MÜSABİQƏ

Ronaldu tarixin ən bahalı müqaviləsini imzaladı
11 SENTYABR
411

Ronaldu tarixin ən bahalı müqaviləsini imzaladı

2019-09-11 10:04:00

"Yuventus"un ulduzu Kriştianu Ronaldunun "Nike" ilə imzaladığı yeni sponsorluq müqaviləsinin detalları açıqlanıb.

Fins.az xəbər verir ki, "Instagram", "Facebook" və "Twitter"də 270 milyon izləyicisi olan portuqaliyalı futbolçu 6 illik müqavilə qarşılığında 162 milyon avro birdəfəlik ödəməyə sahib çıxıb. Bundan başqa Ronaldo "Qızıl top"u qazansa 4, "Yuventus" Çempionlar Liqasının qalibi olsa 5, özü turnirin bombardiri ola bilsə 1 milyon avro mükafat alacaq. Bu və digər bonuslarla onun 6 illik qazancı 200 milyon avroya yüksələcək. Bu isə tarixin ən bahalı sponsorluq müqaviləsidi.

Qeyd edək ki, 11 sponsoru olan Ronaldo 20 fərqli məhsulun reklamlarında rol alır. 5 dəfə Çempionlar Liqasını və 5 dəfə "Qızıl top"u qazanan futbolçunun "Instagram"da bir paylaşımının qiyməti 1 milyon dollara yaxındı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır