MÜSAHİBƏ

“Bizdən ev alanların 14-cü mərtəbədə həyəti olacaq” – MÜSAHİBƏ
13 APREL
1342

“Bizdən ev alanların 14-cü mərtəbədə həyəti olacaq” – MÜSAHİBƏ

2018-04-13 10:43:00

Fins.az “SR Construction” şirkətinin icraçı direktoru Toğrul Ələkbərli ilə ötən ildən tikintisinə başlanılan “Teras Park” yaşayış kompleksi ilə bağlı müsahibəni təqdim edir:

-Toğrul bəy,“Teras Park” yaşayış kompleksi nədən ibarətdir və müştərilərinə nə təklif edir?

- “Teras Park” “Park Group” şirkətinin təqdim etdiyi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsi.35 ünvanında inşa etməyə başladığımız 8 blokdan 22 mərtəbə və 520 mənzildən ibarət olan yaşayış kompleksidir.

Qeyd edim ki, kompleksimizin tikintisində yüksək təcrübəyə malik, peşəkar, məsuliyyətli usta və fəhlə komandası çalışır ki, bu da binanın güvənli olmasının başlıca şərtlərindən biridir. Əsas məqamlardan birini də diqqətinizə çatdırmaq istərdim ki, Tikintidə yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilir. Armaturlar ukrayna istehsaldır və M400 markalı Betondan istifadə edilir ki, bud öz növbəsində binanın zəlzələyə davamlılığını maksimuma yüksəldir.   

1 otaqdan 6 otağa qədər müxtəlif ölçülərdə mənzillərimiz mövcuddur. 1 otaqlı mənzillərin ölçüsü 49-59 kv.m-dir. 2 otaqlı mənzillərin ölçüsü 75-103 kv.m, 3 otaqlı mənzillər 122-135 kv.m, 4 otaqlı mənzillər 159-275  kv.m-ə qədərdir. 5 otaqlı mənzillər 344 kv.m, 6 otaqlı mənzillər isə 478-702 kv.m təşkil edir. 2 mərtəbəli və terraslı mənzillərimiz də mövcuddur. Məsələn, bizim 344 kv.m-lik 5 otaqlı mənzilimiz var. Özünün 68 kv.m-lik terrası var. Yəni, 14 mərtəbə yuxarıda bir həyətiniz olacaq. Ora dibçəkdə bir ağac qoya bilərsiz və yaxud stol qoyub çay içə bilərsiz. Başqa sözlə, bu gün yeni tikilməkdə olan yaşayış binalarının təhlükəsizliyi və həyət evlərinin rahatlığını bir yerdə cəmləşdirmişik.

Bundan əlavə, yaşayış kompleksimiz 1 hektar ərazini əhatə edir ki, bunun da 37 sotu yalnız yaşıllıq ərazisidir ki, bu da öz növbəsində uşaqların əylənə- oynaya biləcəyini və böyüklərin dincələrək asudə vaxt keçirmələrini tam təhlükəsiz qaydada təmin edəcək. Bu gün yaşayış komplekslərinin əsas problemi həyətyanı sahələrin yalnız asfalt örtükdən ibarət olmasıdır. “Teras Park”da isə əksinə həyətdə parklama üçün yerlər nəzərdə tutulmayıb, insanlar kompleksin həyətində rahat şəkildə istirahət edə biləcəklər. Bununla yanaşı xüsusi müşahidə və nəzarət kameraları vasitəsilə kompleksin ərazisi tam nəzarətdə olacaqdır. Bundan əlavə Onu da əlavə edim ki, həyətyanı sahəyə nəzarət edən şəxs, o cümlədən hər blokun öz xadiməsi olacaq. Bəzi bloklarda 2 bəzilərində isə 3 lift quraşdırılacaqdır.

-Bəs sakinlər avtomobillərini necə park edə bilərlər?

- Kompleksin 2 mərtəbəli yeraltı qarajı mövcuddur. -1,-2 mərtəbələri daxili qaraj sahələridir. Sakinlər avtomobillərini bu qarajlarda saxlaya bilərlər. Qarajlar əlavə ödənişlə satılır. Ölçüsündən aslı olmayaraq qaraj yerləri 15 min manata təklif edilir. Bundan əlavə Kompleksimizin qarşısında acıq havada da parklanma sahələri olacaqdır ki, sakinlərimiz və  gələn qonaqlar rahat şəkildə o parkinglərdən istifadə edə biləcəklər.  

- Yaşayış kompleksində mənzillərin qiyməti necədir?

Qiymətlərimiz yerləşdiyimiz ərazidəki rəqiblərimizdən yüksək deyil. Söhbət hər bir şəraiti olan, insanların istirahəti üçün həyətyanı sahəsi olan yaşayış komplekslərindən gedir. Yaşayış kompleksimizin fərqli olmasına baxmayaraq qiymətlər yüksək deyildir. Mənzillərin qiyməti kv.m üzrə 850 manatdan 1080 manata kimidir. Onu da əlavə edim ki, kompleksdə hər bir detal nəzərə alınıb. Həyətyanı sahəyə nəzarət edən şəxs, müşahidə kameraları, o cümlədən hər blokun öz xadiməsi olacaq.

- Qiymətlər nəyə əsasən dəyişir?

- Mənzillərin qiyməti  mərtəbədən aslı olaraq dəyişir.

-Mənzillərin satışı hansı şərtlərlə həyata keçirilir?

- Nağd satışla yanaşı, müştərilərə daxili kredit şərti ilə də mənzillər təklif  edilir. Belə ki, bizdən mənzil almaq istəyən şəxslər müraciət edərək mənzilin 30-40 % və ya daha yüksək ilkin ödəniş etməklə qalıq məbləğini 36 aylıq daxili kredit şərtlərilə ödəyə bilərlər. Bundan əlavə ilin sonuna dək İpoteka şərtlərimiz də aktivləşəcək. Hər bir müştərimizə bina hazır olar olmaz çıxarış (kupçası) təqdim ediləcək.

- Hazırda kompleksin tikintisi hansı mərhələdədir?

- 2017-ci ilin yay aylarından “Teras Park” yaşayış kompleksinin tikintisi başlayıb. Tikinti ərazisi 4 min kv.m-lik sahəni əhatə edir. 22 mərtəbəli kompleksin hazırda 3-cü mərtəbəsinin tikintisi aparılır. 2020-ci ilin birinci yarısında kompleksin təhvil verilməsi planlaşdırılır.

- Müştərilər daha çox hansı mərtəbələrdən ev almağa üstünlük verirlər?

- Əsasən yuxarı mərtəbələrə üstünlük verirlər. Çünki aşağı mərtəbələrə nisbətən yuxarı mərtəbələrdə havanın hərəkəti daha yaxşı olur. Bununla belə, bəzi hallarda yenə də hündür mərtəbələrə liftə görə güvənmirlər. Bu da 30-40 il əvvəl formalaşan psixologiya ilə bağlıdır. Yəni, birdən lift xarab ola bilər. Amma bizdə elə bir problem olmayacaq. Bina 8 blokdan ibarətdir. Bir daha qeyd edirəm ki,6 blokda 2lift, 2 blokda isə 3 lift olacaq. Bu liftlər də müasir standartlara cavab verən sürətli liftlərdir. Kompleksdə hər bir hal nəzərə alınıb. Hətta elə şərait yaradılacaq ki, elektrik kəsildiyi halda belə sakinlər liftdə qalmayacaq çünki xüsusi generatorlar – upslər quraşdırılacaqdır. Ümumilikdə isə deyə bilərəm ki, digər şirkətlərdən əsas fərqimiz öz işimizə daha peşəkar yanaşmağımızla bağlıdır.Müştəri bütün mərhələlərdə bizim peşəkarlığımızın şahidi olur. Hər bir müştəriyə individual yaşanma da sərgiləyirik.

- Mənzillərin sahəsi necə hesablanır?

- Bizim satış prinsipimiz ondan ibarətdir ki, mənzili daxildən daxilə ölçüb onun əsasında satış həyata keçiririk. Məsələn, Azərabycanda əksər binalarda belədir ki, giriş, qapı,
“lift-holl”nəzərə alınır. Mənzil sahibləri arasında bölünür. Yəni, evin sahəsi 120-130 kv.m göstərilsə də, ölçəndə 100 kv.m olduğu ortaya çıxır. Biz də isə belə bir problem yoxdu. Mənzillər içdən-içə ölçü ilə təklif edilir.  

- Müştəriləriniz əsasən kimlərdir?

- Əsasən yerli vətəndaşlar mənzil almaq üçün müraciət edir. Amma “Teras Park”dan ev almaq istəyən xarici vətəndaşlar da olur. Məsələn, Qazaxıstan, Gürcüstan, Rusiya və digər MDB ölkələrindən olan Azərbaycan əsilli müştərilərimiz olur. Əvvəllər müştərilər şəhərin mərkəzi hissələrinə daha çox maraq göstərirlər. Getdikcə şəhərin kənar hissələrində yerləşən yaşayış komplekslərinə artan marağı müşahidə edirik. Hazırda tıxacları nəzərə alsaq, şəhərin mərkəzində bir nöqtədən digər bir nöqtəyə getmək nə qədər vaxt aparırsa, bizim kompleksdən eyni nöqtəyə getmək də eyni zaman tələb edir. Ona görə də müştərilər müqayisə edir ki, 100 min manata şəhərin mərkəzində 60-70 kv.m-lik mənzilə sahib ola bilərsə, “Teras Park”dan 100 kv.m-lik mənzil ala bilər. Üstəlik, bizim təqdim etdiyimiz komfortu görəndə istəyirlər ki, daha böyük mənzilə sahib olsunlar.

Rahim Tarıverdiyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254