MÜSAHİBƏ

“Rabitəbank”-ın departament rəhbəri: "Kredit portfelimiz 235-dən 325 milyonadək artıb" - MÜSAHİBƏ - FİNS
02 APREL
461

“Rabitəbank”-ın departament rəhbəri: "Kredit portfelimiz 235-dən 325 milyonadək artıb" - MÜSAHİBƏ - FİNS

2019-04-02 15:27:00

Bildiyiniz kimi Fins.az mütəmadi olaraq ölkənin müxtəlif sektorlarında fəaliyyət göstərən qurum rəhbərlərindən, ekspertlərdən, ictimai xadimlərdən müsahibələri sizə təqdim edir. Bu dəfəki müsahibimiz “Rabitəbank”-ın Marketinq Departamentinin rəhbəri Ələkbər Eyvazlıdır. Onun Fins.az-a verdiyi müsahibəni sizə təqdim edirik.

Ötən illə müqayisədə bankınızın kredit portfelində hansı dəyişiklik olub?

Ötən il ilə nisbətdə, kredit portfeli həcmi 235 mln-dan 325 mln-a artıb (38% artım), Say 29.6 mindən 43.2 minə artıb (46% artıb).

Ümumilikdə, ötən dövr ərzində bankların sağlamlaşdırılması yönündə görülən işləri sizin bankınız necə qiymətləndirir və bu istiqamtdə bankınız hansı işləri görüb?

Bank bu dövr ərzində kredit portfelinin sağlamlaşdırılması məqsədilə bir neçə istiqamətdə işlər aparmışdır. Xüsusilə ödəniş qabiliyyəti zəifləmiş müştərilər üçün müxtəlif güzəşt və restrukturizasiya imkanları yaradılmışdır ki, nəticədə bankın problemli müştərilərinin sayı əhəmiyyətli dərəcədə azalmış və kredit portfelinin keyfiyyəti müsbətə doğru dəyişmişdir.

Rəqəmsal bankçılıq sahəsində qarşıdakı dövrdə bizi nə kimi texnoloji yeniliklər gözləyir? Bankınız yeni dövrə necə hazırlaşır? Rəqəmsal bankçılıqda qarşıya hansı hədəfləri qoymusunuz? 

Dünya rəqəmsallaşdıqca müştərilərin bizdən gözləntiləri də dəyişir. Artıq, müştərilər banka gəlmədən rəqəmsal ortamda xidmətlərdən faydalanmaq və bunun üçün qısa zaman sərf etmək istəyirlər. Bu məsələnin digər tərəfi, müştərilərin şəxsiləşdirilmiş xidmət tələbləridir. Müştərilər bank xidmətlərindən faydalanan zaman fərqli xarakterli strukturlu və struktursuz data yaradırlar və banklar bu data əsasında müştəri yönümlü – fərdiləşdirilmiş xidmət göstərmək üçün davranış modelləri qurmalı, analitikadan istifadə edərək müştərilərə əlavə imkanlar təklif etməlidirlər.

Rəqəmsallaşma, müştəri - bank münasibətlərinin mahiyyətini dəyişir, bazara fərqli maliyyə xidmətləri təklif edən texnologiya şirkətləri daxil olur. Zaman keçdikdikcəbank xidmətlərinin klassik formada təqdim edilməsinin əhəmiyyəti azalır və müştəri-bank münasibətlərində yeni paradiqma yaradır. Yaxın gələcəkdə banklar öz növbəsində bu paradiqmadan mənfəətli çıxmaq üçün maliyyə qurumlarından daha çox maliyyə xidmətləri göstərən texnologiya qurumlarına çevriləcəklər.

Məlum olduğu kimi, ölkə başçısının qəbul etdiyi “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın

strateji məqsədi vətəndaş, biznes sahəsi və dövlət qurumları arasında nağdsız ödəniş mühitinin genişlənməsi, nağd dövriyyənin həcminin minimuma salınması və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Nəticədə, bankların rəqəmsal mühitdə daha təkmilləşdirilmiş məhsulların buraxılmasına şərait yaradacaq, müştərilərə geniş çeşidli rəqəmsal xidmətlərin təklif edilməsinə gətirib çıxardacaq, müştəri-bank münasibətlərinin tam rəqəmsala keçməsinə xidmət göstərəcək və nəticədə nağdsız dövriyyənin , kart sahiblərinin və kart əməliyyatların sayının artmasına təkan verəcək.Həmçinin,Mərkəzi Bank və Bazarlarına Nəzarət Palatasının apardığı işlərdə bu prossesin sürətlənməsinə öz tövhəsini verməkdədir.    

Bank olaraq bizim də, cari dövr üçün qarşımızda bir çox prioritetlər dayanır. Hal-hazırda aktiv şəkildə mobil və internet bankçılıq məhsulları üzərində çalışırıq. Uzunmüddətli hədəfimiz müştərilərin bank filiallarında ala biləcəkləri bütün xidmətləri mobil və internet bankçılığa keçirməkdir. Təbii ki, bütün bu fəaliyyətlərin icrası zamanı hüquqi məsələlər də nəzərə alınacaqdır.

Rabitabank olaraq biz, müştərinin bizimlə əlaqəyə keçə biləcəyi bütün touch-pointlərdə “omnichannel” təcrübə yaratmağa yönəlmişik. Misal olaraq müştərilər bu və ya digər səbəbdən   İnternet bankçılıq vasitisiylə  tamamlaya bilmədiyi əməliyyatı,  banka məxsus mobil tətbiq vasitəsiylə tamamlaya və ya mobil tətbiq vasitəsi ilə sifariş etmiş olduğu xidməti   bankın filial və şöbələrinə  yaxınlaşaraq əldə edə biləcəklər. Bununla da  müştərilər bankımızın təklif etmiş olduğu müxtəlif satış kanalları vasitəsi ilə bank xidmətlərindən yararlanaraq  eyni bank təcrübəsini yaşaya biləcəklər.

İnternet bankçılığı və mobil bankçılıq sahəsində aktiv müştəri sayınız nə qədərdir? Artım nisbətləri son illər necə olub? Ümumiyyətlə, müştəriləriniz texnoloji yenilikləri necə qarşılayırlar

Yuxarıda qeyd etdiyimiz kimi, biz hal-hazırda tam yeni bir mobil tətbiq üzərində çalışırıq. Bu mobil tətbiqi bazarda digər tətbiqlərdən fərqləndirən bir sıra üstünlükləri olacaqdır. Biz indiki mərhələdə bank məhsulları ilə mobil tətbiqin inteqrasiyası üzərində çalışırıq. Bundan əlavə yeni bank məhsullarının yaradılması yönündə də işlər gedir.

İstər mobil tətbiq, istərsə də internet bankçılıq məhsulları hazırlanma mərhələsində fərqli müştəri qrupları test edilir. Biz, bu testlər zamanı toplanan məlumatlarla müştəri davranış modelləri qurub məhsula əlavə və dəyişikliklər edirik. Düşünürük ki, bu yolla yaradılan məhsullar müştərilər tərəfindən daha böyük rəğbətlə qarşılanacaq. Bu gün üçün gördüyümüz odur ki, test qruplarımız yeni məhsulumuza çox müsbət yanaşır və mütəmadi məhsulun yenilənməsi yolunda təkliflər verirlər.

Son vaxtlar yerli banklar korporativ müştərilərə daha çox fokuslanıblar. Bankınız şirkətləri və sahibkarları özünə cəlb etmək üçün rəqəmsal mühitdə hansı yeniliklər edib?  

Rabitəbank olaraq bizim korporativ müştərilərlə iş üzrə illərlə toplanan geniş bank təcrübəmiz var. Hal-hazırda, biz bu təcrübədən faydalanıb yeni texnologiyanın tətbiqiylə korporativ müştərilərimizə əlavə xidmətlər təklif etmək üzərində çalışırıq. Burada yalnız yeni xidmətlərin yaradılması ilə bitmir, həm də köhnə iş modelinin yeni dövrün tələblərinə uyğunlaşdırmaq da nəzərdə tutulub. 

Korporativ müştərilərimiz üçün isə mövcud olan internet bankçılıq xidməti, apreldən etibarən yeni üslub və daha çox funksionalları ilə ictimaiyyətə təqdim olunacaqdır. Mobil Bankçılıq əməliyyatlarında, pul göndərmək, pul istəmək, ödənişlər, xidmət sifarişi və digər müştərilərin vaxtına qənaet edib, işini asanlaşdıracaq əməliyyatlar tətbiq edilməkdə və artırılmaqdadır.

Maliyyə dayanıqlılığının möhkəmlətmək üçün bankınız tərəfindən hansı tədbirlər həyata keçirilir?

Maliyyə dayanıqlığını artırmaq məqsədilə bankın səhmdarları tərəfindən 2018-ci ildə bankın nizamnamə kapitalına əlavə 13 milyon AZN vəsait mədaxil edilmişdir. Bununla da bankın Məcmu Kapitalı artaraq 100 milyon AZN-nin üstündə bir məbləğə çatmışdır. 2018-ci il ərzində bankın strategiyasına yenidən baxılmış və müştəri yönümlü inkişaf məqsədilə yeni prioritetlər müəyyən edilmişdir. Bu xüsusilə bankın rəqəmsallaşması istiqamətində fəaliyyətində özünü xüsusi biruzə verir. Belə ki, bu dövr ərzində bankı, internet bankinq xidmətlərini təkmilləşdirmiş və əlavə yeni messencer və telegram botlar müştərilərin istifadəsinə verilmiş, Bank həmçinin rəqabətli şərtlərlə kreditlər verməklə daha sağlam müştəri seqmentinə istiqamətlənmiş və kredit portfelini il ərzində 38.3% artıraraq 329.3 milyon AZN-ə çatdırmışdır.

Yaxın perspektivdə bankınız tərəfindən hansı yeni ödəniş sistemləri və texnologiyalarının tətbiqi gözlənilir? 

Yaxın perspektivdə əsas məqsədimiz müştərilərimizə xidmət baxımından alternativlərin təklif edilməsidir. Əslində burada iş yalnız mobil və internet bankçılıq xidmətləriylə də tamamlanmır. Bildiyiniz kimi Rabitəbank bir müddət öncə özünün RabitaBot adlı ölkəmizin bank sistemində ilk maliyyə əməliyyatları icra edə bilən Messencer və Telegram Botu müştərilərin istifadəsinə verib. Müştərilər bu botdan istifadə edərək, bir sıra maliyyə əməliyyatları o cümlədən pul göndərmə və qəbuletmə kimi funksiyalardan faydalana bilərlər. Hətta, artıq bank sektorunda ilk dəfə bot üzərindən kommunal ödənişlərin edilməsi dətəmin olunub.. Bizim əsas məqsədimiz müştərilər olduğu yerlərdə olmaqdır və mərhələli şəkildə məhsullarımızı müştərilər tam xidmət verəcək səviyyədə inkişaf etdiririk.

Əsas yeniliklər mobil tətbiqin istifadə verilməsi zamanı artıq yeni tətbiqdə olacaqdır. Ümid edirik ki, müştərilərimiz bu həllərdən faydalanaraq həyatlarını biraz daha asanlaşdıracaqlar.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” nin təqdim etdiyi  Banklarda və digər təşkilatların informasiya sistemlərində vətəndaşların imzalama prtosesinin sürətli,təhlükəsiz və elektron şəkildə  həyata keçirilməsi üçün  mobil elektron imzanın bankımızda tətbiqi də gözlənilir.

Həmçinin, müştərilərə daha sürətli və keyfiyyətli xidmətin təqdim edilməsi məqsədi ilə  eyni mərkəz tərəfindən yaradılmış “ASAN Finans” layihəsiçərçivəsində  müştərilərin şəxsiyyətini təsdiq edən sənəd və iş yeri haqqında  məlumatlarının anında, elektron formada əldə edilməsi imkanının tətbiq edilməsi də planımızdadır.

Qızıl zəmanətli krediti neçə faizlə verirsiz və bunu necə tənzimləyirsiz?

Təminatlı kreditlər üzrə məlumatlar aşağıdakı kimidir:

Lombard krediti (qızıl girovu ilə kredit)

Kreditmüddəti 1-12 ay müddətinədək 29%, 13-24 ay müddətinədək 30%

Təminatlınağdpulkrediti (daşınmazəmlakgirovuiləkredit)

Kreditmüddəti 3-12 ay müddətinədək 18%, 13-24 ay müddətinədək 19% , 25-48 ay müddətinədək 20%

Əmanəttəminatlıkredit (depozitgirovuiləkredit)

a) Əmanət və kredit milli valyutada  olduqda

Əmanət müqaviləsinin faizi + 3%

b) Əmanət və kredit xarici valyutada  olduqda (əmanət və kredit eyni  valyutada olmaq şərti ilə) 

Əmanət müqaviləsinin faizi + 1% (kreditin illik faiz dərəcəsi 2%-dən aşağı olmamaq şərti ilə)

c)Əmanət xarici valyutada, kredit milli valyutada olduqda

3-12 ay müddətinədək 19%

13-24 ay müddətinədək 21%                          

Bankınızda depozit neçə faizlə qoyulur və depozitin hansı növləri var?

Hazırda bankımızda fiziki şəxslər üçün iki əmanət növü mövcuddur – “Universal” əmanət və “Uşaq yığım” əmanəti.

“Universal” əmanəti üzrə əmanətlər 3 aydan  2 il müddətinədək, əmanətin müddətindən asılı olaraq illik faiz dərəcəsi manatda 10%-dək, ABŞ dollarında 1.5%-dək və AVRO-da 0.5%-dək yerləşdirilə bilər.

“Uşaq yığım” əmanəti üzrə isə illik faiz dərəcəsi manatda 5%, ABŞ dollarında isə 0.5% olmaqla yerləşdirilə bilər.

 Cari ildə depozitlərlə bağlı nə yeniliklər var və vətəndaşlar depozitin hansı növünə daha çox üstünlük verir?

 Vətəndaşlar əsasən “Universal” əmanətinə daha çox üstünlük verirlər.

                                                                                   Müəllif: Elmir Murad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264