MÜSAHİBƏ

KƏNAN HƏNİFƏYEV: "5 min əlində pulu olan özünə travel şirkəti açır"
14 İYUN
1854

KƏNAN HƏNİFƏYEV: "5 min əlində pulu olan özünə travel şirkəti açır"

2018-06-14 11:24:00

Turizm.fins.az-ın bu dəfə ki müsahibə bölməsinin qonağı "Qlobus travels and tours" şirkətinin marketinq direktoru Kənan Hənifəyev olub. Müsahibəni təqdim edirik.

"Qlobus travels and tours" şirkəti nə vaxt yaranıb və əsasən hansı turlar təşkil edir?

Qlobus travels and tours şirkəti -  2002 -  ci ildən fəaliyyət göstərir. 16 illik fəaliyyət zamanı şirkət olaraq bütün istiqamətlərdə turların təşkilini və yeni turların tərtibində öz töhfəmizi verən şirkətlərdən biriyik. Əsasən Türkiyə Gürcüstan istiqamətində  sıx turlar təşkil edirik.

Yerli turistlərimiz ən çox hansı istiqamətlərə tur sifariş edirlər?
Yerli  turistlərimiz  yay mövsümü  ilə əlaqədar olaraq əsasən kurort zonalarına turlar sifariş edirlər bunların arasında Türkiyə bölgəsi öndə gedir amma buna baxmayaraq  Avropa və  məsafə olaraq yaxın olan Gürcüstanada sifarişlər  verilir.

Yayda ən ucuz tur hara olur? Xaricdə və Ölkə daxili
Yay  mövsümü  ilə əlaqədar hal-hazırda    həm xarici   həm də   daxili  turlarımızda  xüsusi  endirimli  tur məhsulları  turistlərimizə  təqdim edirik . Xarici   tur olaraq  Gürcüstan istiamətində Kobuleti turlarımız  mövcüddür ki  bir həftəlik səyahət  paketi  99 dollardan başlayır , daxili  turlar da isə  avtobus turlarımız baş tutur və  15 azndən başlayan  qiymətlərlə turistlərimizə  xidmət  göstəririk.

Yerli turistlərimizə yay aylarında hansı xarici ölkəyə səfər etməyi məsləhət görürüsüz və nə üçün?
Yerli   turistlərimizə yayda  cox istiqamətdə sefer etmeye  tövsiyyə  ede bilərik.  Amma  biz  hər zaman calisiriq ki  turistimizin  budcesine  uygun lazim  istiqametlər  seyhaet paketleri   teklif edek - yeni  muxtelif  segmentlər uzre teklif  paketlerimiz var.

Xarici ölkələrdən Azərbaycana turist gətirirsiz?
Xarici ölklərədən   əsasən  Körfəz və avropa istiqamətində  xarici  turistlərimizə xidmət  göstəririk  və bu yöndə "çoğrafiyamızı" böyüdürük 

Əcnəbi turistləri cəlb etmək üçün nə edirsiz?
Əcnəbi  turistlərin  ölkəmizə  cəlb etməsi  üçün şirkət olaraq  öz strategiyamız və təbliğat işlərimiz varki o plan üzrə fəaliyyət göstəririk. Amma  buna baxmayaraq daha çox təbliğat və təşviqat üçün  həm şirkətlərlə həmdə  dövlət  qurumları ilə sıx əməkdaşlıq və fəaliyyət  göstərilməlidir və dünyada Azərbaycan turizmini  və  vətənimizin  dilbər güşələri barəsində informasiyalar  verilməlidir

Əcnəbi turistlər ölkəmizdə əsasən hansı bölgələrə səfər etməyə üstünlük verirlər və nə üçün?
Əcənəbi  turistlər  ölkəmizə gəldiyi zaman  paytaxtımızdan başqa  şimal və şimal qərb  istiqaməti  daha çox  diqqətlərini  cəlb edirlər.  Quba Qəbələ Şəki  Lahic Lənkəran  və Gəncə-Göygöl istiqaməti   xarici turistlərin zövqünə oxşayır.  Həmçinin   tariximiz mədəniyyətimiz və  mətbəximiz  xarici  turistlərin  böyük  maraqina səbəb olur. 

Necə fikirləşirsiz ölkəmizdə olan turizm şirkətlərinin çox olması müsbət haldır yoxsa mənfi?
Ölkəmizdə  olan turist şirkətlərinin  say  məsələsi  özü böyük bir mövzüdür. Bu  məsələdə fikirlər  müxtəlifdir , bir növ şirkətlər  cox  oldugu  halda  ölkə iqtisadiyyatı  üçün faydalı ola bilər amma  bunun  fəsadlarıda  böyükdür. Hal-hazirda  2000 dən artıq  turizm fəaliyyətiylə məşğul olan şirkət və bu  tipli   qurum bölmələr var bundan başqa  500-dən artıq səyyar satış edən qeydiyyatsız turizmlə məşğul olan şəxslər var. Ölkə  turizm potensialına  nəzər  saldıqda  bu qədər şirkətin olması  mənfidir.Çünku yeni açılan şirkətlərin 100-70 % hec bir  peçakar yöndə  firmaları  qurulmur və fəaliyyəti  zamanı üzrədə  böyük nöqsanlar  aşağı səviyyəli  xidmətlər dempinqlər və  xarici  turistlərə qarşı düzgün məlumatsızlıq və xidmətsizlik  müşahidə edilir. Bunun müqabilində  turizm sənayesində  bu kimi  hadisələri  görüb aradan qaldıracaq mexanizm olmadığına görə - hal hazırki  turizm qarışıq vəziyyətdədir. Bizə  kəmiyyət yox  keyfiyyət lazımdır. Hər bir  turizm şirkəti  gəlmə  turizmlə məşğul olursa  ilk  növbədə  bilməlidir  ki  o öz ölkəsinin "səfiri" kimi  fəaliyyət göstərir. Qarşılanmadan yola salınmaya qədər turistə yaxşı  xidmət göstərilməlidir ki , sonra ölkəmiz  haqqında  mənfi   rəylər  bildirməsinlər. 

Turizm şirkəti yaratmaq üçün qaydaların çətinləşdirilməsinə ehtiyac varmı?

Turizm  şirkətlərinin  yaratmaq  üçün qaydalarda  mütləq  dəyişikliklər  edilməlidir -  hətta  2- kvalifikasiya  bölünməlidir -  bunlardan  biri   sırf gəlmə  turizm üzrə  fəaliyyət  digəri   ümümi  turizm fəaliyyəti   kimi olmalıdır. Və açılan  turizm  şirkətlərinin   qarşısında şərtlər  olmalıdır. Bu halda  acilan şirktlər  ilk növbədə bu işlə məşğul olan peşakarlar fəaliyyət göstərəcək  və  bu  biznesə  ciddi  qoşularaq həm özlərinə həmdə  ölkəmizə   böyük  xeyir verə biləcəklər.  Cari vəziyyətdə   5 min əlində  pulu olan özünə travel şirkəti  açır hətta deyərdim ki  bəzi yeni  acılan şirkətlər özlərinə ad secməkdə əziyyət çəkmədən  digər fəaliyytdə olan sirkətlərin adlarına oxşar və ya eynisi ilə fəaliyyət göstərirlər )) -  buda turizm senayesi ucun mənfi aura gərginlik yaradir.

Necə fikirləşirsiz gələcəkdə daha  hansı ölkələrdən çoxlu sayda turistlər gələ bilər?


Ölkəmizə  çoxlu  turist  gəlməsini və müxtəlif ölklərdən   olmasını  istəyirksə qonşu ölkələrin  təcrübəsindən   mütləq  yararlanmalıyıq. Otelçilik və xidmət  sahəsində  Turkiyədən, travel  tour üzrə  isə  Gürcüstan modulundan istifadə  etməliyik  .Düzgün strategiya  üzrə   avropa  MDB ölkləri  həmçinin Asiya ölkələrindən  coxlu  sayda  turistin diqqətini cəlb edib olkəmizə  gətizdirə   bilərik 

Sizin şirkəti digər turizm şirkətlərindən nə fərqləndirir?


Bizim şirkət  digər turizm  şirkətlərindən onunla  fərqlənir  ki   biz  tək   turistlərə  xidmət göstərmirik   biz  həmcinin digər  turizm  sirkətlərinə   xidmət verib əməkdaslıq  edirik. Muxtelif xarici  ölkələrin turizm sistemləri  bir başa əməkdaslıq və rəsmi nümayəndəsi olaraq digər şirkətlərədə xidmətlərimizi təqdim edirik.   Hal hazirda  şirkətimiz    yeni texnoloji imkanlardan faydalanaraq  turizm sahəsinə tetbiqi ile məşğuldur. Müasir dövrünn tələblərinə uyğun olaraq  elektron turizm - genis miqyasli  xidmetlərlə ,diger turizm şirkətlərindən fərqliliyimizi yaradır. Həmçinin gələcəkk aylarda   turistlərimiz  üçünde  yeni  səyahət  xidməti layihəmizidə  təqdim  edəcəyik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259