MÜSAHİBƏ

“Yaxın bir - iki ayda istehsalçıların birləşdirilməsinə başlanılacaq”
30 İYUL
730

“Yaxın bir - iki ayda istehsalçıların birləşdirilməsinə başlanılacaq”

2018-07-30 11:28:00

Müsahibimiz Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılovdur.
- Araz müəllim, ölkədə kooperasiyalaşma prosesi nə vaxt başlayacaq? 

- Ölkədə kooperasiyanın inkişafi ilə bağlı 1997-ci ildə qəbul edilmiş qanun var. Sadəcə, bu sistemin inkişafı ilə bağlı  zəmin formalaşdırılmayıb indiyə qədər. Amma hazırda  kənd təsərrüfatı kooperativlərinin yaradılması ilə bağlı sürətli işlər gedir. Artıq bunun üçün pilot region müəyyənləşdirilib. Yaxın vaxtda mətbuata açıqlaması veriləcək, vətəndaşlar pay torpaqlarının   istifadəsində öz istəkləri ilə kooperativlərdə birləşəcək və KTN olaraq kənd təsərrüfat təyinatlı, qanunla nəzərdə tutulmuş bütün dəstəklər göstəriləcəkdir. Koorporativlərin sürətli inkişafı üçün bütün addımlar atılacaq. Yaxın bir - iki ay ərzində istehsalçıların birləşdirilməsi məsələsinə başlanılacaqdır.
- Kooperativlər arasında ixtisaslaşmanın aparılması nəzərdə tutulurmu?
- Dünyada bir neçə kooperativ modelləri var. Qabaqcıl kooperativlərdən misal üçün, İsraildə “moşallar”, “kibodslar” kimi dünya təcrübəsinə əsaslanmaq olar. Yəni, vətəndaş istehsal və gəlir əldə etməyə köklənməlidir.  Məsələn, müəyyən dəstəklər olur vətəndaşa, sabah vətəndaş gəlir əldə etdikdən sonra hər zaman onu da düşünməlidir ki, bu dəstək nə zamansa kəsilə bilər. Ona görədə, onların düzgün maliyyə siyasəti olmalıdır. Bəli, ixtisaslaşma son dərəcə vacibdir. Ölkədə bəzi sahələrdə həm asossasiyalar və kooperativlərin yaradılması həyata keçiriləcək. Ümid edirik ki, yaxın bir ildə kənd təsərrüfatı təyinatlı koorporativlərin inkişafı  yüksək səviyyəli məhsulun istehsal olunması və satılmasına köklənəcəkdir.
Bu gün 100 hektar  pay torpağı verib 100 manat gəlir qazanmaqdansa kooperativləşmə gələcəkdə daha çox gəlir əldə etməyə imkan verəcək, istehsalçıların maddi təminatı  yaxşılaşacaq.
- Yeni kooperativ modellərinin qaydaları hazırdırmı? 
- Yaxın vaxtlarda qaydalar üzərində iş yekunlaşaraq  təkliflər hazırlanıb aidiyyatı üzrə təqdim ediləcək. Əsas odur ki, sürətli işlər gedir. (aqrobiznes.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250