MÜSAHİBƏ

Andrey Fedoriv: "Müasir zamanda diqqət valyutadır"
29 NOYABR
199

Andrey Fedoriv: "Müasir zamanda diqqət valyutadır"

2018-11-29 16:27:00

Dünya brendinə çevrilmiş ukraynalı marketoloq “FEDORIV” müstəqil yaradıcı şirkətinin sahibi Andrey Fedoriv Bakıda işgüzar səfərdədir. Paytaxtda Brendlərə və marketinq strategiyalarına həsr olunmuş  “BRANDFATHER” təlim seminarı keçirən  Andrey Fedorivin Fins.az-a eksklüziv müsahibə verib.

Azərbaycan bazarı üçün ən aktual marketinq srtategiyası hansıdır?

Biz təkcə Azərbaycan yaxud digər ölkələr üçün ayrıca metadalogiya tətbiq etməyin tərəfdarı deyilik.Biz çalışırıq bütövlükdə dünya üçün uzun müddət aktual olan  marketinq metadalogiyaları formalşadıraq. Bu məsəldə əsas sual hər hansı metadalogiyanın hər hansı bazarda tətbiqinin rahat yaxud çətin olmağıdır.Hansısa bazarın spesifikliyi var? əlbəttə ki, var.Əsas bu spesifikliyə  hansı metodologiyanı hansı alqaritmlə tətbiq etməkdir.Mənə elə gəlir ki, insanı idarə edə bilmək üçün həmin insanı anlamaq və hiss etmək lazımdır.Bunun üçün isə insanla ünsiyyətdə olmaq lazımdır. Biz müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, öz alıcıları ilə daha az ünüsiyyətdə olmaq istəyən  idarəçilərin çoxu daha çox ugur qazanır.Ona görə də,mənim fikrimdə bu səbəbi doğuran iki “xəstəlik” var. Birinci xəstəlik,birinci xəstəliyin adı “kabinet xəstəliyi”dir.Kabinet xəstəliyi nədir? İnsan hərhansı uğurlar qazanır və o özünə gözəl kabinet düzəltdirir.Yaxşı divan,keyfiyyətli stol,kofe və bu kimi rahatlıq gətirən əşyaları kabinetinə yerləşdirir. O müdürlər həmin kabinetlərinə işçilərini çağıra bilərlər və işçilər ona çox hörmətlə yanaşacaqlar.Amma əslində həmin müdirə küçəyə çıxmaq lazımdır.

Əgər o müdür kabinetdən çıxmaq istəmirsə?

Küçəyə çıxmaq onun xoşuna gələməyə bilər amma bu lazımdır.Onu deyə bilərəm ki,uğurlu brendlərin sahibi olan insanların çoxu  öz müştərisi ilə vasitəçisiz canlı ünsiyyət qura bilən insanlardır. Bunu əl ilə hər hansı sənət əsəri yaradan sənətkar etdiyi kimi etmək lazımdır.Müştərilərlə ünsiyyəti kəsmək olmaz.İkinci xəstəlik də var mən onu “trufil xəstəliyi ”adlandırıram. “trufil xəstəliyi” nədir? Siz pul qazanan kimi siz Gucci-dən çanta istəyirsiniz, məsələn siz Parisə getmək istəyirsiniz,Milanda Dolce Gabanna hansı mağazaları var və s. Bütün bunlara vaxt ayırısınız və həmin məsəllərə sərf etdiyiniz vaxt starupçılar sizin müştərilərlə görüşür və maraqlı təklifləri ilə onları ələ keçirirlər və siz tədricən müştərilərinizi itirirsiniz. Məhz həmin zaman çərçivəsində siz itirirsiniz çünki pulla işləyən insanlar heç vaxt insanın özü qədər işə can yandırmır.Məncə bax bu məsəlləri özündə tərbiyə etməlisən.Balaca Budda tacı çıxarıb saraydan çıxdığı kimi reallıqla qarşılaşmaq çünmüşatırilərlə daimi ünsiyyəti itirməməlisən. Daha sonra müəyyən ardıcıllıqla öz işlərini formalaşdırmalısan məsələn əla ideyalar axtarmalısan, onu həyata keçirməyin an asan və optimal sərfəli üsulunu tapmalısan. Ondan sonra böyükrəqəmli qazanclar əlçatan olur.

Hazırda dünyada çox aktual olan rəqəmsal marketinq Azərbaycan bazarı üçün də aktualdır ya necə?

Məncə bu bütün dünyada aktualdır və mən istəmirəm digital marketinqi kiçik bazarlarla sərhədləndirməyin tərəfdarı deyiləm.Həmişə çoxpilləliyi nəzərə almaq lazımdır.əvvəllər biz qəzet səhifələrində marketinq texnologiyalarının tətbiqi strategiyası barədə düşünürük,indi isə biz artıq internetdə marketinq strategiyası qurmaq barədə fikirləşirik.Rəqəmsallığın əsas fərqi nədir? Rəqəmsallıq insanların dəyərini dəyişdi.Smartfonlarla böyüyən nəsil daha keçmişi nəzərə almır və onlar üçün tamamilə başqa şeylər dəyərlidir.Rəqəmsallıq biznesin istiqamətini və funksianallığını dəyişdi. Biznes model nədir?,Məhsullara münasibət nədir?,Qiymətlərə münasibət nədir? Şirkətdaxili  qarşılıqlı münasibətlər nədir? Bütün bunlar rəqəmsal marketinqin insanların həyatına fundamental təsirləridir.Mənə elə gəlir ki, indi sizin məşğul olduğunuz istənilən biznes İT biznesdir.Biz Azərbaycanın rəqəmsal marketinqlə bağlı  spesifikliyi barədə danışaq biznes adamları ilk növbədə marketinqi rəqəmsallaşdırmaq yox biznesi rəqəmsallaşdırmaq barədə düşünməlidir.Məsələn İT startaplardan biznesin genişlənməsi üçün istifadə etmək lazımdır. Əgər siz su ilə məşğulsunuz yaxud siz media ilə məşulsunuz

 

 

 

Bütün dünyada olduğu kimi Azərbaycanın da xəbər bazarında qeyri-ciddi şou xarakterli məlumatlar daha çox oxunur,izlənilir nəinki ciddi siyasi iqtisadi xəbərlər.Məslən  biz iqtisadiyyat  xəbərlərini necə sataq ki,bizim xəbərlər çox izlənilsin?

Hazırkı dövrdə siyasi xəbərləri belə əyləncəli şəkildə təqdim etmək ən doğru üsul hesab olunur.Bunu necə etmək olar sadəcə olaraq ciddi siyasi-iqtisadi xəbərləri əyləncə ilə qarışdırmaq lazımdır.İndi insanlar daha çox əylənmək istəyir.Ciddi məsələlərdən şən formada danışmaq əyləndirərərək danışmaq lazımdır ki,insanlar həm əylənsin həm də sizin ciddi xəbəri oxusun.Ciddi xəbərlər barədə qeyri-standart formada , işıqlı, rəngli diqqət cəlb edən formatda danışmaq,yazmaq lazımdır ki, insanları maraqlandıra biləsən.Mən Azərbaycana gələndə  Azərbaycan və azərbaycanlıların spesifik xüsusiyyətləri barədə  öz tanıdığım insanlardan soruşdum.Demək olar hamı dedi ki, Azərbaycanda hamı çox ciddidir. Mən hesab edirəm ki, müasir zamanda insanlar ciddi görünsələr də adamlar işdə olanda,bizneslə məşğul olanda da şou, əyləncə, gəzinti,rənglilik istəyir.Dünyada ciddi görünməklə ən ağlagəlməz əyləncəli qeyri-ciddi addımlaratmaq müxtlif işlər etmək olur.Sadə gülümsəyin cənablar gülümsəyin deməyi bacarmaq lazımdır.Mən fikirləşirəm ki bu cəmiyyətdə maraqlı eksprimentlərdən qorxmamalısan. Ağıllı və əylancəli eksprimentlər edib diqqət cəlb etmək ən doğru seçimdir. Qaydalara uyğun olan hər şey maraqsız və rəngsizdir.Ən doğru olan steriotipləri dağıtmaq özünün qeyr-standart  qaydalarını yaratmaqdır.Kimlərsə sizə gülə bilər amma inanın ki,çoxsaylı adamlar da sizinlə,sizin işinizlə maraqlanacaqlar,diqqət cəlb edəcəksizniz.Diqqət isə müasir zamanda valyutadır.

Siz geyimlərinizdə tədbirlərinizin çoxunda qırmızı rəngdən istifadə edirsiniz.Bu bir marketing hiyləsidir ya sadəcə rəng sevgisi?

Mən bu barədə onu deyə bilərəm ki,qırmızı rəng marketinq rəngi olsa da bu rəngdən  mən marketinq naminə istifadə etmirəm.Qırmızı rəng mənim çox xoşuma gəlir və mən qırmızı geyinirəm öz layihələrimdə istifadə edirəm.Mən qırmızı rəng sevgimi gizlətmirəm.Əvvəllər məndə hər şey qırmızı idi geyimlər evin dekoru qırmızı rəngli BMW və s.İndi artıq bir az dəyişiklik etmişəm .Biz həyat yoldaşımla Nyu Yorkda alış-veriş edəndə mən girdim mağazaya gördüm bütün trendlərdə qırmızı hər hansı ştrix var.Məsələn ayaqqabımda qırmızı poçt loqosu və xüsusi bağ qırmızı rəngdədir və bu mənim çox xoşuma gəlir həm də çox zövqlü görünür.Mən hətta vizit kartalarımı da çox sevdiyim qırmızı rəngdə hazırlamışam. Çünki qırmızı rəngdən yeniyetməlik yaşlarımdan etbarənn çox xoşum gəlir.Bu rəngdən imtina etmək demək olar ki,mümkün deyil.

Müəllif:Aynur Qəniyeva

Eləcə də bax:Dünya şöhrətli ukraynalı marketoloq Bakıda təlim-seminar keçirəcək

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256