MÜSAHİBƏ

Azercell-in prezidenti: Azercell-in növbəti illərdə əsas strategiyası bu istiqamət olacaq
31 AVQUST
684

Azercell-in prezidenti: Azercell-in növbəti illərdə əsas strategiyası bu istiqamət olacaq

2017-08-31 15:45:00
Fins.az -ın suallarına "Azercell Telecom" MMC-nin prezidenti Vahid Mürsəliyev cavablandırıb
 
İlk öncə Azercell abonentlərinə  yeniliklər  təqdim edəcəkmi?
 
Təbii ki, müştərilərimiz üçün yeniliklər təklif edəcəyik. Lakin mən hələlik bu barədə bir şey demək istəmirəm . Bu işlə məşğul olan müvafiq departamentimiz var ki, hansı ki, yeniliklər üzərində işləyirlər. Biz yeniliklər və innovasiyalar tərəfdarıyıq. Müştərilərimizə də bu yenilikləri müxtəlif kampaniyalar şəklində təklif edirik. Misal üçün biz son aylar ərzində mobil operator olaraq iphone smartfonlarının istehsalçıları ilə birbaşa müqavilə imzalayıb kampaniyalar çərçivəsində müştərilərimizə veririk.
 
Hazırda mobil operatorlar arasında internet xidmətləri sahəsində ciddi rəqabət var. Oponentlərinizi qabaqlamaq üçün hansı işlər görürsüz?
 
Hazırda Azercell heç bir şəksiz şübhəsiz mobil rabitə və internet xidməti sahəsində bazarda liderdi. Biz bu ənənəni saxlamaq üçün 4 G şəbəkəsini daha da genişləndirmək və Azərbaycanın bütün bölgələrində yaymaq fikrindəyik. Yaxın zamanlarda müştərilərimiz bölgələrdə də 4G və ET xidmətlərindən rahat istifadə edəcəklər. Hazırda 4G bölgələrimizdə var. Amma hələ  bizim istədiyimiz səviyyədə deyil. Lakin növbəti illərdə Azercell-in hazırladığı strategiyanın əsas istiqaməti bölgələrdə 4G -nin inkişaf etdirilməsi olacaq.
                                                                
                                                                      Müəllif: Xeybər Heydərov 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285