MÜSAHİBƏ

Yaz qulluq işləri ilə bağlı fermerlərə VACİB məsləhətlər - MÜSAHİBƏ
28 MART
455

Yaz qulluq işləri ilə bağlı fermerlərə VACİB məsləhətlər - MÜSAHİBƏ

2019-03-28 14:32:00

Fins.az Elmi-Tədqiqat İnstitutunun direktoru, dosent Cavanşir Təlayinin müsahibəsini təqdim edir

Bu mövsumdə yağıntının düşməsi mənfidir yoxsa müsbətdir?

Ümumiyyətlə düşən yağıntılar hamısı müsbət təsir göstərir. Həm məhsuldarlığa, həm də keyfiyyətinə. Yağıntı nə qədər tez düşsə əkində yüksək məhsuldarlıq mümkündür. Əlbəttə, yağıntı ilə də kifayətlənmək olmaz. Aran bölgələrin fermerləri yaxşı olardı ki, suvarma prosesini gecikdirməsinlər. Çünki suvarmanın 1 həftə gecikməsi 5-6 sent məhsuldarlığın azalması deməkdir.

Suvarma işi nə vaxt başlanmalıdır?

Bu il hava mülayim keçdiyi üçün fevral ayının axırından mart ayının əvvəlinə qədər birinci suvarma işləri başlamalı idi. 1 və ya 2 həftədən sonra bizim fermerlərimiz ikinci suvarmanı keçirməlidirlər.

Suvarma işi necə olmalıdır? Hektara düşən suvarma miqdarı nə qədər olmalıdır?

Çox təəsüfki suvarmanı bəzi fermerlərimiz ənənəvi üsüllarla görürlər. Sahəni gölləndirirlər. Bu isə bitkilərin inkişafına onun böyüməsinə təsir edir. Bitkilər boğulur. 1 hektarın suvarma miqdarı maksimum 800 kubdur.  Üç dəfə suvarma işləri görülsə 2400 kub bəs edir.

Eyni sahəyə neçə il taxıl əkmək olar?

Maksimum 2 il. 2 il ard-arda taxıl yerinə taxıl əkmək olar. 3-cü il isə digər bitkilərdən istifadə olunmalıdır. Təbii ki, bu şəraitdən, suvarmadan asıldır. Bəzi yerlər var ki, orada taxıldan başqa heç nə əkmək mümkün deyil. Amma yaxşı olardı ki, heç olmasa 1 il torpaqda heç nə əkilməsin. Qara hedik kimi saxlasınlar. Növbəti il əgər siz oradan 10-15 sent götürürdünüzsə, qara hedikdən sonra, 20-25 sentdən aşağı məhsul götürməyəcəksiniz.

Hansı toxumlardan istifadə olunmalıdır?

Fermerlərə tövsiyəm odur ki, əsasən mənşəyi məlum olan toxumlardan istifadə etsinlər. Xüsusilə yerli toxumlardan. Çünki, yerli sortların toxumları sınaqdan keçirilib, torpaq iqlim şəraitinə adaptasiya olunub. Qeyd edim ki, hər sortun öz regionu var. Məsələn qızıl buğdanı suvarma olunan bölgələrdə əkmək olmaz.

Yaz qulluq işləri nə vaxt yekunlaşmalıdır?

Aran bölgələrində mart ayının axırına qədər tamam yekunlaşmalıdır. Dağlıq bölgələrdə isə aprel ayınn 12-ə kimi yekunlaşmalıdır.

 Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264