MÜSABİQƏ

Həbib Nurməhəmmədov bir döyüşdən nə qədər qazanır?
05 SENTYABR
538

Həbib Nurməhəmmədov bir döyüşdən nə qədər qazanır?

2019-09-05 10:08:00

UFC versiyası üzrə dünya çempionu Həbib Nurməhəmmədov növbəti döyüşə hazırlaşır.

Fins.az xəbər verir ki, rusiyalı döyüşçü amerikalı həmkarı Dastin Porye ilə qarşılaşacaq. Döyüş sentyabrın 7-də Əbu-Dabidə baş tutacaq. Artıq Nurməhəmmədovun bu döyüşdən əldə edəcəyi məbləğ də açıqlanıb. Rusiyalı döyüşçü qarşılaşmada 6 milyon dollardan çox qazanacaq.

Bu barədə onun atası Abdulmanap Nurməhəmmədov məlumat verib. "Bu dəfə qanorar əvvəlki döyüşdən 3-3,5 dəfə çox olacaq. Biz öz qiymətimizi bilirik. Qəpik-quruş üçün döyüşmürük" deyə ata Nurməhəmmədov bildirib. Qeyd edək ki, Həbib irlandiyalı Konor Makqreqorla döyüşdən 2 milyon dollar qazanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır