MÜSABİQƏ

"Qarabağ" - "Sevilya": Aldığı bileti itirənlər nə etməlidir?
19 SENTYABR
282

"Qarabağ" - "Sevilya": Aldığı bileti itirənlər nə etməlidir?

2019-09-19 15:29:00

Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində "Sevilya"nın qonağı olacaq.

Artıq Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın biletləri tükənib. Bəzi futbolsevərlər də var ki, aldıqları biletləri itiriblər. Hətta onların arasında 50-100 manatlıq biletləri itirənlər də var. Bəs biletləri itirənlər nə etməlidir? 

Fins.az xəbər verir ki, satılan biletlər qeydiyyata alındığı üçün bərpa etmək mümkündür. Bunun üçün bileti aldığınız kassaa yaxınlaşıb şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməyiniz kifayətdir. Ən qısa zamanda biletiniz bərpa olunaraq sizə təqdim olunacaq. Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu saat 20.55-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır