MÜSAHİBƏ

Ölkə turizmimizin ən böyük problemi budur – MÜSAHİBƏ
05 FEVRAL
1529

Ölkə turizmimizin ən böyük problemi budur – MÜSAHİBƏ

2018-02-05 00:44:00

Ölkəmizdə uzun müddətdir ki, fəaliyyət göstərən turizm şirkətlərindən biri də Aristokrat Travel turizm şirkətidir. Odur ki, Turizm.fins.az adı çəkilən turizm şirkətinin qonağı olub. Aristokrat Travel turizm şirkətinin təsisçisi Nizami Həsənov fəaliyyət göstərdikləri illərdəki şirkətin uğurlarından və ölkə turizminin hazırki vəziyyətindən Turizm.fins.az-a danışıb.

Nə üçün şirkəti məhz Aristokrat Travel adlandırmısız?

- Bu sualı hər zaman mənə verirlər. Bu sualın bir cavabı var.  Bizim işimiz, bizim xidmətimiz Aristokrat səviyyəsində yəni zadəgan səviyyəsindədir. Bu adı qoymaqda məqsədimiz bu olub. 11 ildən artıqdır ki, bu sahədə çalışıram. İş keyfiyyəti bizim üçün çox önəmlidir.

Aristokrat Travel olaraq nə qədər müddətdir ölkə turizmi sahəsində fəaliyyət göstərirsiz?

- Artıq 4 ildən çoxdur ki, fəaliyyət göstəririk. Bu fəaliyyətimizdə bir çox uğurlarımız olub. Bir çox beynəlxalq sertifikatlarımız və diplomlarımız var.

4 il ərzində nə qədər müştəri bazanız formalaşıb?

- Bizim müştəri bazamız olduqca çoxdur. Hazırda şirkətimizdə 3 departament var. Gəlmə turizmi, getmə turizmi və daxili turizm. Hər bölmədə çalışan işçilərimizin böyük müştəri bazası var.  Bizim xidmətdən istifadə edən turistlər ikinci bir şirkətə müraciət etmir.

Xarici ölkələrdən çox sayda turist gətirə bilirsiz Azərbaycana?

- Bəli xarici ölkələrdən bizim şirkətin xidmətlərindən yararlanaraq  yetərincə turist gəlir. Bu sahə üzrə çalışan böyük bir komandamız da var. Çünki gəlmə turizmi üçün balaca komanda ilə çalışmaq mümkün deyil. İşlədiyimiz turizm istiqamətlərimiz müxtəlifdir.

Əsasən hansı ölkələrdən sizə müraciət olunur?

- Hal-hazırda biz Avropa bazarı üzərində diqqətimizi cəmləmişik. Bunun üçün Riqa şəhərində yeni ofis açmışıq. Adətən  Rusiyadan, Pakistandan, Hindistandan və Türkiyədən gələn turistlərimiz üstünlük təşkil edir. Həmçinin İsraildən də turistlər gəlir. Bundan başqa Ərəb ölkələrindən də turistlər gətiririk.

Qeyd etdiz ki, əsas hədəfimiz Avropa bazarıdır. Lakin hamımız bilirik ki, Azərbaycana turistlər ən çox Ərəb ölkələrindən gəlirlər. Nə üçün məhz diqqət ərəb ölkələrinə deyil məhz Avropa ölkələrinə cəmlənib. Hesab edirsiz ki, artıq bu istiqamətdə turistlər gəlir və buna görə də başqa istiqamət seçmək lazımdır?

- Avropa turistini Azərbaycana gətirən şirkətlərin sayı çox azdır. Çünki Avropa turizm potensialına uyğun olaraq turizmin yolçuları və ya qaraçıları deyilir. Onları turizmdə həyacanlandırmaq maraq doğurmaq olduqca çətindir. Bundan başqa ölkə turizmində problemlər var. Ona görə də avropalı turisti cəlb etmək olduqca çətindir. Bunlardan biri də bu sahədə çalışan qeyri-peşəkarların olmasıdır. Lakin biz daha çox çalışırıq. Elə ona görə də avropalıları Azərbaycana gətirə bilmək üçün Riqada ofis açmışıq. Lakin orada azərbaycanlılar işləmir. Riqadakı ofisimizə  İtaliya Turizm Assosiasiyasının heyət üzvü olan bizim partnyor var, ofisə rəhbərliyi həmin şəxs  edir. Rebrendinq olaraq Aristokrat Travel Azərbaycan yox, Aristokrat Travel Europe office adlanır. Ona görə Riqanı seçmişik ki, turizm baxımından Riqa bir körpü rolunu oynayır. Avropa sərgilərinin hamısında öz stendimizlə iştirak edirik.

Turizm sahəsində hansı çatışmamazlıqlar var?

- Çox əfsuslar olsun ki, problemlər var. Bu problemlərin aradan qaldırılması üçün aidiyyatı qurumlar işlər aparır. Ölkə turizmimizdə ən böyük problem qeyri-peşəkarların bu sahədə çalışmasıdır. Hüquqi əsası olmadan bir çox fərdlər turizm xidmətləri göstərirlər. Bu da turizm imicimizə ciddi mənfi təsir göstərir. Hazırda aidiyyatı qurumlar bu işlər üzərində ciddi işlər aparır. Hesab edirəm ki, yaxın gələcəkdə bir nəticə olmalıdır. Ən öndə olan problemlərdən biri budur. İkinci problem otellərimizin qiymət siyaqsətidir. Əfsuslar olsun ki, bəzi otellər xarici ölkədən müraciət edən turizm şirkətinə daha ucuz qiymətlər verir, akin həmin tarixlər həmin opsiyalar üçün yerli turizm şirkətlərinə ən yaxşı halda qiymətlər xarici şirkətlərə təklif olunan qiymətlərlə eyni olur.  Əksər hallarda xarici şirkətlərə daha ucuz qiymətlər verilir Dünya turizm praktikasında belə bir şey yoxdur. Misal üçün, bir adam Dubay otellərinə müraciət etsə ona baha qiymət deyilir. Lakin Dubayda yerləşən yerli turoperatordan o otel nömrəsini bron edəndə ucuz olur. Bunu ona görə edirlər ki, yerli turizm şirkətlərinə müraciət etsinlər, bizdə isə əksinədir. Bu praktika Türkiyədə, Maldivdə demək olar ki, hər yerdə belədir. Bütün otellərə bunu şamil etmirik, ancaq  belə otellər də var.

Booking com-dan sifariş ediləndə yoxsa birbaşa sifarişdə otellərimizin qiymətləri ucuz olur?

- Hətta booking.comda otelin təqdim etdiyi qiymət ucuz olmamalıdır. Lakin bizdə bu əksinədir yerli otellərimiz burdada belə səhvlərə yol verirlər. Hətta bəzi brend otellərimizdə belə edir.

Ölkə daxilində ən ucuz istiqamət haradır?

- Hər  bir turizm şirkətinin təklif etdiyi ucuz qiymətlər olur. Biz hal-hazırda Qusar Olimpiya oteli ilə sıx əməkdaşlıq etdiyimizdən bu istiqamətə digər istiqamətlərlə müqayisədə olduqca ucuz tur təşkil edə bilirik. 

Müsahibə üçün təşəkkür edirik.

Aristokrat Travel əlaqə nömrələri:

(012) 409 50 00

(055) 409 50 00
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256