MÜSABİQƏ

Superkubokun ən yaxşı oyunçusu seçildi
15 AVQUST
111

Superkubokun ən yaxşı oyunçusu seçildi

2019-08-15 15:15:00

Liverpool-la Chelsea arasında keçirilən UEFA superkuboku matçının ən yaxşı oyunçusu məlum olub.

Fins.az xəbər verir ki, İstanbuldakı oyunun ən yaxşısı Liverpool-lu Sadio Mane seçilib. Mersisayd təmsilçisinin qarşılaşmadakı hər iki qolunu məhz seneqallı hücumçu vurub.

120 dəqiqəsi 2:2 hesabıyla bitən matçda Liverpool Chelsea-ni penaltilər seriyasında 5:4 hesabıyla məğlub edərək, UEFA superkubokunun qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır