MÜSABİQƏ

Ulduz futbolçu İtaliyada oynayacaq
02 SENTYABR
251

Ulduz futbolçu İtaliyada oynayacaq

2019-09-02 13:04:00

Fernando Lyorente “Tottenhem”dən ayrılıb.

Fins.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi ilə müqavilə müddəti başa çatan 34 yaşlı hücumçu ilə sözləşmə yenilənməyib. İspaniyalı forvard karyerasını “Napoli”də davam etdirəcək. Neapol təmsilçisi onunla müqavilə imzalandığını açıqlayıb. Ancaq sözləşmənin müddəti və digər detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Lyorente ötən mövsüm “Tottenhem”in heyətində 36 matçda 2 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır