MÜSAHİBƏ

Azərbaycanda necə və nə qədər subsidiya almaq olar? - MÜSAHİBƏ
02 APREL
1640

Azərbaycanda necə və nə qədər subsidiya almaq olar? - MÜSAHİBƏ

2018-04-02 16:53:00

Fins.az sizə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ilə müsahibəni təqdim edir: 

Azərbaycanda kənd təsərrüfatının hansı sahələri ilə məşğul olan şəxslərə subsidiyalar verilir?

- Kənd təsərrüfatının bir sıra sahələri üçün subsidiyalar ayrılır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq, mator yağlarına görə dövlət vəsaiti hesabına 50 manat civarında subsidiya verilir. Eyni zamanda buğda və çəltik əkininə görə, buğda istehsalının stimullaşdırılması ilə əlaqədar olaraq, hər hektara dövlət büdcəsinin vəsaiti hesabına 40 manat subsidiya ödənilir. Buğda istehsalçısı həm yanacaq, mator yağlarına görə, həm də buğda istehsalının stimullaşdırılmasına görə ümumilikdə 90 manat subsidiya ala bilər. Son dövrlərdə ixrac yönümlü sahələrin inkişafı ilə bağlı həmin sahələr də subsidiyalaşdılır. Artıq 2 ildir ki, pambıq istehsalçılarına pambığın 1 kq-ına görə 0,1 manat, quru tütünün 1 kq-nın, yaş tütünün isə 10 kq-a görə 0,05 manat subsidiya ödənilir. Bu ildən başlanılaraq isə, şəkər çuğundurunun  hər tonuna görə 4 manat subsidiya verilir.

Bu sahələr üzrə ümumilikdə nə qədər subsidiya verilib?

- Bu ilin fevral ayında 23 rayon üzrə 15389 istehsalçıya təhvil verdikləri 207 min ton xam pambığa görə 20 milyon 720 min manat, eyni zamanda 10 rayon üzrə 462 istehsalçıya təhvil verdikləri 2,5 min ton quru, 15,5 min ton yaş tütünə görə 2 milyon manat, eləcə də 28 rayon üzrə 3235 istehsalçıya təhvil verdikləri 396 min ton şəkər çuğunduruna görə 1 milyon 584 min manat subsidiyanın verilməsi barədə qərar qəbul edilib. Şəffaflığın təmin edilməsi məqsədilə subsidiya veriləcək bütün şəxslərin siyahısı və məlumatları Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Bundan əlavə, barama istehsalına görə, baramanın hər kiloqramına görə 5 manat subsidiya verilir. Eyni zamanda “Aqrolizinq” ASC tərəfindən də müxtəlif güzəştlər tətbiq olunur. Gübrənin verilməsində 70 faiz, texnikanın verilməsində 40 faiz, mal-qaranın verilməsində isə 50 faiz güzəşt edilir. Bununla yanaşı, kənd təsərrüfatı istehsalçıları torpaq və bir sıra digər vergilərdən azad olunurlar.

- Subsidiya almaq üçün necə müraciət etmək olar?

- Kənd bələdiyyələri tərəfindən əkin sahələri və digər əkinlə bağlı məlumatlar nazirliyin yerli qurumuna göndərilir. Onlar da təsdiqlədikdən sonra məlumatları respublika komissiyasına göndərirlər. Komisiyyada müxtəlif nazirliklərin nümayəndələri iştirak edir. Yekun qərar Maliyyə Nazirliyinə göndərilir. Fermerlər vəsaiti Kapital bankın plastik kartları vasitəsilə əldə edirlər.

- Gələcəkdə hansı sahələrin subsidiyalaşdırılması nəzərdə tutulub?

- Subsidiyalar ildən ilə təkmilləşdirilir. Artıq bu ildən başlayaraq şəkər çuğunduruna subsidiya verilir. Birinci, ikinci reproduksiyalı toxum istehsalçılarına, ting istehsalçılarına da subsidiya ödənilir.  Bu istiqamətdə işlər davam etdirilir. Görülən işlər fermerlərə dövlət dəstəyidir və məhsul istehsalının artırılmasına hesablanıb.

Müəllif: Cəfər Talıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256