MÜSAHİBƏ

"Artıq turizm agentliklərinə, bələdçiyə ehtiyac yoxdur" - MUSAHİBƏ
22 İYUN
448

"Artıq turizm agentliklərinə, bələdçiyə ehtiyac yoxdur" - MUSAHİBƏ

2016-06-22 17:31:00

Məlum olduğu ölkəmizdə keçirilən mötəbər Formula 1 oyunları çərçivəsində gözəl Bakımızda qonaq olan turistlərin və elə yerli sakinlərin də işini asanlaşdırmaq məqsədi olan RobiGuide - elektron bələdçisi istifadəyə verildi. Hətta layihənin tizer xarakterli təqdimat çarxı da yayımlandı.

RobiGuide ilə bağlı ətraflı məlumat əldə etmək üçün layihə rəhbəri Namət Məmmədzadə ilə gerçəkləşdirdiyimiz müsahibəni təqdim edirik:

- Belə bir layihəni gerçəkləşdirmək ideyası hardan yarandı?

- Əhali son zamanlar Android, İOS, Windows phone platformaları üstünlük verir. Gün ərzində minlərlə insan müxtəlif applicationları yükləyir. Hesab edirik ki, Azərbaycanda internetin geniş inkişafı, informasiya texnologiyaların tədbiqi, evlərdə və ofislərdə kompyuter və mobil avadanlıqdan geniş istifadə olunması elektron xidmətlər üçün yeni imkanla yaradır. İşlərin və xidmətlərin internet vasitəsi ilə sifariş olunması və görülməsi imkanı genişlənir. 2014 ilin may ayınnan başlayaraq RobiGuide adlı personaj yarnıb. Bu personaj müxtəlif sosial şəbəkələrdə(facebook,instagram,twitter və s.) istifadəçilər tərəfindən böyük marağa səbəb olub.Nəzərinizə çatdıraq ki, facebook.com saytında 1887 istifadəçi,instagram saytında 2822 izləyici vardır. RobiGuideun aktuallığını görərək biz yeni bir layihə qurmağa qərar verdik.

- Layihənin əsas məqsədi və funksionallığı barədə bir qədər məlumat verərdiniz?

- Layihə çərçivəsində biz ilk öncə Bakını və daha sonra ümumilikdə bütün Azəbaycanı tanıtmaq, xaricdən gələnləri və yerli əhalini Azərbaycanın müxtəlif tarixi abidələri , müasir tikililəri ,füsunkar yerləri tanış etmək niyyətindəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi son məlumata görə (2013-cü ilin statistikasına görə) Azərbaycana hər il 2,5 milyon turist gəlir. Həmçinin elektron xidmətindən istifadə sayı son 1 ay ( noyabr 2014) ərzində elektron xidmətindən istifadə sayı son bir ayda 256 min 232 ədəd təşkil edib. Həmçinin 2015 və 2016-cı illərdə Bakıda birinci Avropa Olimpiya Oyunları, ilk dəfə olaraq “Formula 1” Avropa Qran-pri yarışları keçirildi. Bu o deməkdir ki, Azərbaycana çoxlu sayda turist axını oldu və yenidən olacaq. Bu turist axınını ələ alıb onlara düzgün şəkildə köməklik göstərmək niyyətindəyik. Azərbaycanla yanaşı layihənin icrası gələcəkdə xarici ölkələrdə də planlaşdırılıb.

Layihənin icrasında əsas məqsəd kimi aşağıdakıları qeyd etmək istərdik:

- Azərbaycanı tanıtmaq

- Elektron bələdçi

- Xarici bazarı da əhatə etmək

-Turistlərin işini asanlaşdırmaq

- Layihənizin innovativ xüsusiyyətləri barədə nə deyə bilərsiniz?

RobiGuide yeni bir personajdır. Azərbaycan bazarında rəqib application yoxdur. Hətda deyərdimki artıq bu layihənin bənzərlərini çıxartmaq istəyənlər da vardır. Bizim layihənin innovativliyi ondadır ki, ölkəyə gələn turistlərin artıq turizm agentliklərinə müraciət etməklərinə ehtiyac qalmır. Artıq bələdçiyə pul ödəməyə ehtiyac yoxdur.Turist (və yayerli əhali) bizimapplication-nı mobiltelefonayükləyir, şəhərə çıxdığı zaman telefonu ilə bütün şəhəri sasnlıqla özü üçün kəşf edir.

RobiGuide ilk öncə Bakı, daha sonra Azərbaycan və daha sonra inkişaf etdikcə müxtəlif ölkə və şəhərlərdəki abidələri, binaları, restoranları, əyləncə mərkəzkərini, ofisləri və s. daha dəqiq tapa və həmən obyekt barəsində ətrafli səkildə səsli və yazili şəkildə RobiGuide -nin izahı ilə məlumat verəcək. Məlumatlar istifadəçinin istəyindən aslı olaraq əvvəldən secilərək Azərbaycan, Rus və İngilis dillərində və istifadə qaydasından aslı olaraq səsli və yazı formasında istifadəciyə təqdim olunacaq. Günün əyləncə saatlarında ətrafınızda olan əyləncə obyektləri, yemək vaxtlarında isə restoranlar, hansı menyunun olması, qiymətləri barəsində məlumatlar alacaqsınız.

-Bir qədər də layihənin inkişaf perespektivləri barədə danışaq?

Layihə çərçivəsində həyata keçirilən tədbirlər arasında proqram təminatının və xüsusi modulların hazırlanması nəzərdə tutulub. 2016-2017-ci illərdə layihənin reqionlarda genişlənməsinə start veriləcək və bir-sıra tədbirlər davamlı şəkildə həyata keçiriləcək:

- Əldə olunmuş nailiyyətləri davam etmək və genişləndirmək;

- Yeni biznes servislərinin yaradılması;

- Reqional nümayəndəliklərinin yaranması (mərhələ-mərhələ). Reqionlarda fəaliyyət göstərən biznes subyektlərinin (şirkətlərin, startapların və sahibkarların) bu prosesdə iştirakını genişləndirmək.

Azərbaycanın əsas görməli yerləri avtomatik şəklində RobiGuide-in siyahısında olacaq.

Reklam modelində müştərinin qarşısına üç növ tarif təqdim olunacaq : 3 aylıq, 6 aylıq ,1 illik. Burada RobiGuide-n əlavə “görməli yerlər” siyahısına daxil olmaq istəyən obyekt (kafe, restoran və digər) sahibləri ilə bu tip müqavilə bağlanılacaq.

Xidmət modeli 3 növ paketdən ibarətdir : 1) Free – pulsuz paket ; 2) Premium ( temporary ) – qısa müddətlik ( bir neçə günlük ) gələn turistlər üçün nəzərə alınıb ; 3) Premium ( Advanced) - bir aydan çox muddət qalacaq turistlər üçün.

- Bir qədər istifadəçi auditoriyanız, hədəf kütləniz, ən əsası potensial müştəriləriniz barədə məlumat verərdiniz?

Bizim əsas müştərilərimiz xaricdən gələn 15-74 yaş arasında olan turistlər və 18-50 yaş arasında olan yerli əhali. Son statisik məlumatlara görə (UNWTO World Tourism Barometer) dünya üzrə turistlərin sayı artıq 2014 ildən bəri 7-10 % artıb və bu tendensiya əsasən Asiya ölkələrinə doğrudur. Eyni zamanda Azərbaycanda 2003-2013-cü illər ərzində əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artıb. Bu faktlar bir daha belə bir layihənin aktuallığını subut edir və onun nə dərəcədə gəlir gətirəcəyini prognozlaşdırmağa kömək edir.

Qeyd: Proqramın Play Store-da yükləmə linki: https://goo.gl/TJvjo6

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275