MÜSAHİBƏ

Türkiyədən də sərfəli istiqamət var – MÜSAHİBƏ
24 YANVAR
1532

Türkiyədən də sərfəli istiqamət var – MÜSAHİBƏ

2018-01-24 13:16:00

Turizm.fins.az ənənəsinə sadiq qalaraq bu dəfə də oxucularını ölkəmizdə fəaliyyət göstərən bir turizm şirkəti ilə daha yaxından tanış etmək qərarına gəlib. Belə ki, yenicə işə başlamış lakin olduqca böyük müştəri bazasına malik olan D.Travelcompany-nin direktoru İlahə Lətifli ilə müsahibəni təqdim edir.

Necə oldu ki, turizm şirkəti açmaq qərarına gəldiz?

Şirkətimiz yeni açılıb . Lakin bir turizm şirkəti işçisi olaraq artıq uzun müddətdir ki, bu sahədə çalışıram. Bu sahədə yetərincə biliyimin olduğunu düşünüb turizm şirkəti açmaq qərarına gəldim. Bundan başqa bu şirkəti işə salmağımda həyat yoldaşım da mənə böyük mənəvi və təbii ki, maddi dəstək göstərib.

Sizin şirkəti digər turizm şirkətlərindən nə fərqləndir?

Bildiyimiz kimi hazırda ölkəmizdə minə yaxın turizm şirkəti var. Hər şirkətin də öz iş prinsipi var. Bizim şirkəti digərlərindən fərqləndirən isə əsas 3 məsələdir. Yüksək xidmət, ucuz qiymət və mənmunluq. Bizim 3 əsas iş prinsiplərimiz sadaladığım məhz bu 3 amildir. Həmçinin biz turizm şirkəti olaraq qarşımıza məqsəd qoymuşuq ki  maliyyə vəziyyətindən asılı olmayaraq  hər bir vətəndaşımız xarici ölkələrə səfər edib  gəzə bilsinlər. Bizim əsas məqsədlərimizdən də biri budur. Ona görə də müştərilərimiz üçün daim ən ucuz,minimal qiymətləri tapıb təqdim edirik.

Ən ucuz qiymətə hansı  ölkəyə tur təşkil edirsiz?

D.travelcompany turizm şirkəti olaraq əsasən xarici ölkələrə tur təşkil etməyə üstünlük veririk. Buna bir neçə səbəb var. Birincisi xarici ölkələrdə istirahət yerli istirahət mərkəzləri ilə müqayisədə daha ucuzdur. İkincisi də elə birinci səbəb ilə əlaqəlidir. Xaricə səfər daha ucuz olduğundan vətəndaşlarımız digər ölkələrə  səfər etməyə üstünlük verirlər.

Ucuz turlar olaraq isə İstanbul , Tiflis, Sankt-Peterburq kimi istiqamətləri göstərə bilərəm. Həmçinin Avropa istiqamətində Budapeştə və Praqaya da ucuz turlar təşkil edə bilirik. Avropaya cəmi 180 avro ödəməklə tur təşkil edirik. Bu qiymətə  gediş-gəliş aviabileti, oteldə qonaqlama , səhər yeməyi və s digər xidmətlər daxildir.

Yerli vətəndaşlarımız ən çox hansı istiqamətlərə üz tuturlar?

Yerli turistlərimiz ən çox İstanbul, Dubaya, Moskva , Sankt-Peterburqa səfər etməyə üstünlük verirlər. Həmçinin artıq Antalya, Bodrum , Quş adasına da erkən rezervasiya başalyıb. Türkiyənin adlarını sadaladığım istirahət mərkəzlərinə getmək istəyənlər indidən turpaketlərini alsalar  50% endirim əldə etmiş olacaqlar.

Bildiyimiz kimi azərbaycanlı turistlər daha çox Türkiyəyə səfər edirlər. Hətta Türkiyəyə 9-10 dəfə eyni istiqamətdə istirahətə gedənlər var. Turizm şirkəti olaraq Türkiyəni həm qiymətlərinə görə həm də keyfiyyət baxımına görə əvəzləyəcək hansı turu yerli turistlərimizə təklif edə bilərsiz?

Türkiyəni əvəz edəcək çox əla kruiz turları var.  Kruiz turlarında da Türkiyədə olduğu kimi gün ərzində bir neçə dəfə yemək və içkilər verilir. Bundan başqa turist bu zaman yalnız bir şəhər və ya bir ölkədə olmur. Kruiz turları zamanı turistlər bir neçə ölkənin şəhərlərinə səfər etmiş olur. Sankt-Peterburqandan və Avropadan başlayan kruizlər var.  Misal üçün Sankt-Peterburqdan başlayan kruiz turlar var. Bu turun qiyməti  min manatdır. Qiymətə Bakıdan Sankt-Peterburqa gediş-dönüş avaibileti, 7 gecə 8 gün gəmi ilə səyahət ,gün ərzində bir neçə dəfə yeməklər və içkilər daxildir. Həmçinin bu tur zamanı kruiz iştirakçıları Stokholm,Riqa  və digər Avropa və Pribaltika ölkələrinin şəhərlərini görmək imkanı qazanırlar. Bundan başqa gəmi də turistlərə şou proqramlar göstərilir.  Belə ki, gəmi gecə vaxtı üzür hər gün səhər isə bir şəhərə çatır. Turistlər şəhərdə gəzdikdən sonra yenidən gəmiyə qadıb digər şəhərə üz tuturlar.

2017-ci il azərbaycanlı turistlər ən çox hara səfər ediblər?

Geridə qoyduğumuz 2017-ci ilin qış mövsümündə turistlərimiz daha çox Laplandiya və Uludağla maraqlanıblar. Həmçinin qış turizmi üçün gürcüstanda Bakuriani də var. Lakin orada qida qiymətə daxil olmadığından insanlarımız Bakurianiyə getmirlər. Ümumiyyətlə turistlərimiz qışda daha çox Uludağa üstünlük verirlər.

Yeni ildə turistlərimiz ən çox hansı istiqamətlərə bilet aldılar?

Yeni ildə daha çox Dubay, İstanbul və Moskvaya biletlər alındı.

Sevgilər gününə hansı istiqamətə turlarınız var?

Hazırda sevgililər günü üçün ən ucuz turumuz İstanbuladır. Bu turumuzun qiymətini maksimum ucuz etmişik ki, sevənlər az pul xərcləməklə yaxşı istirahət edə bilsinlər. Həmçinin Tiflis və Moskvaya da sevgililər günü üçün turumuz var. Sevgililər  şəhəri olan Parisə də sesevgililər üçün tur təşkil edirik. Bu turun qiyməti isə 350 avrodur.

Viza dəstəyi göstərirsiz?

Bəli viza dəstəyi də göstəririk. Bu zaman müştərilərdən iş yerindən arayış, bank hesabından çıxarış və s bu kimi sənədlər tələb olunur. Ümumiyyətlə sənədlər qaydasında olduğu zaman viza alınmasına heç bir problem olmur. Bəzən olur ki, insanlar sənədlərin hamısını toplamır və ya anketləri düzgün doldurmurlar. Odur ki, bu işdə bir o qədər təcrübəsi olmayanlara tövsiyyə edərdim ki, peşəkarlara müraciət etsinlər. Biz viza dəstəyini  50 manat göstəririk. Bəzən insanlar cüzi məbləğ ödəyib bu xidmətdən yararlanmırlar və bu zamanda viza almaqlarını sual altına qoyurlar.

Kanadaya viza almaqda köməklik edə bilirsiz?

Bəli Kanada və ABŞ da viza ala bilirik. Ümumiyyətlə bu ölkələrə viza almaq çox çətindir. Kanadaya əsasən ya həmin ölkədən dəvət gələndə viza almaq olur və ya yaxşı viza tarixcəsi olan insanlar daha tez alır. Kanadaya viza rüsumu 160 dollardı. Qeyd edim ki, Kanada səfirliyi Ankarada yerləşir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253