MÜSAHİBƏ

“AZAUDİT”-in sədri: "İntuisiyaya yox, sənədlərə inanırıq" MÜSAHİBƏ
29 MAY
2918

“AZAUDİT”-in sədri: "İntuisiyaya yox, sənədlərə inanırıq" MÜSAHİBƏ

2019-05-29 15:00:00

“AZAUDİT” təşkilatının idarə heyətinin sədri Afiq İsrafilovun Fins.az-a verdiyi müsahibəni təqdim edir:

Afiq İsrafilov 2003-cü ildən fəaliyyət göstərən AZAUDIT şirkətinin sədridir. Şirkət dünyaca məşhur Urbach Hacker Young International-ın üzvüdür.

Afiq müəllim, müxtəlif kompaniyalarda audit yoxlamaları aparırsız. Deyə bilərsiz, Azərbaycan iqtisadiyyatında hansı sahədə irəliləyiş və yaxud geriləmə var?

Son zamanlar biz xidmət sektorunda inkişaf görürük. İlk növbədə bu turizmdir, daha sonra isə restoran və otel biznesidir. Son illər ərzində bizə bir neçə otellər müraciət ediblər. Əvvəl belə deyil idi. Bu da o deməkdir ki, həqiqətən bu sahədə inkişaf var. Onların arasında böyük otellər yoxdur. Orta otellər və kiçik otellərdir. Geriləmə ilə isə 4 il əvvəl bank sektorunda baş verib. Siz də səbəbini bilirsiz. Bu devalvasiya ilə bağlı oldu. Amma geridə qoyduğumuz ildə bank sektoru düzəlməyə başlayıb.

Yoxlama zamanı şirkətdə səhv aşkar edirsizsə hansı tədbirlər görürsüz?

Beynəlxalq audit standartları var, əvvəlcədən auditlə kompaniyanın arasında sözləşmə olur. Audit müştəriyə yoxlama zamanı aşkar oluna biləcəyi bütün risklərlə tanış edir. Əgər yoxlama zamanı səhv aşkar edilsə, ilk növbədə rəhbərliyə məlumat verilməlidir və həmin riski aradan qaldırılması üçün tədbir görülməlidir. Yox əgər imkan yoxdursa riski aradan götürmək bu mənfi rəyə gəlib çıxardır. Və ya kompaniya umimyyətlə audit yoxlamasından imtina etməlidir.

Siz yoxlama apardığınız kompaniyalara mənfi rəy verdiyiniz çox olub?

Təbii ki, bu hallarda olur, amma buna səbəb şirkətin muhasibatlığındakı olan səhvlərlə əlaqəli olur. Bu  hallar bilmədən və ya qəstdən baş verər bilər. Nəticədə audit prosesində mütləq bu halları sənədləşdirmək lazımdır.

Yoxlamaya başlamamışdan əvvəl intuisiyaya yoxsa analitika sizin üçün birinci yerdədir?

Biz audit aparan zaman əlbəttə biz sənədlərə baxıb istinad edirik amma intuisiyaya da işə yarayır, çünki bu sahədə təcrübə var. Amma biz daha çox sənədlərə, analitikaya inanırıq.

Audit olmaq üçün nə etmək lazımdır? Oxucularımıza nə məsləhət görərdiz?

Audit – bu çətin işdir. Mən əlbəttə heç kimi qorxutmaq istəmirəm. Amma nəzərə alın ki, iş vaxtınız 8 saatla kifayətlənmiyəcək. 10 və ya 12 saat işləyə də bilərsiniz. Çünki bu karyeranızın ilk addımlarıdır. Onlar təcrübəli olmalıdırlar həm də auditlər bir biriləri ilə görüşüb təcrübələri ilə bölüşməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır