MÜSABİQƏ

Millimiz baş məşqçisiz qaldı - SƏBƏB
09 SENTYABR
299

Millimiz baş məşqçisiz qaldı - SƏBƏB

2019-09-09 15:07:00

Qadın voleybolu üzrə millimiz baş məşqçisiz qalıb.

Fins.az xəbər verir ki, italiyalı baş məşqçi Covanni Kaprara müqaviləsi başa çatdığından ölkəsinə qayıdıb. Bu barədə Oxu.az yazıb. 

Azərbaycan Voleybol Federasiyasından bu xəbəri təsdiqləyiblər: "Bəli, Kaprara ilə müqaviləmiz qısamüddətli idi və başa çatıb. Ancaq onunla yeni müqavilə bağlanıb-bağlanmayacağı barədə dəqiq məlumat verə bilmərik. Hazırda yığma komandalar fasilədədir. Komandamız Avropanın ilk "10-luğ"una düşdüyündən yanvarda qitənin digər yeddi komandası ilə Olimpiadaya vəsiqə üçün bir yer uğrunda mübarizə aparacaq. Bu səbəbdən həmin tarixə hələ çox vaxt qaldığından yeni baş məşqçimizin kimliyi hələ aktual deyil". Qeyd edək ki, Covanni Kaprara millimizin başına may ayında keçmişdi. Təcrübəli mütəxəssis Avropa Liqasında, Braziliyada keçirilən Olimpiya lisenziyalı turnirdə və Avropa çempionatında komandaya baş məşqçilik edib. Komandamız ilk iki turnirdə uğursuz olsa da, qitə birinciliyində 1/8 finaladək irəliləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır