MÜSAHİBƏ

Bu dövlət fondu 10 milyon manata qədər kredit verir – MÜSAHİBƏ
13 DEKABR 2018
852

Bu dövlət fondu 10 milyon manata qədər kredit verir – MÜSAHİBƏ

2018-12-13 13:07:00

Fins.az  Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu  Müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri  Mahir Babayevin fondun 2018-ci il ərzində həyata keçirdiyi layihələr və ümumi fəaliyyəti ilə bağlı müsahibəsini təqdim edir.

 Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu 2018-ci ildə neçə sahibkara maliyyə ayrılıb?

2018-ci ilin 11 ayı ərzində 989 sahibkara 144mln. 859 min manat kredit verilib. Bu kreditlər hesabına 8678  yeni iş yerinin açılması  nəzərdə tutulub.Biz kredit verdiyimiz layihələrdə məsələn hərhansı müəssisədir, 3-4 aya tikilir, istifadəyə verilir və işçilər fəaliyyətə başlayır.Ona görə də kredit ayrılan kimi sahibkardan layihədə göstərdiyi iş yerlərini açmağını və vətəndaşları işə götürməyini tələb  etmək düzgün deyil.

Kreditlər verildikdən sonra həmin sahibkarın maliyyə ayrılan layihəni necə həyata keçirməsi ilə tanış olursunuz?

Əlbəttə kredit verdiyimiz sahibkarın işi layihənin həyata keçirilməsi müddətində monitorinq olunur.Bunun üçün bizim Ekspertiza və layihələrin monitorinqi şöbəsi var.Həmin şöbənin əməkdaşları hər bir layihə üzrə monitorinqlər həyata keçirir.Bununla yanaşı müvəkkli banklar bizə il ərzində iki dəfə müəyyən forma üzrə hesabat verir.

Sahibkarlığın İnkşafı Fondundan hər hansı sahibkara kredit verilməyi üçün həmin sahibkarın hansı şərtlərə uyğunluğu nəzərə alınır?

Hər il fondun müşahidə şurası tərəfindən prioritet istiqamətlər müəyyən olunur.Həmin sahələrə uyğun olaraq. Hər ilin əvvəlində banklara prioritet istiqamətlər barədə banklara məlumat veririk.Müvəkkil bankların vasitəsi ilə sahibkarlar müəyyən olunaraq maliyyə ayrılması üçün fonda  yönləndirilir və fondda mütəxəssislər tərəfindən layihə monitorinq edilir. Daha sonra İdarə heyyətinin müzakirəsinə çıxarılır idarə heyyəti müsbət qərar qəbul edərsə fond maliyyələşməni həyata keçirir.Krediti müvəkkil bank verir biz vəsaiti ayırırıq.

Sahibkarlığın İnkşafı Fondu ən çox paytaxta fəliyyət göstərən sahibkarlara maliyyə ayrır yoxsa regionlarda öz işini qurmuş sahibkarlara?

Bu ilin 11 ayı ərzində verilmiş kreditlərin 67.7 %-i Azərbaycanın ayrı-ayrı regionlarında fəaliyyət göstərən sahibkarlara,33.3 %- i Bakı və ətraf qəsəbələrdə öz işini qurmuş sahibkarlara verilib.

 Maliyyə vəsaiti ayrılmış layihələrin arasında hansı istiqamətdə olan layihələr çoxluq təşkil edir?

Əsasən sənaye məhsullarının istehsalı və emalı, kənd təsərüfatı məhsullarının istehsalı,kənt təsərüfatı məhsullarının emalı sahələri ilə bağlı layihələr çoxluq təşkil edir. İnfrastruktur layihələri, taxıl anbarları, soyuducu anbarlar, logistika mərkəzləri də əsas prioritetlərimizə daxildir.

Fond tərəfindən starap layihələrə də maliyyə ayrılır?

2018-ci ilin 11 ayı ərzində heç bir startap layihəyə malyyə vəsaiti ayrılmayıb.

Sahibkarlığa yardım fondu maksimum nə qədər kredit verir?

Sahibkarlığın İnkşafı Fonduv sahibkarlara 5 min manatdan 10 mln manata kimi kredit verir.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264