MÜSAHİBƏ

Bizimlə çalışanlar qazancdan əlavə 30 manat mükafat alırlar - MÜSAHİBƏ
26 YANVAR
1060

Bizimlə çalışanlar qazancdan əlavə 30 manat mükafat alırlar - MÜSAHİBƏ

2018-01-26 15:45:00

Hazırda əsasən paytaxt ərazisində fəaliyyət göstərən bir çox taksi xidmətləri var. Bu cür şirkətlərin çox olması taksi xidmətləri arasında böyük rəqabət yaradır. Bu rəqabətdən “üzü ağ çıxan” taksi xidməti göstərən şirkətlərdən biri də Güvən Taksi *1188-di. Elə bunu nəzərə alaraq, Fins.az adı çəkilən şirkətin rəhbəri Qafqaz Məmmədovdan bu uğurun sirrlərini öyrənməyə çalışıb. Fins.az-ın suallarına cavablandıran şirkət rəhbəri bir çox mətləblərə aydınlıq gətirib.

Güvən taksini digər taksi şirkətlərindən fərqləndirən nədir?

Bizi digər taksi xidmətlərindən fərqləndirən əsas xüsusiyyətlərimizdən biri də xidmətlərimizin ucuz olmasıdır. Güvən Taksi  ölkəmizdə ən ucuz taksi xidməti göstərən şirkətlərdən biridir. Əsas üstünlüyümüzdə elə bundadır.  Həmçinin bizim taksilərin bir çoxlarında wifi var.

Qiymət siyasətinizi necə müəyyənləşdirirsiz?

Bazarda olan qiymətlərlə maraqlanırıq. Təbii ki, monitorinq aparırıq. Bundan sonra bazara uyğun daha rəqabətli qiymətlər təklif edirik.

Neçə cür xidmətiniz var?

Güvən Taksi sizin yaxınlarınız və ailənizlə yanaşı şirkətinizin də dostu ola bilər. Bu məqsədlə korporativ müştərilər üçün nəzərdə tutulmuş xidmətləri təklif edirik. Şirkətiniz bizimlə müqavilə bağlamaqla bir sıra xidmətlərlərdən istifadə etmək imkanı əldə edəcəkdir.

Bundan əlavə şirkətimiz koporativ müştərilər üçün xüsusi endirimlər də nəzərdə tutub, hansı ki, sizin şirkətdaxili xərclərinizi bir az daha azaldacaq.

Saat hesabı taksi xidməti

Müştərilərimizin rahatlığı üçün onlara bir neçə hesablama üsulu təklif edirik. Bu üsullardan ən şəffafı olan məbləğin saata görə hesablanmasıdır. Siz bu üsulu seçməklə uzaq səyahətlərinizi rahat planlaşdıra bilərsiniz. Bununla da taksi sizi gözləyərkən və ya tıxaclarda dayanarkən siz əlavə pul ödəməli olmayacaqsınız. Bir neçə məntəqəyə getdikdə, gəzinti turlarına çıxdıqda və ya iş görüşlərinə yollandıqda bu hesablama üsulu sizə çox faydalı olacaq.

Taksi Dayə

Hər bir ailədə elə məqamlar olur ki, uşağı bağçaya, məktəbə və ya idmana zalına aparmaq lazım gəlir, lakin, vaxt baxımından və ya digər səbəblərdən imkanımız olmur. Güvən Taksi sizə belə problemlərin həllində kömək edəcək.

Transfer xidməti

Güvən Taksi xidməti Bakı şəhəri daxilində transferin təşkili xidmətini həyata keçirir. Sizi gəliş gününüzdə hava limanı və ya vağzaldan götürməklə yanaşı, gediş gününüzdə də oteldən götürüb gedəcəyiniz yerə qədər yola salmaqdan məmnun olarıq. Peşəkar sürücümüz sizə uyğun olan vaxtda sizi istədiyiniz ünvana çatdıracaq. Avtoparkımızda müxtəlif xarici sedan avtomobillər, komfortlu mikro avtobus və avtobuslar, o cümlədən, VİP avtomobillər də mövcuddur.

Kuryer xidməti

Güvən Taksi sizə kuryer xidməti də təklif edir. Əgər sizə təcili sənəd, kiçik ölçülü yük və ya hədiyyə çatdırmaq lazımdırsa doğru ünvandasınız. Çatdırılma zamanı operativliyə və konfidensiallığa tam zəmanət veririk.

Bölgələrə sifariş qəbul edirsiz?

Bəli istənilən rayona taksilərimiz maşın sürürlər. Bu sahədə heç bir problem yoxdur.

Sürücülər hansı standartlara əsasən işə götürülür?

Sürücülər işə götürüləndə onların davranışlarına xüsusi önəm veririk. Bundan başqa əgər həmin sürücü digər taksi xidmətində fəaliyyət göstəribsə onun necə işləməsi haqqında məlumat toplayırıq. Bütün bu göstəricilərinə görə müsbət fərqlənən sürücüləri işə götürürk. Bu zaman isə həmin şəxs şəxsiyyət vəsiqəsi və vöenü və fərqlənmə nişanı ilə işə qəbul olunur. Həmçinin sürücünün maşını yeni olmalıdır. Rusiya istehsalı olmamalıdır.

Müştərilər Güvən taksinin xidmətindən yararlanmaq üçün hara müraciət etməlidirlər?

Biz müştərilərimizin bizə daha asan çatmaları üçün bir neçə üsullar təklif edirik. Birinci üsul *1188 zəng etməklə müştərilərimiz rahatlıqla sifarişlərini verə bilərlər. Bizə sadəcə bir zəng etmək yetərlidir. Belə ki, operatorlarımız müştəriyə özləri zəng edirlər. Bikincisi bizim mobil tətbiqlər var. Bu tətbiqlər İOS və Android proqramı ilə işləyən bütün smartfonlar tərəfindən qəbul edilir. Bunun üçün Güvən taksi yazıb play marketdən və ya play store dən həmin proqramı yükləmək mümkündür. Daha sonra isə bu proqram üzərindən sifariş etmək mümkündür. Bu proqramlar pulsuz yüklənir. Bundan başqa müştərilərimiz güvən taksi.az saytı üzərindən də sifariş edə bilərlər.

Nizam intizama görə fərqlənən sürücülərə nə kimi üstünlüklər verilir?

Bizdə fərqlənən sürücülər üçün bir çox həvəsləndirici  məsələlər həyata keçirilir. Yaxşı sürücülərə pul mükafatı və ya hədiyyələr verilir. Misal olaraq işində peşəkar olanlara güzəştlər də verilir. Həmçinin gün ərzində 10 sifariş yerinə yetirən sürücüyə hədiyyə olaraq balansına 1 manat yüklənir.Bu da ay da 30 manat edir. Eyni zamanda bizdə çalışan sürücü bizə hər gətirdiyi yeni sürücü əməkdasşımıza görə balansına 10 manat əlavə edirik.

Müəllif: Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253