MÜSAHİBƏ

Çox yaxın zamanlarda Azərbaycan şirkətləri də belə edəcəklər - Müsahibə
10 NOYABR
1210

Çox yaxın zamanlarda Azərbaycan şirkətləri də belə edəcəklər - Müsahibə

2018-11-10 14:54:00

Fins.az-ın müsahibə bölməsinin bu dəfə ki, qonağı Unilegal Consulting şirkətinin təsisçisi Tofiq Hacıyev olub. Hüquq mühafizəçisi ilə xırda və orta sahibkarların problemlərindən tutmuş əmlak üzərində hüquqlaradək müzakirələr apardıq. Müzakirələrdən yaranmış müsahibəni təqdim edirik.

Söhbətimizə başlamamışdan öncə təsisçisi olduğunuz Unilegal Consultingin yaranma tarixindən söz açardız zəhmət olmasa

Unilegal Consultingi 2015-ci ildə təsis edilib. Şirkətin bazasını qurarkən peşəkarların işə cəlb edilməsinə xüsusi önəm vermişik. Sir bu layhəmizi, yəni həm peşekar kadırları həm yuksək standardlara cavab verən maddi texniki bazamızı hazırlayandan sonra  fəaliyyətə başlamışıq. Unilegal şirkətinin fəaliyyətinin əsasını  korparativ sahədə işlər görməkdir. Sırf fərdi şəxslərlədə çalışırıq amma əsasən iş birliklərimiz korparativ şirkətlərlə əməkdaşlıq üzərində qurulub. Fəaliyyətimizin əsasın isə şirkətlərin sənədlərinin dövriyyəsini sistemləşdirmək, kadr işinin təşkil olunması, maliyyə məsləhətləri, mühasibatlıq, bütün fəaliyət növləri üçün lisenziyaların alınması və mütamadi olaraq muqavilə, kadr sənədləri və maliyyə sahisinin auditinin aparılması aşkarlanmış nöqsanları aradan qaldırmaq kimi xidmətlərimiz var.

Bazarın hansı tələblərə ehtiyac olduğunu görüb belə bir şirkət yaratmaq fikrinə gəldiz?

Son zamanlarda dövlətimiz tərəfindən vergi, gömruk, əmək, sosial və digər sahələr üzrə apardığı geniş uğurlu islahatlar və layihələr elecə də sahibkarlara yaradılan şəraitlərdən  xırda və orta sahibkarların yararlanmasna dəstək üçün bu şirkəti yaratdım. Bir nov yuxarıda qeyd etdiyimiz uğurlu islahatlardan yaranacaq şəraiti xırda və orta sahbkarlara çatdırmaq və bu şəraitdən daha da  böyük məqsədlərə daşımaq istəyirik.

Müşahidələrimiz onu göstərir ki, bəzi şirkətlər hüquq departamenti yaradır və bu şöbəyə işçilər cəlb edir. Necə fikirləşirsiz bu nə dərəcədə düzgündür?

Böyük şirkətlərdə müstəqil mütəxəssislərin olması zəruri hesab olunur. Hərçənd dünyanın aparıcı boyük şirkətlərin əsasən maliyə, hüquq və HR xidmətlərini konsaltiqlərə etibar edirlər. Cox guman ki yaxın zamanlarda Azərbaycanda  də belə olacaq.

Amma olkəmizdə olan xırda və orta sahibkarlar qeyd etdiyimiz xidmətlərini konsaltinqlərə etibar etsələr daha münasib olar belə ki, bu sahə üzrə mütəxəssis cəlb edib yüksək məvacib ödəməkdənsə daha münasib qiymətə konsaltinq şirkətlərlə anlaşıb huquq, mühasibatlıq, HR və bu tipli xidmətlərini onlara verin qalan məbləğnən isə həmin sahibkara daha çox xeyir verəcək və pul gətirəcək mütəxəssis cəlb etməsi daha münasibdir. Bu tipli qarşılıqlı əməkdaşlıq hər iki tərəfin böyüməsi üçün əsas amillərdən biridir.   .

Bir müddət öncə Azexport adında portal yaradıldı. Bu portal sahibkarların xarici bazara çıxması üçün imkan yaratdı. Sizin şirkət məhsullarını xarici bazara çıxarmaq istəyən sahibkarlar üçün nə kimi yardım edəbilər?

Bu tip sahibkarlara onların daha inamlı tərəfdaşla görüşməsi üçün araşdırılma aparılması, xarici şirkətlərlə bağlanacaq müqavilələrin hazırlanması, müqavilələrə rəy verilməsi, eyni zamanada dövlət orqanında təmsilçilikdə və digər lazım olan sahələr üzrə öz xidmətlərimizi göstərməyə hazırıq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257