MÜSABİQƏ

Stadnikdən təəssüfləndirən AÇIQLAMA
01 OKTYABR
322

Stadnikdən təəssüfləndirən AÇIQLAMA

2019-10-01 14:44:00

"Mənim öz "Facebook" səhifəm yoxdur. Səhifələrdə adımdan paylaşılan statuslar isə mənə məxsus deyil".

Fins.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın qadın güləşi üzrə 2 qat dünya, 7 qat Avropa çempionu, 3 qat olimpiya mükafatçısı və Avropa Oyunlarının ikiqat qalibi Mariya Stadnik deyib. 31 yaşlı idmançı bildirib ki, onun adından açılan səhifələrin admininin tapılması üçün Azərbaycan Güləş Federasiyası adından müvafiq qurumlara müraciət olunub: "Özüm hazırda Ukraynadayam. Federasiyamızla əlaqə saxlayaraq, xahiş etdim ki, mənim adıma açılan profillər silinsin. Kimsə şəxsi "Instagram" səhifəmdən fotolar paylaşır və hamı, hətta öz yaxınlarım da elə düşünür ki, bunları mən paylaşıram. Mənim "Facebook" səhifəm yoxdur. Özüm istifadə etmirəm, ərimin səhifəsinə hərdən girib baxıram".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır