MÜSABİQƏ

Azərbaycan - Xorvatiya oyunun İCMALI - VİDEO
10 SENTYABR
320

Azərbaycan - Xorvatiya oyunun İCMALI - VİDEO

2019-09-10 10:04:00

Bu gün Azərbaycan milli komandası "AVRO-2020"nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Fins.az xəbər verir ki, rəqib 2018-ci il dünya çempionatının gümüş mükafatçısı Xorvatiya yığması olub. "Bakcell Arena"da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Beləlikə, Azərbaycan qrupda ilk xalını qazanıb. Qeyd edək ki, iki komanda indiyədək 3 dəfə üz-üzə gəlib. AVRO-2016-nın seçmə mərhələ matçlarından birincisi Xorvatiyanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 2014-cü il oktyabrın 13-də Osiyek şəhərində keçirilmiş görüşdən sonra Azərbaycan millisinin ovaxtkı baş məşqçisi Berti Foqts istefa verib. 2015-ci il sentyabrın 3-də Bakıda oynanılmış qarşılaşma isə qolsuz nəticələnib.

Bu matçın ardından isə Niko Kovaç Xorvatiya yığmasının sükanı arxasından ayrılıb. Nəhayət, cari seçmə tsikldə martın 21-də Zaqrebdə baş tutmuş görüş Xorvatiyanın qələbəsi ilə bitib - 2:1.

AVRO-2020 Seçmə mərhələ VI tur, 9 sentyabr E qrupu 20.00 Azərbaycan - Xorvatiya 1:1

Qollar: Təmkin Xəlilzadə, 73 - Luka Modriç, 11-pen

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov. Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda. Baş məşqçi: Nikola Yurçeviç.

Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartoleç. Ehtiyat oyunçular: 12. Lovre Kaliniç, 23. Simon Sluqa, 2. Miyo Çaktaş, 5. Matey Mitroviç, 7. Yosip Brekalo, 8. Marko Roq, 9. Mislav Orşiç, 14. Mile Şkoriç, 15. Mario Paşaliç, 16. Yosip Yuranoviç, 17. Dario Melnyak, 19. Milan Badel. Baş məşqçi: Zlatko Daliç. Hakimlər: Sandro Şörer, Stefane De Almeyda, Alen Hayniger, Fedayi San (İsveçrə). Hakim-inspektor: Aleksandru Dyakonu (Moldova). UEFA nümayəndəsi: Sergey İliç (Belarus). Bakı. "Bakcell Arena".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır