MÜSABİQƏ

Klublararası dünya çempionatının püşkü atılıb
17 SENTYABR
309

Klublararası dünya çempionatının püşkü atılıb

2019-09-17 11:02:00

Klublararası dünya çempionatının püşkü atılıb.

Fins.az xəbər verir ki, bu ilin dekabrında Qətərdə baş tutacaq turnirin püşkatma mərasimi İsveçrənin Sürix şəhərində keçirilib. İlk mərhələdə Qətər təmsilçisi "Əl-Sədd” Yeni Kaledoniyadan olan "İanqen”lə üz-üzə gələcək. Cütün qalibi ikinci mərhələdə Meksikanın "Monterrey” klubu ilə qarşılaşacaq. Tunis "Esperans”ı Asiya Çempionlar Liqasının noyabrda müəyyənləşəcək qalibi ilə görüşəcək. Yarımfinalda Çempionlar Liqasının qalibi "Liverpul”la "Monterrey”in qarşılaşacağı cütün qalibi üz-üzə gələcək. "Esperans”ın yer aldığı cütün qalibi də KONMEBOL-da qalib olacaq kollektivi sınağa çəkəcək. Qeyd edək ki, klublararası DÇ dekabrın 11-dən 21-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır