MÜSAHİBƏ

Əzizə Seyidova: “Müştəri məmmuniyyəti bizim üçün çox böyük mükafatdır”
12 İYUL
1315

Əzizə Seyidova: “Müştəri məmmuniyyəti bizim üçün çox böyük mükafatdır”

2018-07-12 18:08:00

Fins.az sizə “Paşa Travel” şirkətinin İctimai Əlaqələr və Marketinq üzrə Baş Direktoru Əzizə Seyidova ilə müsahibəni təqdim edir:

- Öncə şirkətin fəaliyyət istiqamətləri üzrə danışaq. “Paşa Holideys” turizmin hansı sferaları üzrə xidmətlər göstərir?

- İlk növbədə mən sizi “PAŞA Holideys”-in ofisində salamlayır və bizim işimizə göstərdiyiniz marağa görə şirkətimiz adından təşəkkürümü bildirirəm. “PAŞA Holideys” təkrarolunmaz səyahətlər dünyasının qapılarını üzünüzə açacaq etibarlı səyahət agentliyidir. Şirkətimiz istənilən zövq və büdcəyə uyğun turist paketləri və xidmətlərinin böyük seçimini təklif edir. Biz hər bir müştəriyə onun istəklərini və tələblərini nəzərə alaraq fərdi yanaşırıq. İstiqamətlərimiz müxtəlifdir: Bakıdan Nyu-Yorka, Londondan Keyptauna, Rio de Janeyrodan Kiotoya qədər. Bizim üçün vacib olan – müştərinin tətildən istirahət etmiş və yeni xoş təəssüratlarla qayıtmasıdır. Bir turoperator kimi, müştəri məmmuniyyəti bizim üçün çox böyük mükafatdır. 

- Qeyd edilən sahələr üzrə şirkət hansı uğurlara imza atıb?

- “PAŞA Holideys” “PASHA Travel”-in 15 illik yubileyi münasibəti ilə yaradılıb. Tur agentliklərinin imtiyazından tur operatorlarına keçdilər. Bu il Monteneqroya çarter uçuşları başlatmışıq. Layihə müvəffəqiyyətlə baş tutaraq Azərbaycan vətəndaşlarının marağını qazandı. Biz bundan ilhamlanaraq AZAL-ın tərəfdaşları ilə birlikdə mövsümi çarter uçuşlarının coğrafiyasını genişləndirməyə ümid edirik.

- Sizcə Azərbaycanda turizm sektorunun genişşaxəli inkişafı üçün daha hansı işlərin görülməsinə ehtiyac var?

- Son zamanlar ölkəmizdə turizmin inkişafı üçün böyük işlər görülür: müxtəlif kateqoriyalı mehmanxanalarda qruplar üçün nəzərə çarpan endirimlər təqdim olunur, geniş çeşidli xidmətlərə xüsusi tariflər tətbiq edilir və s. “PAŞA Travel” şirkətində fəaliyyətimə uyğun olaraq, mənə Azərbaycanı bir çox beynəlxalq turizm sərgilərində təmsil etmək nəsib olub. Turizm və səyahət məkanı kimi Azərbaycana olan marağın hər gün artmasını fəxrlə izləyirəm. Əminəm ki, Bakı sakinləri şəhərdə gəzib-dolaşan əcnəbi turistlərin sayının artdığını müşahidə edir. Onların arasında almanlar, çinlilər, fransızlar, hindlilər, yunanlar, serbiyalılar, ruslar, türklər, ərəblər və digər dəyərli qonaqlar var. Bunlar Azərbaycanın əcnəbilər üçün daha maraqlı olduğunu və bizim tur paketlərin cəlbediciliyini göstərir.  

Azərbaycanın turizm istiqaməti kimi təbliğatı, beynəlxalq tədbirlərdə müvafiq səviyyədə iştirakı, viza rejiminin sadələşdirilməsiüçün görülən işlərin davam etdirilməsi, Azərbaycanda konqress-sərgi və biznes turizmi sahələrinin inkişaf etdirilməsi üçün həyata keçirilən tədbirlərin davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Fikrimcə, ilk növbədə məhz bu sahələrin inkişafı çox əlverişli ola bilər.

 

- Azərbaycanda keçirilən böyük idman yarışları və digər dünyamiqyaslı tədbirlər bura turistlərin cəlb edilməsində nə kimi rol oynayır?

- Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən turizmin inkişafı, ölkədə turizm obyektlərinin qurulması, xidmətlərin çeşidi və keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan davamlı addımları və görülən işləri yüksək qiymətləndiririk. Ölkə rəhbərinin turizmin inkişafına verdiyi böyük dəstək bizi yeni nailiyyətlərə və Azərbaycanın turizm potensialının tam açılması istiqamətində əzmlə işləməyə sövq edir. Ölkədə dünya miqyaslı tədbirlər keçirilir, bu da öz növbəsində dünya ictimaiyyətinin Azərbaycana diqqətini artırır. Azərbaycan turizmin inkişafı üçün geniş imkanlar təqdim edir: maraqlı tarix, unikal mədəni irs, zəngin flora və fauna, çoxsaylı təbii qoruqlar, əbədi alovla yanan dağlar, palçıq vulkanları, xizəkçilik istirahət zonaları və qumlu çimərliklər, maraqlı şəhərlər, qədim abidələr, o cümlədən, UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil olan tarixi memarlıq abidələri, müasir komplekslər, mülayim iqlim, günəşli şəhər və əlbəttə ki, öz müxtəlifliyi ilə rəngarəng və zəngin ləziz yerli mətbəximiz. Turist bundan artıq daha nə arzu edə bilərki?

- Hazırda şirkətiniz tərəfindən hansı layihələr icra edilir? Onların iş prinsipi ilə oxucularımızı tanış edin.

- “PAŞA Holideys”-in əsas məqsədi ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı ailəsi və dostları ilə gözəl istirahət etmək imkanına malik olsun. Bunun üçün müxtəlif məhsul və istiqamətlər üzrə yorulmadan işlərimizi genişləndiririk istəyirik.

"PAŞA Holideys" agentliyinin təşkil etdiyi səyahətlərdə keyfiyyət və xidmət bərabər səviyədədir. Biz bu iki vacib elementin səyahət boyu turistin yoldaşı olması üçün əlimizdən gələn hər şeyi edirik. Şirkətimiz müştərilərimizin yüksək keyfiyyətli xidmətlərimizdən məmnun qalmasına nəzarət edir və daim onların gözləntilərini üstələmək yolları axtarır. "PAŞA Holideys" olaraq təklif etdiyimiz səviyyəli peşəkar xidmət və unudulmaz təəssüratlar axtarışında olan səyahətçilərin etibarını qazanmışıq.

Bizə müraciət etdiyiniz ilk andan başlayaraq, istirahətiniz boyunca və sağlam şəkildə evinizə geri dönənə qədər "PAŞA Holideys" heyəti sizinlə olacaqdır. Sizin üçün ayrılmış fərdi məsləhətçisəyahət boyu problem və naharatliqlarınız üçün əlaqə saxlaya biləcəyiniz etibarlı şəxsdir.

Biz bütün müştərilərimizə unudulmaz səyahət təcrübəsi yaşadırıq. Komandamızın işini sevən və işində peşəkar olan səyahət məsləhətçilərinin dünyanın məşhur yerlərində səyahətdən həzz alaraq topladığı məlumatlara etibar edə bilərsiniz. "PAŞA Holideys" komandası həyatınızın ən mükəmməl səyahətini planlaşdırmaq üçün sizin xidmətinizdədir.

 

- Sonda turistlərə nələri tövsiyə edərdiniz?

- Mən səyahəti sevməyən və səyahət etmək istəməyən insan tanımıram. Əlbəttə ki, hamının imkanları fərqlidir və buna görə də “PAŞA Travel” turizmin hər kəsə əlçatan olması üçün əlindən gələni edir. Bizim turist paketlərinə həm ölkəxarici, həm də ölkədaxili istiqamətlər daxildir. Kim hələ “PAŞA Holideys”-in xidmətlərindən istifadə etməyibsə, onları bizim Port Baku Rezidensdə yerləşən ofisimizə dəvət edirik. Biz əminik ki, büdcənizə uyğun olan ideal istirahəti Sizin üçün seçə biləcəyik. “PAŞA Holideys”-ə xoş gəlmisiniz. Biz Sizi gözləyirik!

Müəllif: Cəfər Talıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267