MÜSAHİBƏ

"Biznes inkubatorlar tərəfindən həyata keçirilən tədbirlər kiçik sahibkarlığın inkişafına öz töhfəsini verir"
05 MART
511

"Biznes inkubatorlar tərəfindən həyata keçirilən tədbirlər kiçik sahibkarlığın inkişafına öz töhfəsini verir"

2018-03-05 14:44:00

Ötən həftə Bakıda "Kiçik sahibkarlığa dəstək" mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində təşkil olunmuş sərgidə sənətkarlar öz əl işlərini nümayiş etdiriblər. Tədbirdə bir sıra dövlət və hökumət rəsmiləri, biznes strukturlarının nümayəndələri iştirak ediblər. Konfrans çərçivəsində Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Report”un suallarını cavablandırıb. Fins.az müsahibəni təqdim edirik.

Sahib müəllim, son zamanlar Azərbaycanda biznes inkubasiya mərkəzlərinin artdığını görürük. Bu mərkəzlər sahibkarlığın inkişafına necə təsir edir?

- Bildiyiniz kimi, kiçik və orta sahibkarlığın (KOS) inkişafı ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas tərkib hissələrindən biridir. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən kiçik sahibkarlığın inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilir. Xüsusilə, kiçik sahibkarların maarifləndirilməsi, onların istehsal etdikləri məhsulların təşviqi və ixracı ilə bağlıdır. Bu gün də keçirilən konfransda məhz kiçik sahibkarlığa dəstək məqsədi ilə ölkədə həyata keçirilən tədbirlər, proqramlar barədə məlumat verildi. Eyni zamanda konfransın tərkib hissəsi olaraq sərgi-satış yarmarkası təşkil olunub. Əlbəttə burada da kiçik sahibkarlarla yanaşı iri iş adamları, sahibkarlar, şirkətlərin nümayəndələri iştirak edir. Hesab edirəm ki, bu cür tədbirlərin keçirilməsi kiçik sahibkarlığın inkişafına töhfəsini verəcək. Kiçik sahibkarlar iri şirkətlərlə əməkdaşlıq quracaq, birgə layihələr həyata keçirəcək. Eyni zamanda iri şirkətlər tərəfindən bir sıra sifarişlərin kiçik sahibkarlara verilməsi təmin olunacaq. Beləliklə kiçik sahibkarlar da bu imkanlardan istifadə edərək öz fəaliyyətlərinin genişləndirib ölkə iqtisadiyyatına töhfəsini verəcəklər.

yata keçirilən dəstək tədbirlərindən biri də biznes inkubatorlarının yaradılmasıdır. İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan ilk biznes inkubatoru Quba-Xaçmaz İqtisadi Rayonu üzrə Xaçmaz rayonunda, Aran iqtisadi Rayonu üzrə isə Yevlax şəhərində yaradılıb. Burada da xüsusilə kiçik sahibkarlar, yeni biznes fəaliyyətinə başlamaq istəyən sahibkarlar müsabiqə əsasında seçilir və biznes inkubatorun iştirakçıları olurlar. Onlar üçün müəyyən treninqlər keçirilir, konsaltinq xidmətləri göstərilir, eyni zamanda onların gələcəkdə peşəkar sahibkar kimi formalaşmasına imkanlar yaradılır. Bu da nəticə etibarilə ölkədə sahibkarlığın inkişafına bir töhfədir.

Artıq iki rayonda biznes inkubatorların yaradıldığını qeyd etdiniz. Digər regionlarda da bu tipli mərkəzlərin yaradılması ilə bağlı işlər aparılırmı?

- Əlbəttə. Bu istiqamətdə işlər gedir. Təhlillər göstərir ki, biznes inkubatorlar tərəfindən həyata keçirilən tədbirlər kiçik sahibkarlığın inkişafına öz töhfəsini verir. Ona görə də, biznes inkubatorların yaradılması ilə bağlı işlər davam etdirilir. Hazırda hansı regionun seçilməsi ilə bağlı araşdırma gedir.

Artıq bir müddətdir ki, İqtisadiyyat Nazirliyi sahibkarla dəstək çərçivəsində onları Almaniyaya bir aylıq təcrübəyə göndərir. Bu səfərlərin kiçik və orta sahibkarların inkişafına hansı təsiri olur?

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniya Federativ Respublikasının İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış memoranduma əsasən gənc menecerlər – gənc iş adamları Almaniyaya bir aylıq ixtisasartırma kurslarına göndərilir. Burada onlar ixtisaslarını artırmaqla yanaşı özlərinə partnyorlar tapıb, əməkdaşlıq qururlar. Bu günə qədər 338 gənc menecer bu proqramdan bəhrələnib. Hesab edirəm ki, həmin gənclər bu proqramlarda iştirak edərək əldə etdikləri bilik və təcrübəni ölkə iqtisadiyyatının inkişafına yönəldərək yeni biznes sahələri, fəaliyyət istiqamətləri quraraq, yeni iş yerləri yaradacaqlar.

Həm biznes inkubatorlar, həm də gənc menecerlərin səfərlərinin təşkili zamanı daha çox hansı sahələrdən olan sahibkarlara üstünlük verirsiniz?

- Burada iqtisadiyyatın bütün sahələrini əhatə edən istiqamətlər götürülüb. Xüsusilə də kənd təsərrüfatı, sənaye, xidmət sahələri və İT sahəsini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267