniz kimi sığorta sektorunun göstəriciləri açıqlandı. Nə kimi dəyişikliklər sezdiniz?

Birinci rüblə müqayisədə sığorta bazarında nisbətən dinamika artıb. Bu ilin birinci rübünü ötən illə müqayisə etsək sığorta bazarında 30 faizə yaxın azalma vardısa, yarım illik nəticələrdə fərq bir az azaldı. Yəni ilin sonuna sığorta bazarında artım görməmə ehtimalımız var. Təxmini ötən ilkinə yaxın nəticə olacaq. Azalma əsasən həyatın yaşam sığortasının və əmlak sığortasının payına düşür. Digər sığorta növlərində vəziyyət stabildir.

Sığorta sektorunun hazırki vəziyyətini necə qiymətləndirirsiz?

Sabit və süst qiymətləndirirəm. Təəssüflər olsun ki, sığorta sektorunda iqtisadi aktivlik çox aşağıdır. Yeni sığorta təkliflərinə, yeni məhsullara və yeni strategiyalara ehtiyac var.

Azərbaycanda bildiyiniz kimi bir sığorta şirkəti sığorta bazarını tərk etməkdədir(mbask). Necə düşünürsüz bu tendensiya sığorta bazarına hansı formada təsir edəcək?

“Axa Mbask”-ın bazarı tərk etməsi çox üzücüdür. Yeganə xarici sığorta bazarı iştirakçısı idi. Bazara yaxşı fəlsəfə və yanaşma gətirmişdi. Sadəcə onun bazarı tərk etməsi tamam başqa səbəblərlə bağlı idi. Xüsusilə qısa zamanda digər şirkətlərin eyni qaydada bazarı tərk edəcəyini gözləmirəm.

Bir müddət əvvəl İcbari Sığorta Bürosu avqustun 1-dən avtomobil qəzası zamanı alınan forma 4-ü elektron formada veriləcəyini açıqlasa da bu hələ də tətbiq olunmayıb. Sizcə bunun gecikməsi nə ilə əlaqdardır?

Biz də gözləyirik. Düşünürəm ki, inteqrasiya problemi var. Yəqin ki, yaxın zamanda həllini tapar.

Forma 4-ün elektron formada tətbiqini necə dəyərləndirirsiz, sizcə bu sığorta sektorunda hansı dəyişikliklərə səbəb olacaq?

Sığorta ödənişlərinin müddətini azaldacaq və bürokratik maneələri, o cümlədən rüşvət problemlərini aradan götürəcək. Amma, subyektiv fikrim bu sənədin ümumiyyətlə yığışdırılmasıdır. Onun əvəzinə sadəcə protokolu bir az genişləndirmək kifayətdir.

Bildiyinizm kimi uzin zamandır sığorta sektorunda avtomobil sığortası liderdir. Necə düşünürsünüz yaxın zamanda avtomobil sığorta növündən başqa daha hansı növlərə tələbat artacaq?

Düşünürəm ki, əmlakda aktivlik artacaq. Avtomobil öz yerini qoruyacaq. Daha bir neçə il kasko artacaq. İcbaridə isə artım stabil qalacaq.

Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır