MÜSAHİBƏ

Savadlı tələbələr niyə xaricə axın edir? - MÜSAHİBƏ
16 OKTYABR
641

Savadlı tələbələr niyə xaricə axın edir? - MÜSAHİBƏ

2018-10-16 14:53:00

Bütün dünyada olduğu kimi ölkəmizdə də gənclər xarici ölkələrdə təhsil almağa üstünlük verirlər. Bəs xaricdə təhsilin asan və çətin tərəfləri nədir? Fins.az bu suallara aydınlıq gətirmək üçün Oxford College təhsil şirkətinin  nümayəndəsi Kənan Kərimovla həmsöhbət olub. Odur ki, müsahibəni olduğu kimi təqdim edirik.

- Azərbaycanlı tələbələr ən çox hansı ölkənin universitetlərinə üz tuturlar?

Azərbaycanlı tələbələrin böyük bir qismi SAT imtahanına hazırlaşıb Türkiyənin Top Universitetlərində təhsil almağa gedirlər hansı ki, bu universitetlərdə tədris dili ingiliscə olur və kifayət qədər reytinqli universitetdirlər.Misal olaraq ODTÜ, İTÜ, Hacettepe, Bilkent, Sabancı, Koç, kimi universitetləri göstərmək olar.

- Savadlı tələbələr niyə xaricə axın edir?

Əsas səbəb kimi ölkəmizdəki ali təhsil məktəblərinin çox az qismi keyfiyyətli təhsil verir. Bizim dünya görüşlü yeni nəsil gənclərimiz əsasən ADA, UFAZ və BANM kimi təhsil müəssisələrində oxumaq istəyirlər. Bu kimi, İngilis dilində təhsil verən universitetlər ölkəmizdə nə qədər çox olarsa tələbələrimizin çox qismi ən azından bakalavr pilləsini oxumaq üçün ölkəmizdə qalarlar. Təbii ki, magistratura təhsili üçün xaricə getmələri çox önəmlidir.

- Xaricdə təhsil alan tələbələrin yaşam xərcinin ən az və ən çox  çıxdığı ölkələr hansılardı?

Minimum ortalama ən az qardaş ölkə Türkiyə ən çox xərclər Böyük Britaniya, İsveçrə, ABŞ-ın bəzi əyalətləri.

- Xaricdə Bakalavr və Magistr təhsili almaq üçün hansı imtahanlar tələb olunur?

Bakalavr üçün əsasən təqaüd qazanmaq istəyən tələbənin (əsasəndə ABŞ-da) yüksək SAT nəticəsi olmalıdır. Magistr üçün isə GRE, GMAT nəticələrindən biri olan tələbə ABŞ və Avropada yüksək səviyyəli universitetlərdə təqaüd qazana bilər.  Digər ölkələr üçün müəyyən kriteryalar (ortalama balı) və Dil sertifikatı kifayət edir (IELTS, TOEFL, TELC, Testdaf).

- Xaricdə təhsil alındığı müddətdə ev yoxsa yataqxana tərcih edilməlidir?

İlk kurslardan tövsiyyə olunur ki, yataqxanada qalsınlar universitet və mühitə adapitasiya üçün.

- Avropanın hansı ölkələrinin dövlət universitetlərinə birbaşa attestala qəbul aparırsız? Qəbul nə zaman aparılır?

Azərbaycandan əsasən birbaşa Attestatla qəbul edən Avropa ölkələri Polşa və Çexyanı misal gətirmək olar. Digər ölkələrdə (Böyük Briyaniya, Almaniya, İtalya, İsveçrə)  təhsil sistemi 12 və 13 il olduğu üçün birbaşa qəbul yoxdur. Buna görə tələbələr 1 il və daha artıq hazırlıq mərhələsindən keçməlidirlər.

- Xaricdə təhsil alan tələbələrin təhsili karyeralarına necə təsir edir?

İş imkanları çox olur və aldığı təhsil onun karyerasında yüksəlməyə doğru aparır.

- Qarşıdan hansı əcnəbi universitetlərdə sənəd qəbulu başlayır?

Hal-hazırda qış semesteri üçün qəbullar başlayır Avropa və digər ölkələr üçün.

- Təhsil şirkəti olaraq hansı ölkənin və hansı universitetləri tövsiyə edirsiz?

Təhsil sirkəti olaraq əsasən məsləhətim valideynlərədir ki, ilkin olaraq xaricdə təhsil mütəxəssisi ilə məsləhətləşsinlər.   Əgər övladlarının xaricdə təhsil almaqlarını istəyirlərsə beynalxalq imtahanlara hazırlaşdırsınlar ( SAT, IELTS, TOEFL ) ondan sonra xaricə təhsil almağa göndərsinlər. 

Cabbarlı 44, Caspian Plaza 3-cü korpus, 15-ci mərtəbə, Nizami M/S yaxınlığı.
Telefon: (+994 12) 497-18-37
Mobil: (+994 55) 718-22-72

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258