MÜSAHİBƏ

Mütəxəssisdən Departament rəhbərinə gedən yol - MÜSAHİBƏ
16 APREL
1825

Mütəxəssisdən Departament rəhbərinə gedən yol - MÜSAHİBƏ

2018-04-16 10:42:00

Ölkəmizdə uğurla fəaliyyət göstərən banklardan biri də  AtaBank-dır. 1993-cü ildən müştərilərinə xidmət göstərən və bu il 25 illik yubileyini qeyd edən bank, Azərbaycanın ən böyük kommersiya banklarından biridir. Hər zaman yenilikləri ilə fərqlənən AtaBank, yüksək texnologiyalı universal bank hesab edilir və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir. Bütün bunları nəzərə alaraq Fins.az müsahibə bölməsinin “yolunu”AtaBank-dan salıb.  Fins.az-ın budəfəki müsahibə bölməsinin qonağı isə Özəl Bankçılıq Departamentinin direktoru Fəxri Acalov olub. Müsahibəni təqdim edirik.

Fəxri bəy,Özəl Bankçılıq departamentinə rəhbər təyin edilmisiniz. Öncə bank karyeranız haqqında oxuculara məlumat vermək istərdik. AtaBank-da  bu vəzifəyə yüksələnədək hansı vəzifələrdə çalışmısız?

2003-cü ilin avqust ayından AtaBank-da çalışıram. Karyerama Müştəri Xidməti Departamentində əməliyyatçı  olaraq başlamışam. Bu müddət ərzində müxtəlif vəzifələrdə,son illər ərzində isə Müştəri Xidməti Departamentinin Direktor müavini vəzifəsində çalışmışam. Daha sonra, müştərilərimizə daha keyfiyyətli xidmətin göstərilməsi məqsədi ilə  Özəl Bankçılıq Departamenti yaradıldı və mən bu departamentə rəhbər təyin edildim.

Departamentin adından da göründüyü kimi özəl, fərqli xidmətlər təklif edirsiniz. Odur ki, bilmək istərdik “Özəl bankçılıq” nə deməkdir? Bu ad özündə nəyi ehtiva edir?

Özəl bankçılıq müxtəlif banklarda müxtəlif istiqamətləri əhatə edir. Bizim bankımızda isə “Özəl bankçılıq”fərdi müştərilərə istiqamətlənmiş xidmətdir. Daha doğrusu hər bir müştəriyə özəl və fərdi xidmətin göstərilməsidir. Fərdi təkliflər əmanətlərin məbləği, illik faiz dərəcəsi və s. xüsusiyyətlərinə görə fərqlənir. Əsas məqsədimiz həm yeni, həm də daimi müştərilərimizə yüksək və keyfiyyətli xidmətin göstərilməsidir.

Əmanət şərtlərinizdən söz açdınız. Yeri gəlmişkən əmanət şərtləriniz necədir?

Hazırda bankımızda 3 aydan 60 aya qədər əmanət yerləşdirmək mümkündür. Milli valyutamızda yerləşdirilən əmanətlərə daha yüksək faiz dərəcəsi təklif edirik. Bir illik manat əmanətlərinə illik 10.5% tətbiq edilir. ABŞ Dollarında yerləşdirilən əmanətlər isə uzun müddətli, məsələn iki-üç illik qoyularsa, o zaman illik 5%-ə dək gəlir əldə etmək mümkündür. Qeyd etmək istərdim ki, AtaBank-da yerləşdirilən bütün əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam sığortalanır.

Rəhbərlik etdiyiniz departament hansı məhsulları təklif edir?

Müxtəlif  əmanət məhsulları ilə yanaşı müştərilərimizədepozit seyflərindən istifadə imkanı, həmçinin güzəştlər tətbiq edilənplastik kartlarımızı təklif edirik. Məsələn, əmanət yerləşdirən hər bir müştəriyə VISA Classic və  ya MasterCard Standard plastik kartı pulsuz verilir və əmanət üzrə hesablanmış faizlər kart hesabına köçürülür. Bu da müştərilərimizə banka yaxınlaşmadan əldə etdikləri gəliri bankomatdan çıxarmaq, POS Terminal vasitəsi ilə və ya online ödənişləri həyata keçirmək imkanı yaradır.Bundan əlavə, müştərinin arzusu ilə ona hədiyyə olaraq kredit kartı da təklif edilir. Həmçinin müştərilərə AtaBank-ın Mobil Bank əlavəsindən pulsuz istifadə imkanı yaradılır.

Müştərilərə nə kimi kartlar təklif edirsiz?

AtaBank artıq uzun illərdir ki, VİSA və MasterCard beynəlxalq ödəmə sistemləri ilə əməkdaşlıq edir. Hazırda bankımız müştərilərinə ən sadəMaestro və VİSA Elektron kartlarından başlayaraq, premium sinfinə aid olan MasterCard Platinium və VİSA Platinium kartları daxil olmaqla müxtəlif plastik kartlar təklif edir. Dünyanın 200-dən çox ölkəsində, 24 saat ərzində, real vaxt rejimində bu kartlardan istifadə etmək mümkündür. Bankımız tərəfindən təqdim edilən bütün kartlar 3D Secure xidmətinə qoşulur və tam təhlükəsizliyi təmin edilir. Əlavə olaraq qeyd etmək istərdim ki, MasterCard Platinium və ya VİSA Platinium kartlarını əldə edən müştərilərə əlavə güzəştlər və endirimlər də təklif edilir. Məsələn AtaBank-ın Priority Pass kart sahibləri aviaşirkət və aviabiletin növündən asılı olmayaraq, həm işgüzar əlaqələr, həm də istirahət məqsədi ilə dünyanın 130-dan çox ölkəsinin və 500-dən çox şəhərin hava limanlarında fəaliyyət göstərən VİP gözləmə zallarının bütün üstünlüklərindən istifadə edə bilərlər. Premium kart sahibləri səfər etdikləri ölkədən asılı olaraq otel, dükan və ya restoranlarda müxtəlif endirimlər əldə edə bilərlər.

AtaBank-ın əsasən hansı məhsuluna müştərilərin tələbi daha böyükdür?

Demək olar ki, bütün məhsullara, həm əmanət, həm kredit məhsullarına, həm də plastik kartlara  tələb böyükdür. Bu səbəbdən daima yeni və əlverişli məhsullar yaratmağa, müştərilərimizə daha yüksək xidmət göstərməyə və əməliyyatların daha asan və sürətli aparılması istiqamətində yeniliklər etməyə çalışırıq. Son dövrlərdə nağdsız əməliyyatların inkişafını nəzərə alaraq plastik kartlara tələbat daha çoxdur. AtaBank öz 25 illik bankçılıq təcrübəsinə arxalanaraq, müştərilərinin banka etibar etdiyi vəsaitləri daha sərfəli şərtlərlə və daha etibarlı şəkildə qoruyur. Hazırda AtaBank müştərilərinə manat, ABŞ dolları və Avro-da plastik kartlar təklif edir.  Bankımızın istənilən plastik kartı vasitəsi ilə müştərilərimiz həm ölkə daxilində, həm də ölkə xaricində istənilən nağdsız əməliyyatları apara bilməklə yanaşı, online ödənişləri də həyata keçirə bilərlər. Bundan əlavə, AtaBank-ın istənilən bankomatı vasitəsi ilə kart sahibləri əlavə komissiyasız öz hesablarından nağd pul çıxarmaq imkanı əldə edirlər. Bankomatlar fasiləsiz, həftənin 7 günü, günün 24 saatı işləyir. Onu da qeyd edim ki, hazırda AtaBank-ın 50 mindən çox müştəri bazası var.

Bilirik ki, dövrümüzdə texnologiyaların inkişaf etməsi və innovativ yeniliklərin tətbiq edilməsi bank sektorundan da yan keçməyib. Bank sektorunda da belə sahələrdən biri onlinebanking xidməti sayılır. Bilmək istərdim  AtaBank-ın online banking xidməti  müştərilərinə nə kimi üstünlüklər verir?

AtaBank-ın online banking xidməti müştərilərinə, dünyanın istənilən yerində və istənilən zaman, internetə çıxışı olan istənilən cihaz vasitəsi ilə AtaBank-dakı hesablarını izləmək və bir sıra əməliyyatları həyata keçirmək imkanı verir. Online banking xidmətindənistifadə edən müştərilər hesabları üzrə qalıqları izləmək, istənilən müddət üçün hesab üzrə çıxarışları çap etmək, bankdaxili, ölkədaxili, ölkəxarici, köçürmələr, kommunal, kredit  ödənişlərini həyata keçirmək, yeni cari və əmanət hesablarını açmaq və s. imkanlar əldə edirlər. Xidmətə qoşulmaq üçün isə sadəcə AtaBank-a ərizə ilə müraciət etmək kifayətdir. Müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə İnternet-Bank sisteminə qoşulmaq üçün login və parol verilir.

2018-ci il üçün departamentinizin əsas hədəfləri nədir?

Əsas hədəflərimizdən biri hüquqi və fiziki şəxslərə təqdim etdiyimiz rəqəmsal bankçılıq xidmətini daha da inkişaf etdirmək və təkmilləşdirməkdir. AtaBank daim müştərilərinə göstərdiyi xidmət səviyyəsi ilə seçilib və biz, bu xidmət səviyyəsinin daha da yüksəldilməsi və inkişaf etdirilməsi istiqamətində çalışırıq. Əsas hədəflərimizdən biri digəri yaratdığımız məhsullar və göstərdiyimiz xidmət sayəsində daha çox hüquqi və fiziki şəxslərin marağını cəlb etmək və onları müştərilərimiz sırasında görməkdir.

Müəllif: Xeybər Heydərov 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254