MÜSAHİBƏ

Əcnəbi turistlər əsasən bu bölgələrə üstünlük verirlər
09 MART
900

Əcnəbi turistlər əsasən bu bölgələrə üstünlük verirlər

2018-03-09 09:19:00

Turizm.fins.az-ın bu dəfə ki müsahibə bölməsinin qonağı Cruise travelin rəhbəri Elnur Əliyev olub. Müsahibəni təqdim edirik.

Cruise travel nə vaxt yaranıb və əsasən hansı turlar təşkil edir?

Cruise travel 2015-ci ilin yanvarin 31-de yaradılıb. Bizim şirkət aviabiletlərin satışı, xarici və daxili turizm, gəlmə turizmi, mualicəvi turların təşkili, bələdçi, transfer xidmətləri, kruizlərin yüksək səviyyədə təşkil olunub satışını həyata keçiririk.  

Xarici ölkələrdən Azərbaycana turist gətirirsiz?

Bəli, bu istiqamətdə bizim professional menecerlərimiz məşğul olurlar.

Əcnəbi turistlər ölkəmizdə əsasən hansı bölgələrə səfər etməyə üstünlük verirlər və nə üçün?

Əcnəbi turistlər əsasən Qəbələ (Tufandağ), Quba, Qusar (Şahdağ), Şamaxı, Şəki, Qax və s. rayonlara daha çox üstünlük verirlər. Səbəbi onunla bağlıdır ki, onlar bu rayonların əsrarəngiz təbiətini və tarixi, memarlıq abidələrini ziyarət etmək arzusundadırlar.

Necə fikirləşirsiz ölkəmizdə olan turizm şirkətlərinin çox olması müsbət haldır yoxsa mənfi?

Mən belə izah edərdim sizə, Müsbət hal ona görədirki, Turizm şirkətlərinin çox olması rəqabətdir. Rəqabət varsa keyfiyyətdə var. Mənfi hal odurki, bu biznesdə anlayışı olmayan bəzi şəxslərin Turizm şirkəti açıb turistləri aldatmaqları və bazar qiymətlərini nəzərə almadan satışlar etmələridir.

Yerli turistlərimiz ən çox hansı ölkələrə turlara üstünlük verirlər?

Yerli turistlər daha çox Türkiyə kurortlarına, Dubaya, Rusiyaya, Ukraynaya, Macarıstana, Avropaya və ən əsası vizasız ölkələrə daha üstünlük verirlər.

Yerli turistlərimizə Novruz bayramında hansı xarici ölkəyə səfər etməyi məsləhət görürüsüz və nə üçün?

Novruz bayramında daha çox İstanbul, Dubay, Yaponiya, Sinqapur, Malaziya şəhərlərinə və avropaya səyahət etməyə məsləhət görərdim. Çünki bu şəhərlərdə mart ayında artıq havalar isinməyə başlayır.

Necə fikirlərşirsiz  körfəz ölkələrindən olan turistlərin ölkəmizə hələ uzun müddət marağı olacaq? Və nə üçün?

Bəli körfəz ölkələrindən gələn turistlərin marağı dahada artır Azərbaycana, bunun səbəbəi isə asan viza sisteminin istifadəyə verilməsidir. (“ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.)

Hazırda Hindistan turistlərinin ölkəmizə marağı nə dərəcədədir?

Son vaxtlar Hindistan turistləri ölkəmizə böyük marağ və diqqət cəlb edillər. Gələcəkdə Hindistan turistlərinin artımı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272