MÜSABİQƏ

Arsen Venqer "Bavariya"nı "saxtakarlıqda" ittiham edib
10 OKTYABR
240

Arsen Venqer "Bavariya"nı "saxtakarlıqda" ittiham edib

2019-10-10 10:12:00

Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venqer "Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabri haqqında fikirlərini bölüşüb.

Fins.az xəbər verir ki, "O, çox istedadlı oğlan idi, hansı ki, bəzi mərhələlərdə əminliyi çatmırdı. Amma həmişə düşünürdük ki, bizim çox şeyə nail ola biləcək oyunçumuz var. Onda Qnabri ruh düşkünlüyünə məruz qaldığı "Vest Bromviç"dəki uğursuz icarədən qayıtdı. Mən ona kömək etməyə çalışırdım, çünki Qnabriyə inanırdım", - deyə o bildirib.

"Biz uzun müddət onunla müqaviləni uzatmağa çalışırdıq. Düşünürəm ki, "Bavariya" onunla "Verder"ə yola düşməsi və sonra münhenlilərə qoşulması ilə bağlı kulis arxasında manipulyasiya edirdi" - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, futbolçu 2012-ci ildən 2015-ci ilə qədər İngiltərə komandasının oyunçusu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır