MÜSAHİBƏ

Fermerlərə hansı şərtlərlə AVANS verilir? – Nicat Nəsirli ilə MÜSAHİBƏ
25 İYUN
1018

Fermerlərə hansı şərtlərlə AVANS verilir? – Nicat Nəsirli ilə MÜSAHİBƏ

2018-06-25 13:34:00

Fins.az “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nicat Nəsirli ilə müsahibəni təqdim edir:

- Nicat bəy, fermerlərlə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC arasında bağlanan avans müqaviləsi istehsalçılara hansı imkanlar yaradır? Bu müqavilənin şərtləri necədir? Hansı parametrlərə uyğun k/t məhsulları istehsalçıları avans müqaviləsi bağlaya bilər?

- Avans mexanizmi aqrar sektorunda istehsalçılara yeni bir dəstək formasıdır. Avans – faizsiz, kommersiya maraqları güdməyən dövlət vəsaitidir, istehsalçıları maddi baxımdan motivasiya etmək, əkinin genişləndirilməsini təşviq etmək məqsədi ilə potensial fermerlərə verilir. Bu sistemin təşkilati mexanizmini Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.

- Avans mexanizmini təmzimləyən daxili qaydalar necədir?

- “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 3.6.3-cü  yarımbəndinə əsaslanır. Ödənilən avansların həcmi kiçik istehsalçılar üzrə 3 min manata, orta ölçülü istehsalçılar üzrə 50 min manata və böyük ölçülü istehsalçılar üzrə 250 min manata qədər ola bilər. Bir istehsalçıya hər məhsul üzrə təyin edilmiş kateqoriyalar üçün ayrı-ayrılıqda olmaqla bir neçə məhsul növü üzrə avans ödənişi edilə bilər. Avans sisteminin iqtisadi təsirlərinə gəldikdə isə, indiyə qədər verilmiş 3 milyon 544 min manat vəsait 11 məhsul növü üzrə (badımcan, çəltik, çuğundur, kartof, kələm, lobya, noxud, qarabaşaq, sarımsaq, soğan, yerkökü) verilib, nəticədə 2 min 159 hektarda əkin aparılıb. Avans hesabına istehsal olunmuş məhsullar ASC tərəfindən real bazar qiymətinə tədarük olunub. Avansın əsas hədəflərindən biri idxaldan asılılığın azaldılmasıdır. Ona görə də vəsaitlər verilərkən istehsal olunacaq nəhsulların bazardakı dəyirinə, əhalinin bu məhsula təlabat həddinə xüsusi önəm verilir.

- Bu ilin birinci rübündə nə qədər məhsul tədarük olunub? Qeyd edilən dövrdə nə qədər gəlir əldə edilib?

- Ümumiyyətlə, 2018-ci il ərzində 118 milyon manatlıq qida və kənd təsərrüfatı məhsullarının alınması və təchizata yönəldilməsi ilə bağlı müqavilələr imzalanıb.

- Fevral ayında regionlarda tədarük bazarlarının açılacağı ilə bağlı xəbər vermişdik. Hazırda bu məsələ ilə bağlı vəziyyət necədir?

- Mövsüm ərzində yerli fermerlərdən tədarük olunan kənd təsərrüfatı məhsulları həftəsonu yarmarkalarda satışa çıxarılır. Paytaxt rayonlarında təşkil olunan bu yarmarkalarda həftəlik 100 tona yaxın məhsul bazar dəyərindən 20-30% aşağı alıcılara təklif olunur.

- “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin tərəfdaşları hansı şirkətlərdir?

- Hazırda Səhmdar Cəmiyyət 206 şirkət. İstehsal-satıcı ilə əməkdaşlıq edir. Onlardan alınan məhsullar təchizata yönəldirlir.

Müəllif: Cəfər Talıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268