MÜSAHİBƏ

100 resursdan imtina etmişik – Müsahibə
26 NOYABR
159

100 resursdan imtina etmişik – Müsahibə

2018-11-26 13:45:00

Fins.az-ın Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatı MilliNet barədə  sullarını Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  cavablandırıb.

MilliNetin münsifləri hansı prinsiplərlə seçilir?

 MilliNetin münsiflərinin seçilməsində əlbəttə ki,müəyyən qaydalara var. Birinci münsif seçilən şəxslər öz sahələrində peşəkarlığı olan insanlar olmalıdır . İkinci onlara aidiyyəti olan saytlar internet resursları onun münsif olduğu müddətdə müsabiqədə iştrak edə bilməz. Onlar qabaqcadan bununla bağlı öhtəlik götürürlər ki,onlara aidiyyəti olan, onlar tərəfindən yaradılan,onların rəhbərlik etdiyi şirkət tərəfindən yaradılan resurslar həmin şəxs münsif olduğu müddətdə müsabiqədə iştrak etməməlidir. Bu şərtləri ödəyən,öz sahəsində müəyyən təcrübəsi və uğuru olan şəxslər münsif kimi seçilir. Məsələn dizayn üzrə dizayn sahəsində ,kontent üzrə kontent sahəsində tanınmış şəxslərdən, mütəxəssislərdən öz sahəsində müəyyən təcrübəsi olan şəxslərdən seçilir. Münsif seçilən şəxslərin namizədliyi göstərdiyim prinsiplərə əməl etmək şərti ilə irəli sürülür və Azərbaycan İnternet Forumu tərəfindən onların münsifliyi təstiq olunur MilliNetin qaliblərinə hansı üstünlüklər verilir? Azərbaycan İnternet Forumu tərəfindən təsis olunan MilliNet-in məqsədi Azərbaycanın Milli internet infrastrukturunu inkşaf etdirməkdir. Milli internet resurslarını tanıtmaq, milli internet resurslarını populyarlaşdırmaq əsas məqsədimizdir.Mən çox eşitmişəm ki,hər-hansı resurs Millinetdə qalib gələndən sonra deyilib ki, mən heç bilmirdim belə bir resurs var. Bizim qarşıya qoyduğumuz məqsəd bu resursları tanıtmaq və digərlərini də bu cür milli internet resursları yaratmağa həvəsləndirmək,stimullaşdırmaqdır.

MilliNetdə qalib gələn resursların tanınması üçün konkret hansı addımları atırsınız?

 İndi MilliNetin saytında müsabiqəyə buraxılan saytlarla bağlı müzakirələr gedir. Həmin müzakrələrdə müsabiqədə iştrak edən resursla bağlı fikirlər bildirilir. Eyni zamanda biz mətbuata açıqlamalar veririk. Ayrı-ayrı insanlar saytımıza girib baxırlar hansı resurlar var, hansılar daha iddialıdır. Müsabiqədə iştrak edən resurslar MilliNetin saytında özlərini təqdim edə bilirlər. Biz MilliNetin xətti ilə müsabiqədə iştrak edən yaxud qalib gələn resursları cəmiyyətə təqdim edirik. Azərbaycan internetinin ən nüfuzlu tədbiri Milli İnternet mükafatının təqdimat mərasiminin keçirilməsi hər il artıq artıq ən-ənə şəklini alıb. Hər il dekabr ayında baş tutan bu tədbiri demək olar hamı gözləyir. Azərbaycan internet məkanının tanınmış simaları Millinet-in təqdimat mərasiminə yığışır. Bu Azərbaycan internetinin “Oscar ” mükafatıdır. Bizim özümüzün buta formasında milli internet şəbəkəsini əks etdirən simvolik bir prizimiz var. Bununla yanaşı ictimaiyyətin nümayəndələrinin iştrak etdiyi tədbirdə bu mükafat qalib resurslara təqdim olunur, bu da onların tanınmasında böyük rol oynayır.

Millinet müsabiqəsinə saytlar hansı prinsiplərlə qəbul olunur?

 Bir neçə prinsip var. Qeyd edim ki ,müsabiqəyə ən çox resurs təqdim olunan illərdən biri, bu ildir bu günə kimi 406 resurs təqdim olunub. Təqdim olunan resurslardan 100-ə qədər resursdan biz imtina etmişik. Yəni 100 resurs müsabiqəyə qəbul olunmayıb. Bizim qaydalara görə müsabiqəyə təqdim olunan resursun Azərbaycan dili versiyası yoxdursa biz onu müsabiqəyə qəbul etmirik. Birinci prinsip müsabiqəyə təqdim onunan saytın Azərbaycan dili versiyasının olması mütləqdir.İkinci müsabiqəyə təqdim olunan saytda müəllif hüquqları pozulan materiallardan istifadə olunmamalıdır.Üçüncü müsabiqəyə təqdim olunan resursda qanunvericilikdə nəzərdə tutulmayan materiallar-pornoqrafik və bu kimi ziyanlı məlumatlar yerləşdirilməməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256