MÜSAHİBƏ

Müştərilərimizi hava limanına pulsuz aparırıq - MÜSAHİBƏ
07 DEKABR
303

Müştərilərimizi hava limanına pulsuz aparırıq - MÜSAHİBƏ

2017-12-07 09:36:00

Ölkəmizdə turistlərə keyfiyyətli xidmət göstərən şirkətlərdən biri də Kral turizm şirkətidir. Adı çəkilən turizm şirkəti hələ “gənc” olsa da müştəri bazası olduqca çoxdur. Məlumat üçün bildirək ki, Kral travel turizm şirkəti Kral şirkətlər qrupuna daxildir. Şirkətlər qrupunun rəhbəri Rövşən Tağıyevin Turizm.fins.az-a verdiyi müsahibəni təqdim edririk.

Nə vaxt fəaliyyətə başlamısız və niyə kral adını seçmisiz?

2017-ci ilin aprel ayından işə başlamışıq. 2010-cu ildən Kral Rent A Car  fəaliyyət göstərir. Xidmət sektoru ilə məşğul oluruq. O ki, qaldı adımıza, biz çalışırıq ki adımıza layiq müştərilərimizə xidmət göstərək. Müştərinin büdcəsindən asılı olmayaraq hər kəsə eyni yanaşırıq və xidmətimizi maksimum dərəcədə qüsursuz peşakar səviyyədə edirik. Elə adımız da bu ideyadan qaynaqlanır. Kral turizm Kral qrupun tərkibindədir. Kral qrupun tərkibində Kral Rent car , və media qrup var.

 

Ən çox hansı turistlər avtomobil icarəyə götürürlər və daha çox hansı avtomobillərə üstünlük verirlər?

 Həm əcnəbi, həm də yerli turistlər bizə avtomobil icarəsi üçün müraciət edirlər. Demək olar ki, bütün ölkələrdən gələn turistlər bölgələrə səfər etmək istədikləri zaman avtomobil icarəsi üçün müraciət edirlər. Həmçinin paytaxtımızda da gəzmək üçün müraciət edirlər. Off road avtomobillərini adətən Ərəb ölkələrindən gələn turistlər seçir. Avropa ölkələrindən gələn turistlər isə əsasən ekonom avtomobillərə üstünlük verirlər. Rusiyadan gələn turistlər isə əsasən idman avtomobillərini bəyənirlər.

Yeni İldə yerli turistlərimiz hansı ölkələrə səfərlə bağlı müraciət edirlər?

Yeni İl bayramında yerli turistlərimiz isti ölkələrə və ya əksinə daha soyuq ölkələrə üz tuturlar. Yəni əsasən iki seçim arasında edirlər. Əsasən Rusiya və Avropaya üstünlük verirlər.

Bu il Dubayda otellərin qiyməti bahalaşıb bu nə ilə əlaqədardır? Bahalaşma Dubaya getmək istəyənlərin sayına təsir edib?

Ümumiyyətlə xarici ölkələrə turlarla bağlı müraciət edənlər əsasən iki istiqamət üzrə müraciət edirlər. Ya daha ucuz turlar ya da premium turlarla maraqlanırlar. Bu zaman istiqamətin elə də fərqi olmur. Sadəcə hər kəs öz cibinə uyğun istirahət məkanını seçir. Dubay qiymətləri bahalaşandan sonra əvvəl bir çox yerli turistlərimiz premium istiqamətləri seçirdisə də indi daha ekonom paketlərə üstünlük verirlər.

 Bu günlərdə yerli turistlərimiz ən çox hansı istiqamətlərə müraciət edirlər? 

Ölkə daxili əsasn Qəbələ-Şəki  və Quba-Qusara üstünlük verirlər. Xarici ölkələr arasında isə daha çox Avropa və Ərəb ölkələrinə turlar alınır. Müştərilərimizi getdikləri ünvana qədər müşaiət edirik. Bundan başqa bizdə xarici tur alan hər bir kəs hava limanına premium avtomobildə yola salınır və bu tam ödənişsizdir. Qeyd edim ki, sifariş edilən turun qiymətindən asılı olmayaraq hava limanına gedən müştərilərimizə bu xidməti göstəririk.

Kreditlə tur mümkündür?

Kreditlər turlarımız 3 ay müddətinə faizsizdir. Kreditlə turları maksimum 12 aylıq veririk.

Elə olubmu ki, başqa turizm şirkətindən narazı qalıb sizə müraciət etsinlər?

Təbii ki, bu cür hallar dəfələrlə olub.

Ölkəmizə gələn əcnəbi turistlər və yerli turistlərimiz əsasən neçə ulduzlu otellərə üstünlük verirlər?

Turistlər əsasən otelin ulduz təsnifatına yox xidmətə üstünlük verirlər. Yerli turistlərimiz bu amilə çox diqqət yetirirlər. Xarici turistlər isə  əsasən 5 ulduzlu otellərə üstünlük verirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287