MÜSAHİBƏ

«Bakıda evləri ən çox türklər alır» - MÜSAHİBƏ
20 OKTYABR
418

«Bakıda evləri ən çox türklər alır» - MÜSAHİBƏ

2016-10-20 08:11:00

Sosial evləri tikilməsi mənzil bazarına ciddi təsir etməyəcək. “ŞA İnşaatçı MTK” şirkətinin Bakı-Cənub Qapısı yaşayış kompleksi layihəsinin satış rəhbəri Elvin Rüstəmov fins.az-a müsahibəsində bildirib ki, həmin evlərin verilməsi üçün şərtlər açıqlandıqdan sonra onun bazaar təsirlərindən danışmaq olar.

- Əmlak bazarı əsasən 2 faktora –qiymət və satış şərtlərinə görə formalaşır Bazardakı qiymətlər isə zonalara görə müxtəlifdir. Sosial evlərin tikintisi əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulub. Ancaq onların hansı şərtlərlə, kimlərə veriləcəyi hələ məlum deyil. Ona görə də onun əmlak bazarına təsirindən danışmaq hələ tezdir. Sosial evlərin verilmə forması açıqlanandan sonra onun əmlak bazarına təsirləri barədə nəsə demək olar. Hələlik bu evlərin tikintisi belə başlamayıb. Ona görə də bazara heç bir təsiri yoxdur. Mən düşünürəm ki, sosial evlərin verilmə şərtləri tamam fərqli olarsa, bazara təsir etməyəcək.

- Bəs siz alıcılara hansı şərtlərlə təqdim edirsiz?

- Biz mənzilləri daxili kreditlə satırıq. Biz bankdan pul almırıq, faiz ödəmirik. İpoteka ilə satılan mənzillər üçün müəyyən şərtlər var. Sənədləşmə işləri uzun vaxt tələb edir. Bəzən vətəndaşlar verilən vəsaitin azlığından şikayətlənirlər. Bizdə isə bunların heç biri yoxdur. Mənzilin ölçüsünə uyğun qiymətləndirilir və qısamüddətli kreditlə satırıq. İlkin ödəniş mənzilin ümumi dəyərinin 20 faiz məbləğindədir. 3 il müddətinə götürdükdə hər kvadrat metr üçün 750 manat , 5 illik olanda isə 800 manat qiymətləndirilib. Nağd alanda isə yaşayış olan mənzillərdə 650 manat, tikilməkdə olan binalarda isə 600 manatdır. Həmin binalar gələn ilin yayında təhvil veriləcək.

- Şirkətin tikdiyi mənzillərin satışında azalma müşahidə olunurmu?

- 2015-ci ildə baş verən devalvasiyadan sonra bu ilin yaz aylarından başlayaraq mənzillərin satışı azalıb. Yayda bəzi aylarda hətta satış olmadı. Bəzi aylarda 1-2 mənzil sata bilmişik. Son iki ayda mənzillərin satışında canlanma yaranıb. Bu da fəsilin dəyişməsi ilə bağlıdır. Adətən,  payızda əmlak bazarında satış artır. Sentyabrda 5-6 mənzil satmışıq, oktyabrda da satış o qədər olub.

- Satışın azalması ilə şirkətin xərcləri də aşağı enməli idi. Bununla bağlı ixtisarlar olub?

- İxtisara salmaq və ya əmək haqqını azaltmaq düzgün deyil. Əgər bu ay satışımız zəif olubsa, növbəti aylarda satış artanda ixtisar etdiyimiz işçini yenidən işə qaytarmaq bir az məntiqsizdir. Ona görə də belə addım atılmır .

- Satdığınız mənzilləri sığorta edirsiz?

- Bu məsələ alıcının istəyinə bağlı olduğundan onları sığortaya məcbur edə bilmərik. Ona görə özümüz həmin mənzilləri sığorta etmirik ki, gələcəkdə alıcılarla problem yaşanmasın. Ancaq kim istəsə fərdi qaydada mənzilini sığorta etdirə bilər.

- Sizin binalarda ekonom mənzillər varmı?

- Ekonom mənzillər 2017-ci ilin əvvəlində tikiləcək binalarda olacaq. 55-56 kv.metrlik 1 otaqlı mənzillərin tikilməsini planlaşdırırıq. Bundan kiçiyi nəzərdə tutulmur. Gələn ildən bizim “1+1” layihələrimiz də olacaq. Burada mənzillərdə mətbəxt -studiyalarından ibarət otaqlar tikiləcək. Bu da qənaət etməyə imkan verəcək. Mətbəx, qonaq otağı bir yerdə və yataq otağından ibarət ekonom evlərimiz olacaq. Qiymət isə indikilərə uyğun ola və ya dəyişə bilər.

- Belə mənzillərə təlabat varmı?

- Təlabatı nəzərə alsaq bu gün bizdə 38-40 kv metrlik mənzillər sifariş olunur. Ancaq onlar standartlara cavab vermir. Normal 1 otaqlı mənzil ən azı 46 kv metr olmalıdır. Ancaq hazırda bizdə bu ölçüdə layihələr yoxdur.

- Avropada belə bir tendensiya var ki, adam tək qalmaq üçün 20-22 kv metrlik mənzil alır və sərbəst istifadə edir. Bizdə də belə bir mənzillərin tikintisi mümkündür?

- Xarici ölkələrdə həmin mənzillərin təyinatı fərqlidir. Bizim layhələrdə belə mənzillər nəzərdə tutulmur. Kiçik ölçülü mənzillərin bazara çıxarılması və satışı çox asandı. Ancaq mənzil sahibi olan şəxs üçün əlverişli deyil. Əgər 38 kv metrlik alırsa, onun gündəlik istifadə edəcəyi yaşayış sahəsi cəmi 20 kv metr olacaq. Buna görə də bizdə belə layihələrə tələb yoxdur.

- Fərdi evlərin tikintisinin asanlaşması tikinti şirkətlərinin işinə təsir edəcəkmi?

- İndi Azərbaycanda əmlak bazarına insanlar daha çox investisiya məkanı kimi baxırlaR. Mənzillərin çoxunu yatırım kimi düşünürlər. Əmlak bazarında satışın 60 -70 faizi investisiya məqsədilə alınır. Qalan 30 faizlik hissəsi indi istifadə üçün alır. Alıçıların çoxu da rayonlardan gələn adamlardır. Ona görə də düşünmürəm ki, fərdi evlərin tikintisi şirkətlərin satışına təsir etsin.

- Əmlak bazarından xaric ilər də mənzil alırlar?

- Bəli. Bizim şirkətdən 2 nəfər xarici vətəndaş mənzil alıb. Onlardan biri Türkiyə, digəri İran vətəndaşıdır. Ən çox türk vətəndaşları Azərbayc andan ev almağa maraq göstərirlər. Ərəblər isə hələki bizə müraciət etməyib.

- Yeni layihələriniz olacaq?

- İndi Saray qəsəbəsində “Saray MTK” layihəsi üzərində iş aparılır. Orada da böyük yaşayış kompleksinin tikilməsi planlaşdırılır. Hələlik layihə yeni başlayıb. Şəhərin mərkəzində də layihələrimiz davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272