MÜSAHİBƏ

Türkiyəyə turlar bahalaşacaq, amma çıxış yolu var - MÜSAHİBƏ
25 FEVRAL
2494

Türkiyəyə turlar bahalaşacaq, amma çıxış yolu var - MÜSAHİBƏ

2018-02-25 23:58:00

Turizm.fins.az-ın müsahibə bölməsinin bu dəfə ki, qonağı ölkəmizdə artıq bir müddətdir ki, fəaliyyət göstərən “Alison Travel” turizm şirkətinin rəhbəri Nizami Mehdiyev olub. Müsahibəni təqdim edirik.

Alison travel nə vaxt yaranıb?

Alison Travel şirkəti ilk dəfə olaraq 2 (iki) il öncə Gürcüstanda yaranmışdır və gəlmə turizm üzrə ixtisaslaşmışdır. Bir müddət fəaliyyət göstərdikdən sonra Bakı ofisimiz fəaliyyətə başladı və hal hazırda müştərilərimiz üçün həm Azərbaycan daxili, həm də dünyanın bütün məşhur turizm istiqamətlərinə maraqlı və sərfəli səyahət paketləri təklif edirik.

Turlarınız həm ölkə daxili həm də ölkə xaricinə olur?

Bəli, qeyd etdiyim kimi müştərilərimiz üçün kompleks turizm xidmətləri göstərən bir şirkət olaraq ixtisaslaşmışıq və bu sahədə ən son yeniliklərdən istifadə etməyə çalışırıq. Uzun müddət xidmət sahəsində çalışdığım üçün Müştəri Məmnuniyyəti şirkətimizin ən prioritet istiqamətidir. Biznesimizin fəlsəfəsi yalnız pul qazanmaq yox, Xoşbəxt Müştəri bazası toplamaqdır. O səbəbdən bizə müraciət edən istənilən müştəri, istər Xarici turizm istiqamətində, istərsə də Daxili turizm istiqamətində bizdən ən mükəmməl məhsul və xidməti əldə edəcəkdir.

Müştəri bazanız nə qədərdir?

Hazırda daha çox Pərakəndə biznes sahəsində fəaliyyət göstəririk. Daha öncə vurğuladığım kimi, bizim üçün say yox, keyfiyyət önəmlidir. Biznesdə daha öncəki təcrübələrimə istinadən əminliklə deyə bilərəm ki, müştəri bazasının inkişaf qrafiki, şirkət tərəfindən onlara göstərilən yüksək xidmət qrafikinə paralel inkişaf edir. Bu həmçinin hazırda fəaliyyət göstərdiyim Turizm sahəsində də özünü qabarıq şəkildə göstərməyə davam edir.

Azərbaycanlı turistlər ölkə daxilində ən çox hansı bölgədə istirahət etməyi sevir?

Azərbaycan turizm üçün kifayət qədər əlverişli mövqeyə sahibdir. Ölkəmizin kifayət qədər gözəl diyarları, göz oxşayan təbiəti və gəzməli yerləri mövcuddur. Ancaq bütün dünyada olduğu kimi, bizdə də xüsusi, daha çox səyahət edilən bölgələr mövcuddur - bunlar Quba, Qəbələ, Şəki, Qax və s. isiqamətlərdir. Bu da təbii ki, həmin bölgələrin əsrarəngiz təbiətindən əlavə, digər istiqamətlərdən daha çox inkişaf etmiş turizm infrakstrukturuna malik olması ilə əlaqədardır.

Ölkə daxili qalmaq şərti ilə ən ucuz turunuz hansı bölgəyədir?

Məqsədimiz müştərilərimizə xoşbəxt anlar bəxş etmək olduğu üçün, hər kəs üçün mümkün qədər ucuz və əlverişli məhsullar təqdim etməyə çalışırıq. O səbəbdən istər Azərbaycan daxili, istərsə də ölkə xaricində, istənilən istiqamətdə büdcəli turlar təklif etməyə qadirik və edirik. Ancaq əsas amalımız, təqdim etdiyimiz məhsulların müştərilərimizin gözləntilərindən daha üstün olmasıdır.

Novruz bayramına hansı istiqamətlərə turlarınız var?

Bildiyimiz kimi Novruz bayramı müddətində vətəndaşlarımızı uzunmüddətli istirahət günləri gözləyir. Bunu nəzərə alaraq bir çox istiqamətlərdə Novruz turu paketləri hazırlayıb, Facebook (www.facebook.com/alisontravel.eu) və İnstagram (alison.travel) səhifələrimiz üzərindən dəyərli müştərilərimizə təqdim edirik. Bu turlara - İstanbul, Dubai, Moskva, Kiev, Lvov və digər bir çox istirahət istiqamətləri aiddir.

Xarici ölkələrdən turist gətirirsiz Azərbaycana?

Bəli, daha öncə qeyd etdiyim kimi, Alison Travel şirkəti olaraq məqsədimiz Ölkəmizin prioritet strategiyalarından biri olan Daxili turizmin inkişaf etdirilməsi üzrə öz töhfəmizi verməkdir. Bunun üçün tərəfimizdən kompleks tədbirlər görülür, müxtəlif sərgilərdə və tədbirlərdə iştirak edirik və Azərbaycanımız haqqında xarici turistlərə daha çox məlumat verərək, ölkəmizə dəvət etməyə çalışırıq.

Türkiyə turları bu yay bahalaşa bilər?

Türkiyə turizm ölkəsi olaraq dünyanın ən qabaqcıl turizm istiqatlərindən biridir. O cümlədən Azərbaycan vətəndaşlarının da istirahət üçün seçdiyi ən çox səyahət edilən top 3 (üç) ölkədən biri hesab edilir. Turizm qiymətlərinin qiyməti birbaşa olaraq həmin istiqamətə olan tələbatın həcmindən asılıdır. Ona görə, keçən bir neçə ildən fərqli olaraq, 2018-ci il Türkiyədə daha stabil bir il olduğunu nəzərə alaraq, ölkəyə gələn turistlərin sayının kifayət qədər artacağını düşünürəm.

Bunun üçün bütün müştərilərimizi hal-hazırda Alison Travel tərəfindən təqdim edilən ERKƏN REZERVASİYALARDAN yararlanmağa çağırıram. Belə ki, öncədən edilən rezervasiyalarda onlar həm 50%-ə qədər daha ucuz istirahət paketləri əldə edə bilər, həmçinin ödənişlərini bir neçə ay müddətində hissə-hissə ödəmə imkanı əldə edəcəklər.

Nə üçün Misirə turlar ucuz olduğu halda Azərbaycanlı turistlər ora getmir?

Misir bütün il boyu turizm üçün münbit şəraiti olan nadir ölkələrdən biridir. Son illərdə baş verən məlum hadisələr təbii ki, ölkənin turizm səhəsinə kifayət qədər mənfi təsirini gösətərmişdir. Ancaq nəzərə almaq lazımdır ki, bənzər hadisələr hazırda dünyanın ən inkişaf etmiş ölkələrində - ABŞ, Almaniya, Fransa, İsveç və s. baş verir və bütün ölkələr buna qarşı xeyli tədbirlər görməkdədir. Deyə bilərəm ki, 2017-ci il ərzində şirkətimiz tərəfindən Misir istiqamətində kifayət qədər turist göndərilmişdir. Aldığımız geri dönüşə əsasən, turistlərimiz həm qiymətlərdən, həm otellərin xidmət səviyyələrindən kifayət qədər razı qalıblar. Hazırda bizdə Şarm Əl Şeyx, Hurqada istiqamətlərində ucuz, hətda son dəqiqə eksklüziv turlar mövcuddur. Ancaq uçuşlar birbaşa reys ilə Tiflis şəhərindən olduğu üçün müştərilərimizi seçim zamanı daha operativ olmağa və mövcud təkliflərdən yararlanmağa çağırırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254