MÜSAHİBƏ

Britaniya “Brexit”dən imtina edir? – Azərbaycanlı politoloqdan açıqlama
11 DEKABR 2018
576

Britaniya “Brexit”dən imtina edir? – Azərbaycanlı politoloqdan açıqlama

2018-12-11 13:36:00

Fins.az xəbər verdiyi kimi, dünən axşam saatlarında Britaniyanın baş naziri Tereza Mey “Brexit”lə bağlı qanun layihəsinin Britaniya Parlamentinin nümayəndələr palatasında bu gün baş tutacaq müzakirələrinə veto qoydu. Tereza Meyin bu qərarı ilə bağlı Avropa ittifaqının yayımladığı press-relizdə qeyd  olunur ki, Britaniya baş nazirinin qanunla bağlı parlament müzakirələrinə veto qoyması İngiltərənin Brexit-dən imtinası kimi qiymətlənirilə bilər.Britaniyanın baş naziri Tereza Meyin bu gözlənilməz qərarından sonra Brexit-lə bağlı hansı addımlar atacağı ilə bağlı politoloq Tofiq Abbasov Fins.az ın bir neçə sualını cavablandırıb.

Tereza Meyin parlamentdə Brexit-in  müzakirələrinə veto qoymasının nəticəsi necə olacaq?

Britaniya elitasının böyük qismi ittifaqdan çıxmaq barədə qərar qəbul etdilər çünki inkişaf etmiş ölkələr zəif dövlətlərin borclarını ödəməli olurlar,büdcə bölünəndə subyektiv amillərin sayı çoxalır.Bu məsələdə faktiki ingilis dəqiqliyi var,ingilislər nəyə görə biz başqalarının tənbəlliyinin,acizliyinin,iqtisadi bacarıqsızlığının təminatçısı olaq kimi məsəlləri qabardaraq Avropa ittifaqında qalmağın iqtisadi zərələrini anladılar.İngiltərə vaxtıilə Şengen bölgəsində Britaniya milli pulunu qoruyub saxlamağı bacarmışdı.Bu mövqenin davamı kimi, Avropa İttifaqından çıxmaq məsələsi Britaniya siyasi eleitasında aktuallaşdı. İttifaqdan çıxmaqda da elə bir prosesdir ki,ödənişlər, ikitərəfli razılaşmalar olmalıdır,kimin kimə nə qədər borcu var müəyyənləşdirilib ödənilməlidir. Ona görə də bu proses ağrılı oldu,münasibətlərdə gərginlik yarandı təsadüfi deyil ki,Britaniyada ikinci referendumun keçirilməsi aktuallaşdı həm Şimali İrlandiyanın sərhəd məsələsi Birləşmiş krallığın tərkibində olduğu üçün sərhəd məsələsi kəskin formada gündəmə gəlir. Digər tərəfdən də  biznes məsələsində ikitərəfli gediş-gəlişdə problemlər yarandı aydın olmayan məqamlar oldu ona görə də ikinci referendum məsələsi gündəmə gəldi ancaq Tereza Mey bu məqamda qətiyyətlə bildirdi ki, ikinci referenduma heç bir ehtiyac yoxdur.

Meyin parlametdəki müzakirələrə veto qoymasının əsas səbəblərindən biri də  bəzi qüvvələr istəyir ki, ikinci dəfə referendum keçirilməsini aktuallaşdırsınlar və Tereza Meyi fakt qarşısında qoysunlar ki,birinci referendum obyektiv şəraitdə keçməyib. Britaniya vətəndaşlarının çoxluğunun rəyləri dəyişilib. Vətəndaşlar istəyir ki, Britaniya Avropa İttifaqını tərk etməsin.Tereza Mey də məz bu məsələdə öz qətiyyətini ortaya qoydu və bunun baş verməyinə imkan vermədi.Yenidən referendum keçirilsə və Britaniya İttifaqa qayıtsa Tereza Mey vəzifəsindən  istefa verməlidir. Təbii ki,o öz vəzifəsi ilə vidalaşmaq istəmir,anlayır ki,Avropa İttifaqının gələcək perspektivi sevindirici deyil.Buna görə də o bu günə təyin olunan parlament müzakirələrinin keçirilməməsinə nail oldu.

Tereza Meyin parlament müzakirələrinə veto qoymasını Britaniyanın “Brexit”dən imtinası kimi qiymətləndirilənlər var. Siz necə fikirləşirsiniz bu Britaniyanın Brexit dən imtinası kimi qiymətləndirliməlidir?

Brexit-in qarşısını almaqdan ötrü bəzi qüvvələr Britaniyanın özündə də,Avropa ittifaqında ayrı-ayrı qüvvələr, hətta ABŞ siyasi rəhbərliyi istəyir ki,Britaniya ittifaqdan çıxmasın Tereza Mey başda olmaqla bütövlükdə britaniya Avropa ittifaqından çıxmaq qərarının qəti şəkildə bəyan edib.Brexit-in qarşısını almaq cəhtləri artıq boşa çıxır.Bu onu göstəriri ki, bütün maneələrə baxmayraq Britaniya öz mövqeyində qalaraq Brexit-i qəbul edəcək.

 Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264