MÜSABİQƏ

Futbolçu komanda yoldaşının 70 min avroluq saatını oğurladı
27 SENTYABR
331

Futbolçu komanda yoldaşının 70 min avroluq saatını oğurladı

2019-09-27 12:51:00

Fransanın "Nice" klubunun futbolçusu Lamin Diabi komanda yoldaşı Kasper Dolberqin saatını oğurlamasını etiraf edib. 

Fins.az xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb. Bir müddət əvvəl hücumçu Dolberqin dəyəri 70 min avro olan saatı stadionun paltardəyişmə otağından oğurlanmışdı. Saatın oğurlanmasında yeganə şübhəli isə komandanın digər hücumçusu Diabi olub. O, məhkəmə zamanı vəkillərinə etiraf edib ki, saatı oğurlayıb. Kasper Dolberq bu yay "Ayaks" klubundan 20,5 milyon avroya fransız klubuna transfer olunub. O, bu mövsüm 3 oyundan iştirak edib və 1 qol vurub. 

Qeyd edək ki,oğurluğun 18 yaşlı hücumçu tərəfindən edildiyi təsdiqlənsə, klub onun müqaviləsinə xitam verəcəyini bildirmişdi. Diabi 13 yaşından "Nice" klubundadır. O, bu mövsüm əsas komanda ilə heç bir oyunda iştirak etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır