MÜSAHİBƏ

Bankların sağlamlaşması üçün - 4 TƏKLİF – MÜSAHİBƏ
06 MAY
763

Bankların sağlamlaşması üçün - 4 TƏKLİF – MÜSAHİBƏ

2016-05-06 07:58:00

“Bankların xarici borclarını dövlət qarantiyası altında restrukturizasiya etməklə valyuta bazarına təzyiqi azaltmaq olar”. Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib.

Həmin müsahibəni sizə təqdim edirik:

Sual 1. Sığortalanan əmanətlərin faiz dərəcələrinin yüksəldilməsinin bank və real sektora təsiri sizcə necə olacaq?

Bugün bankların manat likidliyi problemi olduğuna görə real sektorun maliyyələşməsində ciddi problemlər var. Odur ki, manat əmanətlərinin cəlbediciliyini artırmaq üçün sığortalanan əmanətlərin faiz dərəcələrinin yüksəldilməsinə ehtiyac vardır.

Sual 2. Bu addım vəsait cəlbində bankların yüksək faizli dövlət istiqrazları ilə rəqabətini nə dərəcədə gücləndirər?

Maliyyə sabitliyi üçün çox işlər görülməlidir və biz gecikirik. Konkret olaraq, aşağıdakı tədbirlərin görülməsini təklif edərdim:
 

Sual 3. Əmanətlərin faiz dərəcələrini yüksəltmək post-neft dövründə bankların və ümumilikdə bank sektorunun yeni şərtlərə uyğunlaşması üçün kifayət edərmi, yoxsa əlavə hansı tədbirlər görülməlidir?

*Sığortalanan əmanətlər üzrə faiz dərəcəsini manat əmanətləri üzrə 15%-ə qaldırmaq, manat əmanətlərinin cəlbediciliyini artırmaq;
 
*Manat əmanətlərinin faizlərinin artması nəticəsində kredit faizlərinin artımının investisiya aktivliyinə mənfi təsirini azaltmaq üçün təşviq sənədi olan layihə kreditləri üzrə faizlərin bir hissəsini subsidiya etmək;
 
*Xarici borcları, o cümlədən Bankların xarici borclarını dövlət qarantiyası altında restrukturizasiya etməklə valyuta bazarına təzyiqi azaltmaq;
 
*Neft Fondunun aktivlərinin 5%-ni yerli bazarda yerləşdirməklə, bazara əlavə manat likvidliyi vermək və valyuta bazarına təzyiqi azaltmaq.

 

Sual 4. Sizin fikrinizcə Banklar bugün daha çox nəyə diqqət yetirməlidirlər?

Banklara aşağıdakıları tövsiyə edərdim:

*Anti-böhran planı hazırlayıb, tətbiq etmək;

*İdarəetmə strukturunu və biznes prosesləri optimallaşdırmaqla, xərcləri azaltmaq;

*Biznes üçün yeni, cəlbedici və qarışıq valyutalı aktiv və passiv məhsullar yaratmaq;

*Risk menecmentini gücləndirmək və real ssenarilər qurmaq;

*İşçi heyəti ilə kommunikasiyanı ciddi surətdə yaxşılaşdırmaq və əhval-ruhiyyənin yüksəldilməsi üçün davamlı tədbirlər görmək;

*Beyin həmlələrini artırmaq və bu işə bütün səviyyələdən olan işçiləri cəlb etmək.

 Mənbə: bbn.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272