MÜSABİQƏ

PSJ-nin Neymar üçün istədiyi məbləğ "Barselona"nı şoka saldı
03 SENTYABR
476

PSJ-nin Neymar üçün istədiyi məbləğ "Barselona"nı şoka saldı

2019-09-03 16:01:00

Transfer pəncərəsinin son gününə qədər "Barselona"ya qayıdışı müzakirə olunan Neymarın transferi baş tutmadı.

Fins.az xəbər verir ki, braziliyalı ulduzun keçidinin alınmamasının səbəbi açıqlanıb.

Bu barədə "Gazetesi Le Parisien" məlumat yayıb. İddiaya görə, PSJ-nin prezidenti Nassir Əl-Xelafi "Barselona"dan 300 milyon avro istəyib və kataloniyalıların etdiyi bütün oyunçu dəyişdirmə təkliflərindən imtina edib. Qətərli iş adamı bu addımı "Barselona"nın "Maliyyə Feyr-Pleyi" qaydaları ilə problemlərinin olduğunu bildiyi üçün atıb. Klub rəhbəri La Liqa təmsilçisinin heç bir halda bu məbləği ödəyə bilməyəcəyini bildiyi üçün digər təklifləri qəbul etməyib. Qeyd edək ki, "Barselona" Neymar üçün son olaraq müəyyən məbləğdə pul və Osmane Dembele ilə Nelson Semedonı təklif etmişdi. Braziliyalı ulduz 2017-ci ildə Kataloniya klubundan PSJ-yə 222 milyon avroya transfer olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır