MÜSAHİBƏ

Kanadaya viza almaqda da kömək oluruq – MÜSAHİBƏ
05 DEKABR
282

Kanadaya viza almaqda da kömək oluruq – MÜSAHİBƏ

2017-12-05 09:53:00

Hazırda ölkəmizdə bir çox turizm obyektləri və turizm şirkətləri var. Artıq bir neçə aydır ki, onların sırasına daha biri də əlavə olunub. Bu “Gezz travel” turizm şirkətidir. Adı çəkilən şirkətin qurucusu gənc xanım Firuzə Quliyevadır. O özü gənc olmasına baxmayaraq turizm sahəsində böyük təcrübəsi var.  Adı çəkilən şirkətin rəhbəri Firuzə Quliyeva “Gezz travel”in yaranma tarixi və turları haqqında Turizm.fins.az-a müsahibə verib.

Necə oldu ki, turizm şirkəti açmaq qərarına gəldiz?

- Mən 5 ildən çoxdur ki, turizm şirkətində çalışırdım. Bu sahəyə marağım olduqca böyük idi. Günlərin bir günü özümə dedim ki, niyə də özüm turizm şirkəti açmayım. Beləliklə “Gezz travel” işə başladı. Artıq 4 aydan çoxdur ki, şirkətimiz fəaliyyət göstərir. Digər şirkətdə öyrəndiklərim mənə böyük kömək oldu. Sözün düzü həmin şirkətdə sıfırdan işə başlamışdım. Lakin uğurla həmin turizm şirkətinin işini qurduq. Bundan sonra qarşıma məqsəd qoydum və bu məqsədə çatdım.

 Niyə məhz “Gezz travel”

- Bu adı seçən də fikirləşdim ki, bu ad nə İnqilis xarakterli olmalıdır nə də Loqonu seçən də istmədim pis alınsın. Mən bir çox ölkəni gəzdiyimdən və gəzməyi sevdiyimdən elə bu adın üstündə qalmağı qərara verdim. Dostlarım da məni səyyah kimi tanıyırlar. Gəzmək istəyənin ünvanı buradır. Yəni harasa səfər etmək isdədinsə gəldin biletini aldın və səfərinə çıxdın.

Qiymət siyasətiniz necədir? Sizdə də ən ucuz turlardı?

- Əsas məqsədimiz nə ucuz nə orta nə də bahadır. Bütün seqmentlərə xidmət göstəririk. Hər bir müştərimizi mənmun saxlamağa çalışırıq. Müştəri gəlir onu dinləyirik və büdcəsinə uyğun həmçinin seçdiyi istiqamətə yğun tur təşkil edirik.

Misal üçün gəzmək istəyirsiz ya şopinq etmək istəyirsiz və s. Səfərlərini ekanom, daha qənaətcil etmək istəyənlər üçün daha ucuz turlar təşkil edirik.

Onu da deyim ki, biz də daxili tur yoxdur. Əsasən xarici turlara üstünlük veririk. Mən bildiyim işin arxasınca getməyə üstünlük verdim. Ona görə məhz xarici ölkələrə tur təşkil etmək qərarına gəldim.

Ən ucuz turlarınız hansı istiqamətədir?

- Türkiyə və Gürcüstan istiqamətində ekanom paketlərimiz də var. Cəmi 99 avroya Türkiyə də istirahət təşkil edirik. Əsasən çalışıram ki, bazara yeni istiqamət gətirim. Misal üçün hal-hazırda heç bir turizm şirkəti Braziliya karnavallarına demək olar ki, turlar təşkil etmir . Amma biz təşkil edirik. Əsas məqsədimiz insanlara yeni yerləri kəşf etməkdə yardımçı olmaqdır. Özümün marağım olduğundan həmçinin gəzməyi sevdiyimdən daim maraqlı yerləri axtarıram.

Biz tur təşkil edən zaman misal üçün sadəcə İstanbula  neçəyə gedə bilərsiz demirik . Biz həmçinin İstanbulda harada əylənmək və yaxşı vaxt keçirmək üçün müştərilərimizə özəl yerlər təklif edirik. Mən istəmirəm ki müştərilərimiz sadəcə getsin gəlsin. Əlimdən gələni edirəm ki, gedilən şəhərdə əlavə heç bir pul xərcləmədən və ya az pul xərcləməklə başqa maraqlı yerlərin də şahidi olsun. Əsl gəzmək nədir onu istəyirəm müştərilərimizə göstərək.

Müştəriləriniz kimlər olur?

- Hazırda bizim işlədiyimiz əsasən biznes seqmentidir. Daha çox iş ilə bağlı gedənlərdi. Bu zaman həmin şəxslərin iş ilə bağlı getdiklərindən onların istirahətə vaxtları az qalır. Daha dəqiq desək iki üç saatları qalır. Bu iki üç saatı dəyərləndirə bilməkləri üçün xüsusi proqramlar hazırlıyırıq.

Bəzən olur ki, müştəri xahiş edir ki, mənim üçün hər saat necə olacaq cədvəl hazırla biz bu zamanda müştərimizi naümüd qoymuruq və hər saatın necə təşkil olunacağı barədə cədvəl hazırlayırıq. Digər turizm şirkətləri əsasən qiymətləri qabardırlar biz isə yeni yerləri təklif edirik müştərilərimizə.

Yerli turistlərimiz ən çox hansı ölkələrə üstünlük verirlər?

- Əsasən Çexiya, Macarıstan,  Fransaya səfər edirlər. Çünki bu istiqamətlərə asan viza alınır. Biletləri ucuzdur. Birbaşa aviareyslər olur.

Partnyorlarımız çoxdur. Bir çox ölkələrdə partnyorlarımız var. Ona görə ucuz tur əldə etməkdə çətinlik çəkmirik.

Ən çox tələb olunan tur haradır?

- Ən çox tələb olunan istiqamət İstanbuladır. Bu istiqamətə hər hansı bir reklama ehtiyac yoxdur. İstnabul turlrına tələbin çox olması isə yaxın olması və ucuz olmasıdır. Bundan başqa dil baryerinin olması həmvətənlilərimizi bu istiqamətə bu qədər maraq yaradır.

İstanbuldan sonra yerli turistlərimizin üstünlük verdiyi istiqamətlər Tiflis, Moskva, Dubay, Budapeşt və Parisdir.

Yeni İldə turistlərimiz ən çox hansı şəhərə səfər etməyə üstünlük verirlər?

- Yeni ildə turistlərimiz daha çox Moskvaya, İstanbula və Dubaya üstünlük verirlər. Həmçinin Finlandiya gedənlər də var. Ukrayna hava yollarından çarter reyslər açılıb. Bu da turistlərin də sayına müsbət təsir edib. Əvvəllər Finlandiyaya ölkəmizdə 3 hava limanına eniş etməklə edirdilərsə də indi bu vaxt sərfiyyatı daha da azalıb və tur paket şəklində satılır.

Moskva və Laplandiya tur paketiniz neçəyədir və bu qiymətə nə daxildir?

- Misal üçün indiki qiymətlərlə Moskvada yeni il 500  avroyadır. Əvvəllər daha ucuz idi. Çünki artıq yeni ilə daha az vaxt qalıb. Bu qiymətə gediş -gəliş aviabileti, AZAL ilə 4 ulduz oteldə 5 gecə 6 gün qonaqlama, səhər yeməyi və qala gecəsinə giriş bileti daxildir.

Laplandiyaya səyahət isə 1200 avrodan başlayır. Bura aviabilet Bakı-Kiyev-Laplandiya aviabileti, 7 gecə 8 gün oteldə qalmaq, səhər yeməyi, transfer, sığorta və ekskursiyalar daxildir. Ekskursiyalara Santa Klausun evinə və buz muzeylərinə təşkil olunur.

Dubay turlarınız neçəyədir?

- Dubayda 319 dollara 4 gecə 5 gün 3 ulduzlu oteldə qonaqlaya bilərsiz. Bu yanvar ayının 10-dan sonraya olan tarixlər üçün nəzərdə tutulub. Yeni İl tarixlərinə Dubayda bir nəfərin istirahətini  550 dollara təşkil edirik.

Vizanı ən çətin hansı ölkələr verir?

- Kanadaya viza lamaq olduca çətindir. Müştərilərimizə viza dəstəyi göstəririk. Kanadaya getmək istəyənlər üçün yardımçı ola bilirik. Yəqin bilirsiz ki, Kanada elə də asan viza vermir. Lakin biz müştərilərimizə yardımçı oluruq və onlar Kanadaya viza ala bilirlər.

Kanadaya insanlar gedəndə minumum 1 həftə və ya 10 günlük səfər edirlər . Hətta bir aylıq gedənlər də olub.

ABŞda istirahət Kanada ilə müqayisədə daha ucuzdur. Çünki ABŞ-a uçuş alternativləri çoxdur. Kanadaya isə azdır.  Kanadaya  min avroya tur təşkil edirik bura otel bilet səhər yeməyi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287