MÜSAHİBƏ

Müştəriyə aylıq ödənişdə də güzəşt edirik» - BANKİRLƏ MÜSAHİBƏ
24 APREL
1040

Müştəriyə aylıq ödənişdə də güzəşt edirik» - BANKİRLƏ MÜSAHİBƏ

2018-04-24 17:22:00

Məlum olduğu kimi, bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd edilir. Ölkə biznes idə bu prosesdən kənarda deyil və müxtəlif qurumlar bu münasibətlə fərqli aksiyalar keçirirlər. «AccessBank» isə 100 illik münasibətilə 100 rəqəminin bir neçə dəfə xatırlandığı unikal kredit kampaniyasına başlayıb. Digər kreditlərdən fərqli olaraq burada kredit şərtlərinin bir hisəsini sahibkarlar müəyyən edə biləcəklər. Kampaniyanın detallarını  AccessBank-ın "Mərkəzi" ofisin direktoru Vüqar Mirzəzadə açıqlayıb:

- Bankınız Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə kredit kampaniyasına başlayıb. Kampaniya şərtlərinə toxunmazdan əvvəl kredit şərtlərini bilmək istərdik. Kreditlər hansı müddətə və hansı faizlə verilir? Həmçinin, ilk dəfə götürən və ya təkrar müştərilər üçün şərtlər fəqlənirmi? (20 min manatadək və 50 min manatadək olanlar üçün ayrıca bildirmək lazımdır)

- İlk növbədə bildirmək istərdim ki, kampaniya 50 000 manatadək mikro və 20 000 manatadək nağd pul kreditlərini əhatə edir. Bu kreditlər 23%-dən başlayan faiz dərəcəsi ilə 24 ay müddətinədək verilir. Təkrar və yeni müştəri olmasından asılı olmayaraq, qeyd olunan şərtlər bütün müştərilərə aiddir.

- Kreditlər üzrə girov tələb olunurmu və olunursa, girov qismində nə çıxış edə bilər? Girov daşınmaz əmlakdırsa, hansı bölgədə olmalıdır?

- 10 000 manatadək nağd pul kreditləri üçün girov tələb olunmur. Eyni məbləğdə mikro kreditlər üçün şərti girovlar və zamin, daha yuxarı məbləğdə mikro və nağd pul kreditləri üçün isə daşınmaz əmlak girovu tələb olunur. Daşınar və daşınmaz əmlaklar, həmçinin cari və depozit hesablarındakı vəsaitlər girov qismində qəbul oluna bilər. Daşınmaz əmlak girovuna gəldikdə, yalnız iri şəhərlərdə yerləşən yox, eyni zamanda rayon mərkəzləri və şəhərətrafı ərazilərdə yerləşən daşınmaz əmlaklar da bu kateqoriyadan olan girovlara aiddir.

- Biznes kreditinə müraciət edən şəxs biznes plan və ya hansısa biznes əsaslandırma təqdim etməlidirmi? Yoxsa sadəcə girovu və gəliri varsa, kredit götürə biləcək? Nağd pul kreditlərində bu qayda necədir?

- Biznes kreditinə müraciət olunduğu halda, əməkdaşlarımız tərəfindən biznesin maliyyə təhlili aparılır. Aparılan təhlilin nəticəsi və təqdim olunan girov(lar) əsasında kreditin verilib-verilməməsi barədə qərar qəbul olunur. Nağd pul krediti götürmək istəyən müştəri isə rəsmi gəlir(lər)ini təsdiq edən müvafiq sənəd təqdim etməlidir. Bu zaman “Məsuliyyətli kreditləşmə”nin şərtləri əsas götürülərək qərar qəbul olunur.

- Güzəştlərə gəlincə, 100 günədək güzəşt müddəti nə deməkdir? Yəni, həmin müddətdə faiz ödənilmir? Bu güzəşt müddəti bütün müştərilərə və məbləğlərə aiddir, yoxsa hansısa şərtlər daxilində verilir? (Misalla, zəhmət olmasa) Sualın cavabında zəhmət olmasa misaldan da istifadə edin.

- Güzəşt müddəti deyildikdə, həmin müddətdə kredit üzrə yalnız faiz məbləğinin ödənilməsi nəzərdə tutulur. Əsas məbləğlər isə növbəti ayların ödəniş məbləğlərinə atılır.

Məsələn, illik 24% dərəcəsi ilə 5 000 manat kreditlə bağlı müraciət edən müştəri üçün güzəşt müddətində ödəniş məbləği belə hesablanacaqdır: 5000*24%/12 ay = 100 manat.

100 günədək güzəşt müddəti 12 aydan az olmayan müddətə verilən bütün mikro və nağd pul kreditlərinə şamil edilir.

- İkinci güzəşt - son 100 günədək faiz məbləği də hədiyyə olunur. “Günədək” sözü o deməkdir ki, bu müddət həmişə 100 olmayacaq. Elədirmi? Elədirsə, həmin müddət nədən asılıdır? (buna da misal göstərək zəhmət olmasa).

- Bəli, bu müddət bütün hallar üçün nəzərdə tutulmayıb. Belə ki, faiz məbləği hədiyyə olunan günlərin sayı kredit müddətindən asılı olaraq 30 - 100 gün arasında dəyişir.

- Əsas məsələ - kampaniyanın daha bir şərtinə əsasən, bankdan kredit götürən sahibkar kredit üzrə ödənişi qrafikini biznesinə uyğun şəkildə özləri seçəcəklər. Zəhmət olmasa, bu məsələni bir qədər ətraflı izah edin - yəni, hansısa  aylarda ödəniş olmayacaq? Yoxsa, ayrı-ayrı aylarda ödənilən məbləğ fərqli olacaq? (misallarla izah edin zəhmət olmasa)

- Ödəniş qrafikinin istənilən formada tərtibi zamanı aylıq ödəniş olacaq. Sadəcə, sahibkar gəlirlərinin az olacağı gözlənilən aylara standart ödənişdən daha aşağı ödəniş məbləği (bu məbləğ kredit üzrə aylıq faiz məbləğindən aşağı ola bilməz), digər aylara isə daha yuxarı ödəniş məbləği təyin etdirə bilər. Bu formada ödəniş qrafiki kreditin bütün müddətində sahibkarın çətinlik çəkmədən ödəniş etməsinə şərait yaradır.

- Digər maraqlı məqam - deyirsiniz ki, sahibkar qrafiki biznesinə uyğun şəkildə özü seçəcək. İstənilən iş adamı və sahibkar çalışır ki, kredit şərtləri maksimum yumşaq olsun və qrafik onun üçün əlverişli olsun. Bəs onlar qrafik seçərkən, bu qrafikin biznes fəaliyyətlərinə uyğunluğunu əsaslandırmalıdırlar, yoxsa, sadəcə məlumat verməsi kifayət edir?

- Artıq qeyd etdiyim kimi, kredit müraciəti zamanı əməkdaşlarımız tərəfindən biznesin maliyyə təhlili aparılır. Təhlil zamanı mövsümilik və ya digər amillər səbəbindən biznes gəlirlərinin aylar üzrə qeyri-stabil olması müəyyənləşdirilərsə, sahibkarın təklif etdiyi qeyri-standart ödəniş qrafiki nəzərdən keçirilir. Sahibkar tərəfindən hər hansı əsaslandırma tələb olunmur.

- Sahibkarlar bu kreditlərə necə maraq göstərirlər?

- Qeyd edim ki, kampaniyanın tətbiqindən sonra kreditlərə maraq ciddi şəkildə artıb. Bu isə öz növbəsində kreditlərə artan tələbatın yaranmasına səbəb olub. Lakin kreditləşmə sahəsində əldə etdiyimiz təcrübə və operativlik bu gün artan tələbatı tam və operativ şəkildə yerinə yetirməklə müştərilərimizin məmnunluğuna nail olmağımıza səbəb olur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276