MÜSAHİBƏ

“Azərbaycanda ferma və istixanaları neçəyə qurmaq olar?” – MÜSAHİBƏ
30 NOYABR
692

“Azərbaycanda ferma və istixanaları neçəyə qurmaq olar?” – MÜSAHİBƏ

2017-11-30 11:13:00

Azərbaycanda müasir istixana və heyvandarlıq təsərrüfatlarının qurulması, yeni məhsulların yetişdirilməsi, bu sahədə müasir texnologiyalarının tətbiqi sayəsində xərclərin azaldılması ilə bağlı Fins.az Zovg Construct” şirkətinin təsisçisi və rəhbəri Araz Mirzəyevlə müsahibə təqdim edir:

-Araz bəy, “Zovg Construct” şirkəti hansı xidmətləri göstərir?

- 2008-ci ildən aqrar sektorda biznes qurmağa başlamışam. İlk şüşə istixanaları biz qurmuşuq. Regionlarda öz təsərrüfatlarımızı yaratdıq və artıq istixana təsərrüfatı qurmaq sahəsində təcrübə qazandıq. Bundan sonra qərara gəldik ki, əslində biz istixana təsərrüfatlarının qurulmasını da həyata keçirə bilərik. Ona görə də artıq ki, iki ildir ki, Zovg Construct”nı yaratmışıq və istixanalarımızdan həm də “showroom” kimi istifadə edirik. Zovg Construct” istixanaların və maldarlıq komplekslərinin tikintisi ilk həyata keçirən şirkətlərdən biridir. İstixana təsərrüfatlarında məhsuldarlığın artırılması və alternativ enerji mənbələrindən istifadəni tətbiq etmişik. Sadə şəkildə desək, istixananı tam hazır şəkildə sahibkara təhvil veririk. Bundan sonrakı mərhələdə istixana təsərrüfatı üçün aqronom, gübrə və digər servis dəstəyi təklif edirik. Bundan əlavə maldarlıq komplektlərini sıfırdan qurub təhvil veririk və heyvandarlıq təsərrüfatı üçün lazım olan xidmətləri, dərmanlar, baytarlıq xidmətlərini həyata keçiririk.

-Zovg Construct”nı digər şirkətlərdən fərqləndirən nədir?

Bizim digər şirkətlərdən fərqimiz ondan ibarətdir ki, hər növ istixanaların qurulmasını təmin edirik. Şüşə, polietilen, polikarbonat örtüklü, orta səviyyəli istixanalar qururuq. Bu sahədə çalışan şirkətlərin çoxusu milyonluq layihələri icra edir. Amma Zovg Construct” 300-400 min manatlıq istixanaların qurulmasını da həyata keçirir. Bundan əlavə, istixanaların qızdırılma çeşidləri də bizdə çoxdur. Həm qaz, həm mazut, həm də elektrik enerjisi ilə qızdırılma sistemi qura bilirik. İstixanalarda lazımı temperaturu təmin edən müasir texnologiyalardan istifadə edirik. Belə ki, bu sistemlər məhsula lazım olan istiliyi təmin etməklə bərabər eyni zamanda enerji və qaz sərfiyyatına 80% qənaət edir. Real bir misal üzərində danışaq. Məsələn, bir hektar istixananın qızdırılması üçün bir aylıq enerji xərcləri 8-10 min manat təşkil edir. Amma Zovg Construct” təklif etdiyi isitmə sistemlərində isə sahibkar bunun üçün xərclərini 80% azalda bilir. Başqa sözlə, hər ay sahibkar 6400-8000 manat enerji xərclərinə qənaət etmiş olur.

Digər tərəfdən təklif etdiyimiz istixanalar tam müasir olduğu üçün əlavə işçiyə artıq lüzum qalmır. Bu istixanaları hətta aqronom Türkiyədən də idarə edə bilər. Burada iqlimin avtomotik idarə edilməsi sistemi var. Məsələn, temperatur düşən kimi, pəncərələr dərhal bağlanır, istidə açılır, havalandırma düzgün işləyir. Temperatur düşən kimi, qaz sistemi daha güclü rejimdə çalışır.

- Alternativ isitmə sistemləri necə tətbiq edilir?

- Azərbaycanda bu gün ən çox tələb qazla bağlı xərcin minimuma endirilməsidir. İnsanları daha çox maraqlandıran məsələ budur. Ona görə də enerji xərclərinin azaldılması üzərində işlədim. Yenilikləri sevən insanam. Axtarışlarımın nəticəsində həm qaz, həm də elektrik enerjisi ilə istixanalarda qənaətlə istifadə olunan isitmə sistemləri tapdım. Ənənəvi isitmə sistemləri ilə yeni sistemin fərqi nədir? Ənənəvi sistemdə istixananın qızdırılması üçün istixananı içi ilə borularla isti su axını təmin edilir və bu vasitə ilə lazımı temperatur yaradılır. Amma bizim tətbiq etdiyimiz sistemdə heç bir boru yoxdur. İstixananın içində günəş panellərinə bənzər elektrik enerjisi ilə işləyən lövhələr quraşdırılır və bunun vasitəsilə ilə istixanada lazımı temperatur təmin edilir. Bu vasitə eyni zamanda günəş enerjisi ilə bitkilər üçün təmin edilən mineralları da çatdıra bilir. Qazla qurduğumuz istixanalarda isə izolyasiyanı daha mükəmməl edirik. Yanların polikarbonat və üst hissəni isə ikiqat polietilen örtük çəkməklə termus effekti yaradırıq. Dağlıq bölgələrdə olan parnik təsərrüfatları üçün isə daha fərqli istixanalar qururuq. Bu biznes sirri olduğu üçün daha geniş məlumat verə bilmərəm. Amma onu deyə bilərəm ki, xarici ölkələrin təcrübəsində yararlanırıq. Istixana təsərrüfatlarının qurulmasında Holladiya, İsrail və Türkiyə təcrübəsindən istifadə edirik.

- Azərbaycanda bu təsərrüfatların qurulmasında bir neçə xarici və yerli şirkətlər fəaliyyət göstərir. Zovg Construct”nın xidmətləri bunlardan nə ilə seçilir?

Digər şirkətlərdən fərqli olaraq il boyu aqronom, satışın təşkili, gübrə, mazud dəstəyi və digər xidmətlər göstəririk.

Məsələn, bu gün istixanalar ən çox problem istilik sistemi ilə bağlı olur. Olur ki gecə vaxtı sistem və yaxud polietilen örtük sıradan çıxır. Biz təcili olaraq ora servis göndəririk. Bu servis müştərilə ilə bağlanan müqavilədən aslı olaraq ödənişsiz və ya ödənişli ola bilər. Nəyə zəmanət veririksə, bununla bağlı öhdəliyi yerinə yetiririk. Bildiyim qədər digər şirkətlər istixanalar üçün servis göstərmir.

-İstixana təsərrüfatlarında ən vacib məsələ məhsuldarlığın artırılmasıdır. Buna necə nail olmaq olar?

-Təbii məhsuldarlığın artırılmasına önəm verilir. Bunun üçün vacib məsələ aqronom seçimi və düzgün toxum seçimidir. Zovg Construct” həm də istixanalara düzgün toxum seçimində kömək edir. Bunun üçün Hollandiya, İsrail və Türkiyədən toxum gətiririk. Yeni gətirdiyimiz elə toxumlar var ki, torpaqda 450 ton, kokobitdə isə hətta 850 ton məhsul verir. Söhbət İsrail sortu olan pomidor növündən gedir. Artıq bu toxumu bəzi fermerlərə vermişik və nəticə də effektivdir. Məhsuldarlıqdan razıdırlar. Müqayisə üçün Azərbaycanda bu gün torpaqda məhsuldarlıq 180-200 tondur. Yəni, minimum 2 dəfə fərq var. Azərbaycanda daha çox Rusiya bazarına meyl göstərilir və bir çərçivədə məhsul istehsal edilir. Ancaq yüzlərlə pomidor növü var ki, Azərbaycanda əkilməyib. Bu toxumlar orjinaldır və hər birinin sertifikatı var.

Digər şirkətlər bir fərqimiz də ondan ibarətdir ki, toxum və gübrə gətirilməsindən hər hansı gəlir əldə etmirik. Sadəcə xarici şirkətlərlə danışıq əldə edib müştərilərimizə bu məhsulları öz qiymətinə satırıq.

-Sahibkarları düşündürən əsas məsələ. Niyə mən “A” şirkətini deyil, məhz Zovg Construct”ı seçməliyəm?

- Müştərilərə digər şirkətlərdən çox fərqli qiymətlər təklif edirik. Qiymətlə yanaşı kefiyyəti də qoruyuruq. Bu gün Azərbaycan bazarında istixana tikintisi ilə məşğul olan şirkətlərin çoxu şişirildilmiş qiymətlərlə işləyirlər. Zovg Construct” bazarda ən aşağı qiymətləri təklif edir. Məsələn, digər şirkətlər bu gün 1 kvadratmetr üçün 70-80 dollar təklif edir. Biz də isə təkliflər 20-22 dollardan başlayaraq 80-100 dollara qədərdir. Polietilen örtüklü, torpaqdan əkinlə sadə variantda istixanaların qurulması hər kvadratmetr üçün 20-22 dollar təşkil edir. Bura servis də daxildir. Tam müasir isitmə sistemli istixanaların qurulması isə 50-60 dollara başa gəlir. Bu da istixananın qurulmasında istifadə edilən materiallarla bağlıdır. Məsələn, müştəri şüşə istixana qurulmasını istəyirsə bu 80-100 dollar olacaq.

Zovg Construct”nın qurduğu heyvandarlıq təsərrüfatlarında üstünlüyü nədir?

- Bilirsiz, ənənəvi heyvandarlıqla yeni sistem arasında böyük fərq var və fermerlər buna diqqət etmədikləri üçün sonda ciddi itkilərlə qarşılaşırlar. Avropadan gətirilən inəklər yerli heyvandarlıq təsərrüfatlarında olan inəklərdən bir neçə dəfə artıq süd verir. Məsələn, yerli inək 5-6 litr süd verirsə, Avstriya, Almaniya və Yunanıstandan gətirilən inəklər 20-25 litr süd verir. Bundan əlavə südün kefiyyəti də fərqlidir. Amma bu nəticəni əldə etmək üçün gərək xüsusi qulluq olsun. Bu heyvanlar üçün fermalar xüsusi formada tikilməlidir. Amma Azərbaycanda necə gəldi tikilir, isti-soyuğa, havalandırmaya,mikrob düşməsi kimi hallara diqqət edilmir. Bundan əlavə, Azərbaycana gətiriləndən sonra belə cins inəklərdə daha çox dırnaq xəstəlikləri yaranır. Ümumiyyətlə bu sahədə işləyən fermerlərin 90%-i biznesə düzgün yanaşmır.

Zovg Construct” isə bu sahədə diqqət yetirdiyi əsas məqam kefiyyətdir. Bununla yanaşı, biz südün saxlanılması, südün sağılması üçün aparatlar var. Müştərinin qurduğu biznesdə gəlir əldə etməsi üçün baytar seçimi çox önəmlidir. Əgər baytar düzgün seçilsə, həm südün kefiyyəti və həm də məhsuldarlıq çox olacaq. Biz bu xidməti də müştərilərə təklif edirik.

Əsas məsələlərdən birini qeyd edim. Biz heyvandarlıq təsərrüfatı yaratmaq istəyənlərə məsləhət xidməti təklif edirik. Sadə dildə desək, nəyi daha yaxşı və daha sərfəli necə etməyin yollarını göstəririk. Heyvan seçimində kömək göstəririk. Öz əməkdaşımızı heyvan seçimi üçün sahibkarla birlikdə xarici ölkəyə göndəririk və heyvanlar yerindəcə seçilir. Çünki heyvan seçimi çox çətindir və bu sahədə qıtlıq var. “Aqrolizinq” özü heyvan seçimində çətinlik çəkir. Digər tərəfdən Avropa ölkələri nisbətən aşağı dərəcəli heyvanları bu bazara ötürməyə çalışırlar. Azərbaycanda bu sahədə mütəxəssilərin az olması və fermer təsərrüfatı yaratmaq istəyənlərin məlumatsız olması sonradan onları böyük ziyanlarla üz-üzə qoyur.

Məsələn, bu işlə məşğul olmaq istəyən müştərilər üçün İqtisadi İnkişaf Nazirliyindən verilən təşviqi sənədi alırıq. Bu da fermerləri gömrük rüsumundan azad edir. Bu xidməti də pulsuz təqdim edirik.

-Zovg Construct” ferma tikintisini hansı qiymətlə həyata keçirir?

-Əsas məqsədimiz pul qazanmaq deyil, Azərbaycanda bu təsərrüfatların inkişafına yardım göstərməkdir. Bundan sonra maksimal dərəcədə müştərilər qiymət baxımından bizdən razı qalsın. Məsələn, 100 başlıq südlük heyvandarlıq təsərrüfatını tam şəkildə 350 min manata təhvil verilir. Müştəri sadəcə heyvanları təsərrüfatına gətirib işə başlayır. Azərbaycanda hazırda bir-iki ferma təsərrüfat yaradan şirkət var. Orta hesabla heyvandarlıq təsərrüfatlarını 450-550 min manata tikib istifadə verirlər.

-Hazırda Azərbaycanda yeni və maraqlı sahələrdən biri də banan təsərrüfatının yaradılmasıdır. Əvvəllər əlverişli olmadığı üçün bunu yaratmaq mümkün olmurdu. ”Zovg Construct” bu təsərrüfatı necə yaradır?

-Azərbaycanda istixana təsərrüfatlarının böyük hissəsində olmuşam. Bildiyim qədər bizdə belə istixana indiyə qədər qurulmayıb. Amma Azərbaycanda bu təsərrüfatın yaradılmasında insanlar çox maraqlıdırlar. Çünki Azərbaycanda banan satışı çox yüksəkdir və ancaq xaricdən gətirilir.

Banan istixanalarda digər məhsullardan fərqli olaraq yalnız torpaqda əkilir. Azərbaycanda belə istixanaları quraraq düzgün yetişdirilmə mühiti yaratmaqla bu təsərrüfatda yüksək məhsuldarlığa nail olmağı bacarırıq. Pomidor və digər istixanalardan fərqli olaraq bu istixanalarda havalandırmaya daha çox ehtiyac var. Bu istixanaları Türkiyəli mütəxəssislərlə birgə qururuq. Bu gün təkcə banan deyil, çiyələk istixanalarını da heç bir şirkət təklif etmir. Kokobitli sistemlə 200 ton məhsul verən çiyələk istixanalarını da qura bilirik. Digər tərəfdən Azərbaycanda çiyələcək istehsalı çox azdır. Ona görə də bazarda tələbat yüksəkdir. Bazara çıxarıldığı zaman dərhal satılır. O cümlədən xarici bazara Rusiya və ərəb ölkələrinə rahat şəkildə çıxarmaq olur.

Yəni, biz bu gün bazarda ən çox tələbat olan kənd təsərrüfatı məhsullarının istixanalarını yaradırıq. Pomidor,xiyar, çiyələk, banan və s.

Qiymətlərə gəlincə, 1 hektarlıq banan istixanalarını 350 min manata qururuq. Torpaqdan əkilən çiyələk istixanalarını isə 440-450 min manata, kokobitli istixanaların yaradılması isə 600 min dollara başa gəlir.

Banan istixanalarının qurulması ilə daha çox Azərbaycanın isti regionlarından müraciət edirlər. Salyan və Şəmkirdən müştərilər zəng vurur.

-İstixana təsərrüfatlarına əsasən kimlər maraq göstərir?

-Bu gün dövlət xətti ilə gələn xarici investorlar daha çox maraq göstərir. İndiyə qədər Azərbaycan aqrar sektoruna xarici investorların belə marağı olmayıb. Hazırda İsrail,Çin, Hollandiya və Qətər şirkətləri Azərbaycanda aqrar sektora maraq göstərir. Ən çox investisiya yatırılan sahə satışı rahat olduğu üçün yenə də pomidordur. Digər tərəfdən ölkə başçısı İlham Əliyevin sərəncamı ilə aqrar sektor vergidən azad olduğu üçün bu sahəyə maraq artıb. Məsələn, siz pomidor yetişdirirsiz, yalnız topraq vergisi ödəyirsiz. Bunun nəticəsidir ki, bu il Azərbaycandan xaricə ixrac edilən kənd təsərrüfatı məhsullarının həcminə görə pomidor ikinci olub.

Beynəlxalq arenada Azərbaycanın stabil ölkə kimi tanınması, sabitliyin olması xarici investorların diqqətini çəkir.

-İstixana təsərrüfatında sahibkar nə qədər qazanc götürə bilir?

- Bu məhsulun sortundan aslıdır.Məsələn orta səviyyəli parnikdən 400-450 min manat gəlir götürmək olar. Tam müasir parnikdən isə bu 800 min -1 milyon manat arasında dəyişə bilər. Çiyələk üçün isə bazardakı qiymətdən aslıdır. Çünki çiyələyin qiyməti dəyişkəndir. Banan parniki yaratmaq istəyənlər isə artıq ikinci əkində gəlir qazana bilir. Orta hesabla bir hektar banan parnikindən 300 min manat gəlir götürmək olur.

-Aqrar sahədə uğurlu biznes qurmaq istəyən sahibkarlara nəyi tövsiyə edirsiniz?

-Azərbaycanda istixana təsərrüfatları ilə bağlı ən böyük problem insanların gəlir və xərclərini bilməməsidir. İnsanlar bilmir ki, istixanadan dəqiq nə qədər məhsul götürür, gübrəyə nə qədər pul xərcləyir və s. Yalnız işçilərə nə qədər maaş verdiklərini bilirlər. Biz isə təklif edirik ki, istixananı qurduqdan sonra xüsusi proqram vasitəsilə bütün gəlirlər, xərclər və zərərə gedən məhsul hesablasınlar. Belə olan halda artıq düzgün maliyyə hesabatının qurulması biznesin inkişaf etməsinə gətirib çıxaracaq. Yəni, istixana təsərrüfatlarında mühasibatın aparılmasına çox ehtiyac var.

Müəllif:Rahim Tarıverdiyev



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287