MÜSAHİBƏ

Ölkəmizdə fərdlər özlərini buna görə PR etmir- MÜSAHİBƏ
21 YANVAR
704

Ölkəmizdə fərdlər özlərini buna görə PR etmir- MÜSAHİBƏ

2018-01-21 19:39:00

Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də ən aktual məsələlərdən biri PR, yəni ictimaiyyətlə əlaqələr məsələsidir. Özünün PR-ı ilə şirkətlərlə yanaşı, fərdi şəxslər də məşğul olur. Məsələnin aktuallığını nəzərə alaraq, Fins.az ənənəvi müsahibə bölməsi üçün növbəti  görüşü ölkəmizdə fəaliyyət göstərən PR Labaratoriya şirkətinin rəhbəri Afət Yaqubova ilə edib. Müsahibəni təqdim edirik.

Azərbaycanda PR sahəsini necə qiymətləndirirsiz?

15 ildən artıqdır ki, PR sahəsində işləyirəm və şəxsi təcrübəm əsasında deyə bilərəm ki, hər bir cəmiyyətin özünün tələbləri var.  Bu gün iş adamlarının, ictimaiyyətin,  təşkilatların gözləntiləri nədirsə, PR da ondan artığını verə bilmir. Çox zaman izləyirik ki, xaricdə müəyyən çox yaxşı PR lahiyələr həyata keçirilir. Amma hər ölkənin, hər bir cəmiyyətin özünün PR-ı qəbul etmək xüsusiyyəti var. Əvvəllər belə bir deyim var idi. Reklama pul ödənilir, amma PR-a pul ödənilmir.Təbii ki, bu belə deyil. Əgər bir işdə zəhmət və ideya varsa, o zaman bu işdə pul da olmalıdır. PR təkcə mediaya və bloqqerlərə pul vermək deyil. PR, həmçinin o ideyanı hazırlamaqdır. Əgər kimsə bu ideyanı verirsə, bu ideya ilə yanaşı, bu əməyə pul verəcək təşkilatlar, qurumlar, şəxslər olmalıdır.

PR-da əsas olan nədir cəmiyyət, yoxsa pul?

PR nüfuz qazanmaq alətidir. PR ictimayyətlə hesablaşmaqdır. Piyarda ictimaiətin rəyini qazanmaq vacibdir. Əgər şirkət ictimai rəyin onun üçün vacib olduğunu hesab edirsə, o zaman o şirkətin PR-ı baş tutur.

Ölkəmizdə fərdlər nə üçün özlərini PR etmirlər?

Ölkəmizdə kifayət qədər PR-la məşğul olan fərdlər var. Sadəcə, hər bir insanın özünün bu PR-a yanaşması fərqlidir. Bir çoxları özlərini piyar etdiklərini düşünsə də bu əslində elə deyil. Çünki PR-ın özünün xüsusi strategiyası olmalıdır. Görünür fərdlərin PR-na ictimaiətdə bir o qədər tələb də yoxdur . 

PR Labaratoriya nədir?

PR Labaratoriya  2008-ci ildən təsisçisi olduğum bir şirkətdir. Bu şirkəti açanda reklamla məşğul olan müxtəlif şirkətlər var idi. Lakin bu şirkətlər sırf PR-la məşğul olmurdular. Yəni sırf PR strategiyası quran şirkətlər yox idi. Odur ki, Labaratoriyanı açmaq qərarına gəldim. Hesab edirəm ki, kifayət qədər də uğurlu alındı. Peşəkar PR-çı özü gözə görünməməlidir. Gözə görünən yalnız müştəri və cəmiyyət olmalıdır. Kimisə və ya nəyisə PR edən şəxs heç vaxt “Mən bu işi gördüm” - deyə ortaya atılmamalıdır.

Labaratoriya-nızın müştəriləri kimdir və ya kimlər ola bilər?

Bizim Labaratoriyanın müştərisi nüfuzunu qorumaq istəyən və ya ictimaiyyət arasında nüfuzu onun üçün vacib olan  hər kəs və ya hər bir qurum ola bilər. Biz nüfuz qazanmanı strateji yolla, PR strategiyasını hazırlayıb addım-addım necə yerinə yetirmək lazımdır onu göstəririk.

PR təlimləriniz barədə

Universitetdə dərs demişəm. Umimiyyətlə, biliyimi paylaşmaq mənim üçün çox xoş olan işdir. PR təlimlərimizdə də öz biliyimizi bölüşürük. Bu təlimlər sırf yeni başlayanlar üçün deyil. Təlimlərimiz PR-dan anlayışı olan şəxslər üçün keçirilir. Bu cür təcrübəli insanlarla fikir mübadiləsi aparmaq, peşəkar keyslər qoyub müzakirə etmək, səhvlərə və təcrübələrə baxmaq çox xoş olur. Təlimlərimiz yanvarın 20-dən başlayır. Həftədə iki dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək. Ümumilikdə, bir ay davam edəcək.

Çox istərdim ki, ölkəmizdə bütün şirkətlər ictimai rəyə və ictimai nüfuza böyük əhəmiyyət versinlər. İndiki kimi “sosial şəbəkələrdə haqqımda nə yazarlar” səviyyəsində yox. Şirkət rəhbərləri düşünsünlər ki, onların hər bir hərəkəti satdıqları məhsulun, verdikləri xidmətin alışına təsir edəcək. Hər bir ictimai xadim, hər bir tanınmış şəxs düşünməlidir ki, ictimai nüfuzu onun vəzifəsinə, qazancına, cəmiyyətdə mövqeyinə təsirsiz ötüşməyəcək.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276